Decoliv
Kateqoriya Müdiri
Son tarix 21 noy 2025 - [email protected]
Vəzifə öhdəlikləri:
- Potensial təchizatçıları (Çin) tapmaq, qiymətləndirmək və sertifikatlı, etibarlı fabriklərlə əməkdaşlıq qurmaq;
- Qiymət, MOQ, ödəniş və çatdırılma şərtləri üzrə danışıqlar aparmaq və müqavilə şərtlərini optimallaşdırmaq;
- Satış göstəricilərinə əsasən SKU dövriyyəsini və ehtiyac proqnozlarını optimallaşdırmaq;
- Məhsul nümunələrini Decoliv standartlarına əsasən qiymətləndirmək (dizayn, material, qablaşdırma, təhlükəsizlik);
- Promosyon kampaniyalarının və endirim aksiyalarının planlaşdırılması, icrasına nəzarət və nəticələrinin təhlili;
- Satış göstəricilərini izləmək, dövri analizlər aparmaq və nəticələrə əsasən qərarlar vermək;
- Satış, marketinq və vizual-merçendayzinq komandaları ilə sıx əməkdaşlıq edərək kateqoriyanın inkişafını təmin etmək;
- Bazarın və rəqiblərin təhlilini aparmaq, yeni trendləri izləmək və kateqoriyanın inkişafı üçün təkliflər vermək;
- Kateqoriya üzrə aylıq və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
Namizədə tələblər:
- Ali təhsil (İqtisadiyyat, Biznes İdarəçiliyi və ya əlaqəli sahələr üzrə);
- Beynəlxalq satınalma sahəsində ən azı 2 il iş təcrübəsi
- Ev dekoru, mətbəx, tekstil və household kateqoriyalarında təcrübə üstünlük hesab olunur;
- Dil Bilikləri: İngilis dili yaxşı səviyyədə, Rus dili arzuolunandır
- Yüksək ünsiyyət, danışıqlar aparma və qərarvermə bacarığı;
- Komandada işləmək, stressə davamlılıq və operativlik.
Digər məlumatlar:
- Nahar təminatı
- Servis xidməti
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı
- Korporativ mobil nömrə və danışıq limiti
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.