Azerbaijan SuperMarket
Mağaza müdiri
Son tarix 20 yan 2023 - [email protected]
Vəzifə öhdəlikləri:
- Mağazanın fəaliyyətini idarə və koordinasiya etmək;
- Mağazanın əməliyyat, maliyyə və hüquqi işlərinə nəzarət etmək;
- Müəssisənin fəaliyyətinə uyğun olaraq rəsmi sənədlərin, əsasnamələrin və daimi qaydaların tələblərini təmin etmək;
- İclaslarda iştirak etmək, idarəetmə orqanları və işçi heyəti arasında məlumat mübadiləsini təmin etmək, lazım gəldikdə iş yeri əməliyyatları, maliyyə, planlaşdırma və digər məsələlər haqqında hesabat vermək;
- Biznesin inkişafına töhfə vermək, biznesin inkişafını təmin etmək üçün qısa, orta və uzunmüddətli hədəflər müəyyənləşdirmək;
- Mükəmməl xidmət təklif etmək üçün brend qaydalarına uyğun olaraq xidmət standartlarının effektiv şəkildə həyata keçirilməsini təmin edin;
- Biznes proseslərinə uyğun olaraq əməliyyat standartlarında mükəmməlliyi təmin etmək;
- Qida təhlükəsizliyi standartlarına, yerli qanunlara, sağlamlıq və təhlükəsizlik tələblərinə uyğunluğu təmin etmək;
- İşçi performansının idarə edilməsi prosesinin yerində olmasını təmin etmək.
- Şirkətin siyasət və prosedurlarına əməl etmək;
- Biznes tendensiyaları və rəqiblərin fəaliyyəti ilə bağlı yenilikləri nəzarətdə saxlamaq;
- Cari tapşırıqları həll etmək, personalın öz vəzifə təlimatlarının və digər daxili normativ sənədlərin tələblərinə dəqiq yerinə yetirmələrini təşkil etmək və nəzarət etmək;
- Satış nöqtələrindən və alıcılarından daxil olan hər bir informasiyaya operativ reaksiya vermək;
- Alıcılara keyfiyyətli xidmətin təşkil olunmasına nəzarət etmək;
- Mağaza heyəti tərəfindən müştəri məmnuniyyətinin təmin edilməsinə nəzarət etmək;
- Mağazanın fəaliyyətinə aid hesabatların təqdim etmək;
- Mağazada xidmət standartlarının həyata keçirmək;
- Personala rəhbərlikdən alınan əmr və göstərişləri çatdırmaq və icrasına nəzarət etmək;
- Personalın daxili nizam-intizam qaydalarına əməl etmələrinə nəzarət etmək;
- Satış prosesinin təşkilində mağazanın sıravi və digər personalının işini tənzimləmək;
- Mağazanın fəaliyyətini itki və xərclərin azaldılması hesabına optimallaşdırmaq;
- Ticarət zalına lazım olan malların sifarişini formalaşdırmaq;
- Mağazanın və personalın səliqə və təmizliyinə nəzarət etmək.
Namizədə dair tələblər:
- Ali təhsil (bakalavr);
- Pərakəndə satış və müştəri xidməti mühitində 3 il və üzəri təcrübə;
- Yüksək təşkilati bacarıqlar (idarəçilik qabiliyyəti, məqsədyönlülük, yaradıcı yanaşma və s.);
- Satış texnikası və prinsiplərini bilmək;
- Alıcılara keyfiyyətli xidmət standartlarını, xidmətin təşkili metodlarını bilmək;
- İşgüzar davranış etikası;
- Analitik bacarıqlara sahib olmaq;
- Münaqişələrin həlli bacarıqları
- Məsuliyyət, dəqiqlik, inkişafa meyillilik; Əla təqdimat bacarığı
- Bacarıq və bilikləri başqaları ilə bölüşmək bacarığı;
- Şifahi və yazılı ünsiyyət bacarıqları;
- Azərbaycan dillində sərbəst danışıq qabiliyyəti, İngilis dili biliyi arzu olunandı
- MS Office proqramları üzrə biliklərə sahib olmaq.
İş yeri : Yevlax rayonu , Tovuz rayonu
Maraqlanan namizədlər email ünvanına “Mağaza müdiri” başlığı ilə müraciət edə bilər.
Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.