CE Parts
Mühasib
Son tarix 30 okt 2022 - [email protected]
İş yeri: Bakı-Sumqayıt şossesi 5-ci km.(Masazır dairəsinin yanı)
İş rejimi və vaxtı: 5 günlük 9:00-18:00
Əmək haqqı : 800-900 AZN
İş haqqında:
- Əmək haqqlarının, məzuniyyətin, xəstəlik vərəqələrinin, son haqq-hesabların, ezamiyyətlərin qanunvericiliyin tələblərinə müvafiq hesablanması və ödənilməsi;
- Mal alışları üçün xarici şirkətlərə edilən avans ödənişlərinə uyğun mallar ölkəyə daxil olduqdan sonra rəsmiləşdirilən YGB-lər üzrə müvafiq məlumatların banklara təqdim edilməsi;
- Xarici şirkətlərə olan borcların nəzarətdə saxlanılması və uçotunun təşkili, ölkədaxili, ölkəxarici və büdcə ödənişlərinin icra edilməsi;
- Əsas vəsaitlər, mal-material ehtiyatları üzrə uçotun aparılmasının təşkili;
- E-gov.az, e-taxes.gov.az, e-customs.gov.az portalları, BTP və EFP proqramlarında işləmək bacarıqları;
- Tender sənədlərinin hazırlanmasına dəstək olmaq;
- Vergi Məcəlləsi, Əmək Məcəlləsi, Mülki Məcəllə və mühasibat-vergi uçotunun təşkili məqsədilə lazım olan digər normativ-hüquqi aktlar, qanunlar, qaydalar haqqında gərəkli bilgilər;
- Müəssisə Rəhbərliyi və Baş mühasib tərəfindən verilmiş digər tapşırıqların vaxtında və düzgün formada icra olunmasını təmin etmək.
Tələblər:
- Mühasibat uçotu, maliyyə və ya iqtisadi yönümlü ali təhsil;
- Yaş həddi 22-35;
- Müvafiq vəzifə üzrə 1 ildən çox iş təcrübəsi;
- Yaxşı səviyyədə Excell bilikləri, PowerPoint proqramında işləyə bilmək;
- Xarici dil bilikləri: Rus dili və ingilis dili yaxşı səviyyədə;
- Beynəlxalq mühasibat uçotu standartları üzrə biliklər və F3 sertifikatının olması əlavə üstünlükdür;
- Komandada işləmək, stressə davamlı olmaq və yüksək səviyyədə ünsiyyət bacarıqları;
- Detallara qarşı diqqətlilik, intizamlı və məsuliyyətli olmaq;
- Planlaşdırma və vaxtın düzgün istifadə edilməsi bacarıqları;
- Analitik düşünmək və yaradıcı təkliflər vermək.
Əsas təminatlar:
- Aylıq mobil rabitə limiti ilə təmin olunur.
- Nahar ilə təmin olunur.
- Tibbi sığorta ilə təmin olunur.
- İşçilərin iş yerinə rahat gediş-gəlişi üçün servis avtobusları fəaliyyət göstərir.
Uyğun namizədlər mövzu bölümündə “Mühasib” yazaraq CV-lərini e-mail ünvanına göndərə bilərlər.