Buta Group
Mühasib
Son tarix 09 okt 2022 - [email protected]
İş yeri: Bakı, Nəsimi rayonu, Rəşid Behbudov 71
İş saatı : Həftədə 5 gün həftəlik 40 saat olmaqla
İşə başlama tarixi: Təcili
Əmək haqqı: 1200-1500 NET
Vəzifə öhdəlikləri:
- Əmək haqqı və ona bərabər tutulan ödənişlərin hesablanması və uçotunda iştirak edir, rəsmiləşdirilməsi üçün təqdim edir;
- Ezamiyyət hesabatlarının proqrama işlənilməsi və yoxlanılmasını icra edir;
- Əsas vəsaitlərin uçotunun aparılmasında iştirak edir;
- İstehsal xərclərinin uçotunun aparılmasını icra edir;
- Müəssisə balansının hazırlanmasında iştirak edir;
- Rəhbərliyin və dövlət orqanlarının tələblərinə uyğun olaraq hesabatların hazırlanmasını və müvafiq qaydada təqdim edilməsini icra edir;
- İnventarizasiya işinin təşkili və prosesdə iştirak edir;
- Mal-material, əsas vəsaitlərin hərəkətinə nəzarət edir, qaimələri, aktları tərtib edir;
- Mal-material, əsas vəsaitlərin hərəkətinə dair məlumatların mühasibat proqramı bazasına əlavə edilməsi;
- Bank, xəzinə üzrə məlumatların mühasibatlıq proqramına işləyir;
- Təşkilatlara vergi hesab-fakturalarını yazır və təqdim edir;
- Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirir;
- Digər təşkilatlardan daxil olmuş sənədləri yoxlayır, müvafiq hesablar planına işləyir;
- İlkin sənədlərin hesab sahələrinə uyğun qəbulunu və nəzarətini həyata keçirir;
- Pul vəsaitlərinin, əmtəə-maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirir;
- Məhsulun (işin, xidmətin) maya dəyəri və hesabat kalkulyasiyasını tərtib edir;
- Hesabat tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlayır.
Təhsil və iş təcrübəsi:
- Maliyyə, mühasibatlıq iqtisadiyyat üzrə təhsil;
- Minimum 3 il mühasib vəzifəsi üzrə təcrübə.
Bacarıq və səriştələr:
- Komandada işləmək bacarığı;
- Məsuliyyətlilik;
- 1 C 8.3 versiyası üzrə işləyə bilmə bacarığı (logo unity əlavə üstünlük hesab olunacaq)
- Ms. Office programları, Excell yüksək səviyyədə.
Təminatlar: Telefon limiti
Bilməlidir:
- Mühasibatlıq və uçot
- Vergi və əmək qanunvericiliyinin əsaslarını;
Müraciət qaydası:
Zəhmət olmasa CV-lərinizi e-mail adresinə göndərin. CV-ləri göndərərkən başlıq yerinə “Mühasib” qeyd etməyi unutmayın.