DO IT MMC
İnformasiya sistemlərin tətbiq olunması üzrə mütəxəssis
Son tarix 04 dek 2023 [email protected]
Öhdəliklər:
- Layihədən əvvəlki tədqiqatlarda iştirak, biznes proseslərin təhlili;
- Elektron sənəd dövriyyəsi, intranet sistemlərin tətbiq olunması;
- Layihə planı və texniki tapşırığa uyğun olaraq sistemlərin sazlanılması;
- Sifarişçinin texniki işçi heyəti və sistemin istifadəçiləri üçün təlim keçirilməsi;
- Layihə texniki sənədlərinin hazırlanması;
- Tətbiq olunan sistemlərə texniki və konsultasiya dəstəyi.
Tələblər:
- Yaş: 20-30
- Təhsil: Ali
- İş təcrübəsi: 1-3 il
- Analitik düşüncə tərzi, inkişaf etmiş məntiqi təfəkkür;
- İnformasiya texnologiyaları sahəsində inkişaf etmiş bacarıqlar, İT texnologiyaları sahəsində əsas müasir istiqamətlər barədə biliklər;
- Kompüter və ofis proqramları barədə biliklər – yüksək səviyyədə
- Microsoft Sharepoint, Microsoft SQL sahələrindən biri barədə biliklər arzuolunandır;
- Korporativ informasiya sistemləri, xüsusilə elektron sənəd dövriyyəsi, işçi heyətinin idarə olunması sistemləri ilə tanışlıq;
- Məntiqi cəhətdən yoxlanılmış və anlaşılan sənədləri yazma bacarığı;
- Ali təhsil, texniki sahədə arzuolunandır;
- Dil bilikləri: rus və Azərbaycan dili – mükəmməl səviyyədə, ingilis dili – arzuolunandır;
- Ünsiyyətcillik, punktuallıq, stressə dözümlülük, məsuliyyətlilik, qarşıya qoyulan vəzifələri müstəqil həlletmə, komandada işləmə bacarığı;
- Öyrənmə bacarığı, inkişaf etməyə və yeni biliklər əldə etməyə meyllilik;
- İT sahəsində biznes analitiki kimi inkişaf etmə istəyi.
Əmək şəraiti:
- İş qrafiki: bazar ertəsi-cümə saat 9:00 - 18:00;
- Mehriban və peşəkar kollektiv;
- Maraqlı tapşırıqlar, bacarıqları nümayiş etdirmə imkanı;
- Karyera inkişafı imkanları;
- Peşəkar təlimlərdə iştirak.
Əmək haqqı: 800-1200 AZN.