Express Bank
Online satış və telemarketinq şöbəsinin mütəxəssisi
Son tarix 09 okt 2024 - Müraciət et
Təsvir
- Online kredit sifarişlərini qəbul edir;
- Sifarişlərin bankın daxili prosedur və qaydlarına uyğun rəsmiləşdirilməsi üçün sənədləri toplayır;
- Daxili qaydalardan kənarlaşmalar olduqda müvafiq qaydada məlumatları hazırlayır və ABİS-də qeydiyyatını aparır;
- Daxili qaydalardan kənarlaşmalar olmadıqda sənədləri hazırlayır və sənədlər toplusunu kredit mütəxəssisinə təqdim edir;
- Müştərinin kredit şərtlərinə, ödəniş qaydasına və s. dair suallarını cavablandırır;
- Sifarişlər barədə hesabatlar tərtib edir;
Tələblər
- Ali təhsil ;
- Dil biliyi: Azərbaycan dilində səlis danışıq qabiliyyəti ;
- Bilik və bacarıqlar: Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək ;
- Təcrübə: Bank, BOKT vəya müvafiq vəzifəyə uyğun sahədə iş təcrübəsi arzuolunandır.
Məlumat Mərkəzi şöbəsi/ mütəxəssis/aparıcı mütəxəssis
Son tarix 09 okt 2024 Müraciət et
Təsvir
- Telefon zənglərini cavablandırır;
- Müştərilərə şöbənin fəaliyyət sahəsinə uyğun məsləhət tipli dəstək göstərir. Yaranmış sualın cavablandırılmasında köməklik göstərir;
- Təsdiq olunmuş ədəbiyyat siyahısına uyğun danışıq texnologiyası və texnikası tətbiq edir;
- Günlük/Həftəlik/Aylıq terminal vasitəsi ilə uğursuz nəticələnmiş bütün növ ödənişlərin yoxlanılmasını və düzəlişlərin olunmasını həyata keçirir;
- Müştəriyə xidmət, tarif, prosedur və aksiyalar ilə bağlı bütün lazımı məlumatları təqdim edir;
- Məlumat bazasına qəbul olunmuş informasiyanı sistemə daxil edir;
- Zəruri informasiyanın alınması məqsədilə müştərilərlə əlaqə saxlayır (informative xarakterli zənglər; sorğu/anket);
- Müştərilərin müraciətlərinin qeydiyyatını aparır və aidiyyəti üzrə yönləndirir;
- Müştərilərin təklif və şikayətlərini qeydə alır və aidiyyəti üzrə yönləndirir;
- Aylıq hesabat təqdim edir.
Tələblər
- Ali təhsil;
- Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək;
- Azərbaycan və Rus dillərində sərbəst danışıq qabilliyyəti;
- Müvafiq sahə üzrə 6 ay iş təcrübəsi arzuolunandır.