Buta Group
Satış müdiri
Son tarix 23 fev 2023 [email protected]
Vakansiya haqqında:
İş yeri: Bakı, Nəsimi rayonu, Rəşid Behbudov 71
İş saatı : Həftədə 5 gün həftəlik 40 saat olmaqla
İşə başlama tarixi: Təcili
Əmək haqqı: Müsahibə əsnasında təyin olunacaq
Vəzifə öhdəlikləri:
- Satış strategiyasının hazırlanması və icrasına birbaşa nəzarət edir;
- Müştəri bazasını təkmilləşdirir və yeni məhsulları təbliğ edir;
- Qiymət siyasətinin formalaşdırılması, satışın təhlili və sənədlərin idarə edilməsini icra edir;
- Bölgə rəhbərləri və satış təmsilçilərinin aylıq hədəflərini təyin edərək bu barədə məlumatlandırmanı həyata keçirir və mütəmadi olaraq hədəflərin yerinə yetirilmə hərəkətini izləyir;
- Görülən işlərin ərazidə yoxlanılmasına günlük və ya həftəlik olaraq nəzarət edir,mütəmadi ezamiyyəyə gedir;
- Gündəlik olaraq xüsusi tapşırıqların hesabatına nəzarət edir;
- Potensial müştərilər ilə əlaqə qurur və görüşlər keçirir və digər satış təmsilçiləri və bölgə rəhbərlərinin bu sahədəki işlərinə nəzarət edir;
- Rəqib şirkətlər və onların satdıqları məhsullar haqqında məlumatlı olur və rəhbərlik etdiyi digər satış təmsilçiləri ilə bu barədə müzakirələr aparır;
- Yeni məhsullar, onların xassələri, digər məhsullardan fərqli cəhətləri barədə şirkət tərəfindən təşkil olunmuş seminar və təlimlərdə satış heyətinin mütamadi iştirakını təmin edir;
- Bazar araşdırmalarının aparır, yeni təkliflər verir;
- Hər ayın əvvəli keçən ayın satış hesabatlarını direktora təqdim edir.
Təhsil və iş təcrübəsi:
- Ali təhsil (Menecment, Aqronomluq sahəsinə üstünlük verilir);
- Azərbaycan dilində səlis danışıq, rus dili azuolunandır;
- Satış sahəsində 5 il (kənd təsərrüfatı profili üzrə) və rəhbər vəzifədə minimum 2 il iş təcrübəsi;
Bacarıq və səriştələr:
- Təşkilatçılıq, idarəçilik bacarığı
- Güclü ünsiyyət, idarəetmə, analitik düşünmə və problemləri həll etmə bacarığı;
- Biznes planlaşdırma, təhlil və hesabat hazırlaya bilmə bacarığı
- Komanda idarəetmə bacarığı;
- Ms. Office programları
Təminatlar:
- Telefon limiti
- Nəqliyyat xərcləri
Bilməlidir:
- Satışın qaydaları, əsasları və strukturu barədə biliklər;
Müraciət qaydası:
Zəhmət olmasa CV-lərinizie-mail adresinə göndərin. CV-ləri göndərərkən başlıq yerinə “Satış müdiri” qeyd etməyi unutmayın.
Satış üzrə mütəxəssis
Son tarix 23 fev 2023 [email protected]
Vakansiya haqqında:
İş yeri: Bakı, Nəsimi rayonu, Rəşid Behbudov 71
İş saatı : Həftədə 5 gün həftəlik 40 saat olmaqla
İşə başlama tarixi: Təcili
Əmək haqqı: Müsahibə əsnasında təyin olunacaq
Vəzifə öhdəlikləri:
- Müştərilər ilə görüşlər təşkil edir;
- Satış prosesinin icra edilməsi zamanı, müştərilərə bitkilərin əkilməsinin istehsal planlarını, növlərini və əkin prosesinə uyğun dərman vasitələrinin miqdarının hazırlanma qaydaları haqqında məlumat təqdim edir;
- Müştərilərin əkin sezonları başlamadan öncə onların əkin sahələri haqqında məlumatları əldə edir və əkin prosesində lazım olan dərman vasitələri haqqında müştərilərə məlumat təqdim edir;
- Torpağın münbitliyinin yaxşılaşdırılmasına və məhsuldarlığın artırılmasına yönəlmiş aqrotexniki tədbirlər haqqında məsləhətlər verir;
- Torpağın səpin və əkin üçün hazırlanması qaydalarını uyğun olaraq müştərilərə dəstək verir;
- Bağçılıq, istixana və əkin sahələri üçün lazımi dərman vasitələrinin istifadə qaydaları haqqında müştərilər ilə online və ya fərdi görüşlərin keçirilməsini icra edir;
- Ziyan verici həşaratlara qarşı istifadə edilən dərman reseptlərinin təyin edilməsində iştirak etmək;
- Müştərilərin tələblərinə uyğun yeni dərman vasitələrin təminatlığını təmin edir.
Təhsil və iş təcrübəsi:
- Aqronomluq, Torpaqşünaslıq və aqrokimya, Aqrotexnologiya sahələri üzrə təhsil;
- Minimum 2 il satış (istixana, bağçılıq, açıq sahə əkinləri üzrə) vəzifəsi üzrə təcrübə.
Bacarıq və səriştələr:
- Ünsiyyət/təqdimat bacarıqları və əlaqələr qurmaq qabiliyyəti;
- Təşkilatçılıq və vaxtı səmərəli idarəetmə bacarığı;
- Komandada işləmək bacarığı;
- Ms. Office programları, PowerPoint, Excell orta səviyyədə.
Təminatlar:
- Telefon limiti
- Nəqliyyat xərcləri
Bilməlidir:
- Kənd təsərrüfatı istehsalı texnologiyasını;
- Tarla, bağ, tərəvəz bitkilərinin becərilməsi üsulları haqqında məlumat;
- Satış texnikası;
- Bazar araşdırması, satış və danışıqların aparılması prinsipləri haqqında biliklər.
Müraciət qaydası:
Zəhmət olmasa CV-lərinizi e-mail adresinə göndərin. CV-ləri göndərərkən başlıq yerinə “Satış üzrə mütəxəssis” qeyd etməyi unutmayın.
Maliyyə meneceri
Son tarix 23 fev 2023 [email protected]
Vakansiya haqqında:
İş yeri: Bakı, Nəsimi rayonu, Rəşid Behbudov 71
İş saatı : Həftədə 5 gün həftəlik 40 saat olmaqla
İşə başlama tarixi: Təcili
Əmək haqqı: müsahibə əsnasında təyin olunacaq
Vəzifə öhdəlikləri:
- İFRS və daxili siyasətlərə uyğun olaraq aylıq maliyyə hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Mühasibat uçotunda əks olunmuş əməliyyatların aylıq monitorinqi və təhlili;
- Bütün aylıq hesabatların müəyyən edilmiş son tarixlərə qədər işlənib hazırlanmasını təmin etmək üçün Mühasibatlıq şöbəsinin işçilərinin mütəşəkkil şəkildə işləmələrini təmin etmək;
- Nağd vəsait dövriyyəsi proqnozlarının hazırlanması, nağd vəsaitlər üzə digər tələb olunan hesabatların hazırlanması;
- Şirkətin illik büdcəsinin hazırlanmasında iştirak etmək;
- Debitor, kreditor borcları və avanslar üzrə yaşlanma cədvəllərinin hazırlanması;
- Aylıq büdcə-fakt analizinin aparılması;
- Audit tərəfindən aşkarlanan səhvlərin aradan qaldırılması üzrə işləri icra etmək;
- Müəssisəyə aid balanslara maliyyə nəzarəti və yoxlanışların edilməsini təmin etmək;
- Faktiki maliyyə nəticələrinin büdcəyə görə təhlil edilməsi;
- Vergi qaydalarının uyğunluğunu təmin etmək;
- Birbaşa rəhbər və ya şirkət rəhbərliyi tərəfindən tələb olunan digər analitik hesabatların hazırlanması.
Təhsil və iş təcrübəsi:
- Ali təhsil (Maliyyə, İqtisadiyyat)-sahə üzrə beynəlxalq sertifikat namizədliliyi gücləndirəcək üstünlükdür.
- Sahə üzrə ümumi 5 il iş təcrübəsi, xüsusilə maliyyə nəzarəti, audit, hesabatlılıq sahəsi üzrə minimum 2 il iş təcrübəsi
Bacarıq və səriştələr:
- Azərbaycan, ingilis və rus dillərini yüksək səviyyədə bilmək;
- Güclü analitik bacarıqlar;
- Güclü ünsiyyət və təqdimat bacarıqları;
- MS Office proqramlarının (xüsusən excell) və digər proqramları (məs. 1 C 8.3) mükəmməl bilmək;
Müraciət qaydası-Zəhmət olmasa CV-lərinizi e-mail adresinə göndərin. CV-ləri göndərərkən başlıq yerinə “Maliyyə meneceri” qeyd etməyi unutmayın.