GESCO ASC
Əməliyyatlar üzrə analitik
Son tarix 17 may 2025 - [email protected]
Vəzifə öhdəlikləri:
- Müxtəlif mənbələrdən məlumatların toplanılması, böyük həcmli məlumatların təhlili və analizi, məlumatların keyfiyyətinin yoxlanılması, gündəlik təhlillər apararaq məlumatlarda olan uyğunsuzluqların aşkarlanması;
- Tableau və ya digər vizuallaşdırma alətləri ilə məlumatların vizuallaşdırması;
- Monitorinqlər aparmaq, monitorinqin nəticəsini təhlil etmək və bu istiqamət üzrə təkliflər hazırlamaq;
- Gündəlik, aylıq və illik hesabatları hazırlamaq;
- Komanda ilə əməkdaşlıq edərək layihələrdə iştirak etmək.
Namizədə dair tələblər:
- Ali təhsil (İqtisadiyyat, İT, Kompüter elmləri, Kompüter mühəndisliyi, Riyaziyyat ixtisasları üzrə olması arzu olunandır);
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Power BI, Tableau, Excel üzrə yüksək səviyyədə biliklər;
- Səlis Azərbaycan dili biliyi, rus və ingilis dili bilikləri arzuolunandır;
- Analitik düşünmə bacarığı;
- Problemləri həll etmə bacarığı;
- Sərbəst ünsiyyət qurmaq və komanda ilə işləmə bacarığı.
İş şəraiti:
- İş rejimi: I-V günlər 09:00–18:00;
- Nahar fasiləsi: 13:00-14:00;
- Ünvan: Bakı şəhəri, Ziya Bünyadov prospekti, 1965-ci məhəllə, “Çinar Park” Biznes Mərkəzi
Əmək haqqı namizədin bilik və bacarığına uyğun olaraq təyin ediləcək.
Vakansiyaya müraciət etmək üçün namizədlərdən mövzu hissəsində “Əməliyyatlar üzrə analitik” qeyd etməklə CV-lərini Müraciət et butonunda qeyd olunan email ünvanına yönləndirmələri xahiş olunur.
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.