Clima Service
Baş mühasib
Son tarix 10 fev 2025 - [email protected]
İşin təsviri:
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini təmin edir;
- Vergi, DSMF, statistik hesabatların hazırlanması və təqdim olunması
- Gündəlik mühasibat əməliyyatlarının həyata keçirilməsi
- Büdcənin planlanması və nəzarət
- Audit və maliyyə yoxlamaları ilə işin koordinasiyası
- Vergi orqanları ilə yazışmaları aparacaq, e-qaimələrin vaxtında və düzgün təqdim olunmasını təmin edir;
- Əsas vəsaitlərin uçotunun aparılmasını, inventarizasiyasının müəyyən olunmuş müddətdə keçirilməsinə nəzarət etmək;
- Vaxtlı-vaxtında və lazımi qaydada təsdiqedici sənədlərin əldə olunması/təqdim edilməsi üçün təchizatçılarla/müştərilərlə yazışmaların aparılmasının təmin olunması;
- Kreditor və debitor hesablarının dəqiq qeydiyyatını aparmaq, üzləşmələrin vaxtında və düzgün aparılmasını təmin etmək;
- Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqlarına dair əməliyyatlarının vaxtında və düzgün emal olunmasını təmin edilməsi;
- Əmək haqqının, məzuniyyət və xəstəlik vərəqəsi üzrə ödənişlərin hesablanması, portalda işlənməsi;
- Daxili mühasibatlıq sistemində köçürmələrin idarə edilməsi;
- Yük Gömrük Bəyannaməsi ilə bağlı əməliyyatlar.
Namizədə tələblər:
- Cins: Qadın
- Ali Təhsil - mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə .
- Vergi qanunvericiliyi və Mühasibat uçotunun milli və beynəlxalq standartları və təcrübəyə malik olmaq.
- Mühasibatlıq sahəsində ən azı 3 il iş təcrübəsi.
- Peşəkar mühasib sertifikatı olan namizədlərə üstünlük veriləcək.
- Azərbaycan dili - əla səviyyədə, rus və ingilis dilləri - yaxşı səviyyədə bilən namizədlərə üstünlük veriləcək.
- Dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti.
- Komanda ilə işləmə bacarığının olması.
- Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq.
- ERP proqramlarında təcrübəli olanlara üstünlük veriləcəkdir.
Əməkhaqqı: 1500-1700 AZN (NET)
İş qrafiki: 6 günlük iş həftəsi. (6-cı gün yarım iş günü)
Maraqlanan namizədlər mövzu yerində “Baş Mühasib” yazmaqla öz CV-lərini elektron poçt ünvanına göndərə bilərlər. Mövzu olmayan müraciətlər nəzərdən keçirilməyəcəklər. Yalnız uğurlu namizədlər mühasibəyə dəvət olunacaqlar