Green City Resort & Residence
Maliyyə Müdiri
Son tarix 03 noy 2022 - [email protected]
Əmək haqqı: 2000-3000 AZN
Əsas vəzifələri:
- Maliyyə nizamına ciddi əməl edilməsi, xərclərin, debitor borclarının, çatışmazlıqların və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsi, gündəlik bank qalığının yoxlanılmasına nəzarət edilməsi;
- Mühasibat sənədlərinin saxlanılmasına nəzarət edilməsi, onların müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirilməsi;
- Aşkar olunan nöqsanların mümkün olduğu halda dərhal yerində həll edilməsi;
- Mühasibat məlumatlarının 1C bazasına vaxtı vaxtında işlənməsi, Vergilər Nazirliyinə və DSMF-na təqdim edilən bəyannamələr və hesabatların düzgünlüyünün yoxlanılması;
- Statistika hesabatlarının vaxtında təqdim olunmasının təmin edilməsi;
- Şirkətlərlə bağlanan müqavilələrin, invoysların və digər maliyyə sənədlərinin vaxtı vaxtında hazırlanması, yoxlanılması, göndərilməsi və prosesə nəzarət edilməsi;
- Əmək haqqının AR Əmək Məcəlləsinə uyğun hesablanması və köçürülməsi;
- Şirkətin maraqlarını əsas tutaraq, şirkətin maliyyə vəziyyətinin səviyyəsinin aşağı düşməsinə səbəb olacaq amillər barədə rəhbərliyin məlumatlandırılması və həlli barədə məsləhətlər verilməsi;
- Maliyyə hesabatı, müəssisənin fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkili;
- Mühasibat uçotuna aid yeni sənədlərin işlənib hazırlanmasına, cari sənədlərin unifikasiyasınıa, uçot- hesablama işlərinin effektiv vasitələrinin yeridilməsi işlərinə rəhbərlik edir:
Tələblər:
- Mühasibatlıq və ya maliyyə ixtisası üzrə ali təhsil
- Aidiyyatı sahə üzrə minimum 5 ildən artıq iş təcrübəsi;
- Peşəkar səviyyədə Microsoft Office (Excell, Word, Outlook), 1C (8.3) proqramında işləmək qabiliyyəti;
- Komandada işləmə və düzgün idarəetmə bacarığı;
- Tələbetmə və yönləndirmə bacarığı;
- Yüksək analitik qabiliyyəti və problem həll etmə bacarığı;
- Beynəlxalq sertifikatların (ACCA F3, F7,) olması əlavə üstünlükdür.
İş haqqında məlumat:
- İş saatları Həftənin 5 günü: 09:00-dan 18:00-dək
- İstirahət günü: Şənbə və bazar
- Nahar müssisə tərəfindən verilir
- Servis xidməti mövcuddur
- Ünvan: Şıxov, Salyan şosesi.14 cü km
- Əmək haqqı: 2000-3000 AZN
Tələblərə uyğun olan namizadlərdən CV lərini mövzu bölməsində "Baş mühasib" qeyd etməklə elektron poçt ünvanına göndərmələri xahiş olunur.