Decoliv
Satış əməliyyatları departament müdiri
Son tarix 04 dek 2025 - [email protected]
Vəzifə öhdəlikləri:
- Şirkətin satış strategiyasını formalaşdırmaq və həyata keçirmək;
- Non-Food kateqoriyasına daxil olan məhsul qrupları üzrə satış hədəflərinin müəyyənləşdirilməsi və icrasına nəzarət etmək
- Satış planlarının yerinə yetirilməsini təmin etmək və aylıq, rüblük, illik satış hədəflərinə nəzarət etmək;
- Satış komandası ilə işləmək, motivasiya etmək və onların performansını izləmək;
- Bazarın, rəqiblərin və məhsul kateqoriyalarının təhlilini aparmaq, yeni satış imkanlarını müəyyənləşdirmək;
- Müştərilərlə uzunmüddətli və etibarlı işgüzar münasibətlərin qurulması və saxlanılmasına nəzarət etmək;
- Satış göstəriciləri, kampaniyalar və endirim strategiyalarının hazırlanması və idarə olunması nəzarət etmək;
- Ticarət nöqtələri, distribütorlar və tərəfdaşlarla əməkdaşlıq prosesini təşkil etmək;
- Satış hesabatlarının hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Komanda üzvlərinin təlim və inkişaf ehtiyaclarını müəyyənləşdirmək, müvafiq tədbirlər görmək;
- Şirkət standartlarına və daxili qaydalara uyğun olaraq satış proseslərini idarə etmək.
- Mağazalara verilmiş tapşırıqların yerinə yetirilməsini təmin etmək məqsədilə hazırlanmış çeklist üzrə aparılmış yoxlamaları izləmək.
Namizədə tələblər:
- Ali təhsil;
Digər məlumatlar:
- Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
- Xarici dil biliyi: İngilis dili – yaxşı səviyyədə, Rus dili – arzuolunandır;
- MS Excel proqramında yüksək səviyyədə işləmək bacarığı;
- Analitik düşünmə qabiliyyəti və komanda ilə işləmək bacarığı.
İş şəraiti
- Nahar və servis ilə təmin edilmə
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı
- Sığorta
- Korporativ mobil nömrə
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Satış əməliyyatları departament müdiri” adını mövzu hissəsində qeyd etməklə CV formalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər













