Fairmont Baku
Qonaqlarla əlaqə üzrə Nümayəndə/ Reception
Son tarix 12 okt 2025 - [email protected]
ƏMƏK FUNKSİYASI
- Gülərüzlə qonaqları qarşılamaq və onlara ilkin məlumatları təqdim etmək;
- Qonaqların gedişi zamanı təşəkkür etmək və gələcəkdə yenidən ziyarət etmələrinə təşviq etmək.
- Gələn qonaqların məlumatlarını sistemə daxil etmək;
- Qonaqları otaqlarına yönləndirmək və əsas məlumatları izah etmək;
- Qonağın istəklərinə uyğun otaq seçimi və dəyişiklikləri həyata keçirmək
- Telefon, e-mail və ya onlayn platformalar vasitəsilə gələn sifarişləri qəbul etmək;
- Mövcudluğa nəzarət etmək və uyğun otaqları təklif etmək;
- Rezervasiyaların təsdiqlənməsi və lazımi məlumatların paylaşılması.
- Qonaqlara otel xidmətləri, ətrafdakı obyektlər və turistik məkanlar barədə məlumat vermək;
- Qonaqların suallarını cavablandırmaq və onları müvafiq şöbələrə yönləndirmək.
- Qonaqların şikayətlərini dinləmək, həll yolları təqdim etmək və rəhbərliyə məlumat vermək;
- İstəklərin qeydiyyatını aparmaq və operativ şəkildə icrasına nəzarət etmək.
- Otelə daxil olan zənglərə nəzakətlə cavab vermək;
- Zəngləri müvafiq şöbələrə yönləndirmək və vacib məlumatları qeyd etmək.
- Gün sonu hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Nağd və ya kartla ödənişlərin düzgün qeydiyyatını aparmaq.
- Otelin bütün xidmət və davranış standartlarına uyğun işləmək;
- Xarici və yerli qonaqlara qarşı mədəni, nəzakətli və peşəkar davranmaq.
TƏLƏBLƏR
- Ali və ya orta ixtisas təhsili (turizm, otelçilik sahəsində arzuolunandır);
- Xarici dil bilikləri (xüsusilə İngilis dili – mütləq, əlavə dillər – üstünlükdür);
- Ünsiyyət və müştəri ilə işləmə bacarığı;
- Gülərüzlük, çeviklik, stressə davamlılıq.
- Həftədə 7 gün, 24 saat fəaliyyət göstərən mehmanxana sahəsində dəyişkən iş vaxtı və novbələrə rahat uyğunlaşa bilmək və işləyə bilmək
- MS Office proqramlarında yüksək səviyyədə bilik və təcrübə;
- Opera proqramını bilmək mütləqdir
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Qonaq xidmətləri üzrə Nümayəndə / Bellboy
Son tarix 12 okt 2025 - - [email protected]
ƏMƏK FUNKSİYASI
- Qonaqları otaqlarına qədər müşaiyət etmək, onların baqajını otaqlarına qədər aparmaq, onlara aid məktubları və yaxud otel daxilində ehtiyac olduqları digər məmulatları çatdırmaq;
- Əsas girişin təmiz və səliqəli qalmasını təmin etmək, şüşədən olan yerlərdə ləklərin olmamasına, əsas qapılara diqqət yetirmək, tullantıların boşaldılması zamanı diqqətli olmaq;
- Zəng Xidmətləri Şöbəsi tərəfindən daxil olan bütün ismarıcları toplamaq və qeydiyyat kitabında yazmaq;
- Qonaqlar üçün bütün icra olunan xidmətlərin düzgün qeyd edilməsini və müvafiq istiqamətdə icrasını təmin etmək;
- Qonaqlara baqajla bağlı kömək etmək üçün Lobidə olmaq, təyin edildiyi şəkildə qonaqlara köməklik göstərmək və bütün baqajın qonaq otaqlarından standart vaxt çərçivəsində yığılmasını təmin etmək;
- Qaydalara uyğun otaqların dəyişdirilməsinə köməklik etmək;
- Uzunmüddətli saxlanacaq baqajın düzgün şəkildə saxlanmasını və təhvil verilməsini təmin etmək;
- Oteldəki bütün təlimatlar və yeniliklər barədə xəbərdar olmaq və qonaqlara lazimi sahədə istiqamət vermək;
- Departamentin qarşıya qoyulmuş məqsədlərə nail olması və irəliləməsi üçün Ön Ofis idarəetmə işlərində dəstək olmaq;
- Vəzifəsinə daha yaxşı yiyələnmək və inkişaf etmək üçün təlimdə əldə edilmiş bilik və təcrübədən istifadə etmək və ohdəliklərini yerinə yetirərkən dəqiq olmaq;
- Gündəlik işləri icra etmək və birbaşa rəhbərə hesabat vermək;
- Bütün şöbədaxili təlimatları, siyasəti başa düşmək və onlara riayət etmək;
TƏLƏBLƏR
- Orta və ya Ali təhsil
- Müvafiq vəzifə üzrə minimum təcrübə
- Səlis Azərbaycan dili, İngilis dili, Rus dili orta
- Son dərəcə məsuliyyətli olmaq
- Sürücülük vəsiqəsi arzuolunandır
- Kollektiv daxili münasibətlərdə sakit və təmkinli qalmaq şərtilə dəyişən mühit çərçivəsində çoxsaylı tapşırıqları icra edə bilmək qabiliyyətinə malik olmaq
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti olmaq
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.