Express Bank
Kreditlərin anderraytinqi şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi / böyük mütəxəssisi
Son tarix 10 apr 2025 - Müraciət et
Təsvir
- Kreditlərin Strukturlaşdırılması və müvafiq satış departamentləri tərəfindən təqdim edilmiş kredit sifarişlərin və limitlərin anderraytinqini təmin etmək;
 - Müştərinin maliyyə vəziyyətinin və gələcəkdə krediti qaytarmaq qabiliyyətinin yoxlanması, müştərilərin kredit reytinqlərinin hesablanması və müvafiq qərarların qəbul edilməsi işini həyata keçirmək;
 - Biznes kreditlərin təhlilinə dair hesabatların hazırlanması;
 - Bankın təsdiq etdiyi kredit siyasəti və müvafiq prosedurlara əsasən kreditlərlə bağlı risk dərəcəsinin qiymətləndirilməsini aparmaq.
 
Tələblər
- Ali təhsil (İqtisadi, maliyyə və ya riyazi sahə üzrə ixtisas);
 - Kredit, Risk, Maliyyə təhlili və ya müvafiq sahə üzrə minimum 1-3 il iş təcrübəsi;
 - CFA və ya ACCA sertifikatlarının olması müsbət qarşılanır;
 - İqtisadi və maliyyə biliklərinin olması, maliyyə hesabatlarının yığılması və təhlil etmə bacarıqları;
 - Analitik düşünmə qabiliyyəti və çevik qərarvermə qabiliyyəti;
 - Məsuliyyətlilik və dəqiqlik;
 - Təhlil, qərarvermə və ünsiyyət bacarıqları.
 
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
 - Təcrübə - 1-2 il
 - Təhsil - Bakalavr
 
Biznes satış üzrə kiçik mütəxəssis
Son tarix 10 apr 2025 Müraciət et
Təsvir
- Hüquqi şəxs və sahibkarlarla əlaqələrin qurulması;
 - Bankın biznes üçün məhsul və xidmətlərini onlara təqdim etmək;
 - Biznes müştərilərdən daxil olan sifarişlərin ilkin təhlilini aparmaq;
 - Qarşıya qoyulan aylıq satış hədəflərini icra etmək;
 - Biznes məhsullarının satışı üçün potensial müştərilərin cəlbi;
 - Maliyyə təhlili aparmaq.
 
Tələblər
- Təhsil: Ali (iqtisadi);
 - Ünsiyyət qurma və komandada işləmək bacarığı;
 - Təqdimat bacarığı;
 - Təhlil etmə bacarığı;
 - Biznes müştəriləri ilə minimum 6 ay iş təcrübəsi.
 
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
 - Təcrübə - 1 ilədək
 - Təhsil - Bakalavr
 


            
                            
                            
                        

                
                
                
                
                
                
                
                
                
                
                
                







