Brightman BMC MMC
Mühasib
Son tarix 04 may 2023 - [email protected]
Namizədə qarşı qoyulan tələblər:
- Yaşı 25-40 arası olmalı
- Ən azı 3 il iş təcrübəsinə malik olmalı
- 1S, Excel və digər mühasibat proqramlarını bilməli
- Dürüst, çalışqan və məsuliyyətli olmalı
- Komanda şəraitində işləməyi bacarmalı
Vakansiya üçün nəzərdə tutulan iş funksiyaları:
- Online fakturaların vergi sisteminə işlənilməsi
- Aylıq debitor-kreditor hesabatının hazırlanması
- Aylıq anbar sayımı hesabatının hazırlanması
- Şirkət mağazasının aylıq satış-qalıq hesabatının hazırlanması
- Sənəd dövriyyəsi işlərinin görülməsi. Buraya daxildir:
- Heyətin şəxsi iş qovluqlarının yaradılması
- Əmək müqavilələrinə nəzarət
- Giriş təlimi (induction) formasının hazırlanması
- İstehsal prosesinin qeydiyyatının aparılması (xammalın anbara girişi, xammalın istehsala buraxılışı, hazır malın anbara girişi, xammal qalığı)
Vakansiya üzrə nəzərdə tutulan şərtlər:
- Aylıq əmək haqqı 1000 AZN (aylıq əmək haqqı performansdan asılı olaraq dəyişəcək)
- İş günləri bazar ertəsi - cümə
- İş saatları 09:00-18:00
- İş yeri Biləcəri qəsəbəsi, M.S. Ordubadi küçəsində yerləşir
Maraqlananlar CV-lərini e-mail ünvanına göndərə bilərlər.