Baş Aqronom
Əsas vəzifə öhdəlikləri:
• İstixanada yetişdirilən bitkilərin əkildiyi vaxtdan, sağlam və keyfiyyətli şəkildə ən az itki ilə yetişdirilməsini təşkil etmək;
• İstixananın bitkilərin əkininə hazır hala gətirilməsini və əkilməsini təşkil etmək;
• Əkin üçün gigiyenik şəraitin hazırlanmasını təmin etmək;
• İstehsalat planına uyğun olaraq, istixanada əkmə planını hazırlamaq, əkin planının və ehtiyat bitkilərin qeydə alınmasını təşkil etmək;
• Bitkinin ehtiyacını qarşılayacaq şəkildə istixana daxilində rütubət və temperaturu nəzarət altında saxlanılmasını təmin etmək;
• İsitmə, soyutma, kölgələndirmə, sisləməyə nəzarət edilməsi, isitmə və yanacaq istehlakının qeydiyyata alınmasını təşkil etmək;
• Bitkinin ehtiyacını qarşılayacaq dərəcədə, münasib vaxtda və miqdarda suvarmanın və gübrələmə işlərinin yerinə yetirilməsini təmin etmək;
• İstixanalarda pestisidlərin istifadəsini minimuma endirməklə, xəstəliklərin yayılması və zərərli həşəratların olub-olmadığının yoxlanılmasını həyata keçirmək, İstixana daxilində xəstəlik yayılması və zərərli həşəratların daxil olmasının qarşısını alacaq tədbirlərin görülməsini təmin etmək;
• Bitkilərin şəraitə uyğulaşdırılmasını, boylama proseslərinin təlimatlara uyğun olaraq yerinə yetirilməsini həyata keçirmək;
• Aylıq istehlak və ehtiyat məhsullarına dair məlumatların qeydə alınmasını təmin etmək;
İş şərtləri:
• İş vaxtı 1 – 6 günlər 08:00-17:00
• Şirkət tərəfindən nəqliyyatla təmin edilmə;
• Əmək haqqı müsahibə əsasında təyin olunacaq.
Tələb olunan təhsil, təcrübə və bacarıqlar:
• Aqronomluq üzrə ali Təhsil;
• Uyğun sahədə ən azı 5 il iş təcrübəsi;
• Texniki biliklərlə yanaşı idarəetmə bacarıqları;
• Priva proqramı bilikləri üstünlükdür;
• Ölkə xarici və rayonlara ezam getmə imkanının olması;
Vakansiyaya müraciət üçün CV-nizi mövzu hissəsində “baş aqronom” qeyd edərək [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur.