Elit Lombard
Monitorinq şöbəsinə müdiri
Son tarix 07 noy 2024 - [email protected]
Şirkət haqqında:
“Elit Lombard” 2017-ci ildən ölkəmizin lombard bazarında müştərilərə xidmət göstərir. Mütəmadi olaraq genişlənən filial şəbəkəsi hər keçən gün artmaqdadır. Bakı şəhəri və regionlar daxil olmaqla 18 filial şəbəkəsi fəaliyyət göstərir. Bu isə öz növbəsində daha çox müştəriyə şəffaf və sürətli xidmət göstərməyə imkan yaradır.
Əsas prioritet məqsədləri, müştərilərinin istəklərinə uyğun xidmət göstərmək və hər bir müştərinin güvənini qazanmaqdır.
İnsan kapitalının inkişafı, insan resurslarının idarə edilməsində çevik və müasir metodların tətbiqi, kollektiv arasında motivasiyanın yüksəldilməsi, bilik və bacarıqların artırılması yönündə müxtəlif layihələrdə iştirak, performans dəyərləndirməsi, keyfiyyətli iş mühitinin yaradılması prioritet məqsədlərimizdəndir.
“Elit Lombard” Kredit təşkilat üzrə Monitorinq şöbəsinə müdir vəzifəsinə işçi qəbulu elan edir. Karyeranızı bu sahədə görür və bu istiqamətdə bilik və bacarıqlarınızı inkişaf etdirmək istəyirsinizsə, size peşəkar komandamıza qoşulmağa dəvət edirik
Əsas vəzifələr:
- Filialların kredit portfelini hesabatlar əsasında təhlil etmək və şübhəli halları aşkar etmək;
- Filiallarda verilmiş kreditləri monitorinq etmək və monitorinq olunan kreditlərin keyfiyyətini qiymətləndirmək;
- Monitorinq zamanı müəyyən olunan potensial risk və nöqsanlar barədə rəhbərliyə məlumat vermək və zəruri hallarda bankın daxili qaydalarında, prosedurlarında dəyişikliklərin edilməsi üzrə tövsiyələr vermək;
- Filiallarda keçirilmiş monitorinqin nəticələri üzrə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.
Namizədə olan tələblər:
- Ali təhsil (Maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə);
- Risk sahəsi üzrə sertifikatların olması üstünlükdür;
- Təcrübə: Bankda və ya kredit təşkilatında istehlak kreditləri üzrə minimum 1 illik iş təcrübəsi;
- MS Office (Word, Excel,Outlook) proqramları üzrə biliklər;
- Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
- Analitik düşünmə qabiliyyəti;
- Filiallarına mütəmadi olaraq ezamiyyətlərə gedə bilmək imkanının olması.
İş qrafiki:
- Bazar ertəsi – Cümə: 09:00 – 18:00
- Ə/h: 1500-2000 AZN
- Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini “Monitorinq” başlığı ilə elektron poçt ünvanına göndərməkləri xahiş olunur.
Ünvan:
Bakı şəhəri, Qara Qarayev prospekti 22
Əlaqə nömrəsi:
(+994 55) 355-90-20
Sosial şəbəkələr:
Elit_lombard_resmi