Azerbaijan SuperMarket
Paylama Mərkəzində (PM) ehtiyatların planlaması üzrə Supervayzer
Son tarix 13 iyl 2023 [email protected]
İş yeri: Paylama Mərkəzi (PM)
Vəzifə öhdəlikləri:
- PM-də avtomatik sifariş sistemlərini təkmilləşdirmək
- Təchizatçılara edilən sifarişlərə nəzarət etmək və sifariş alqoritmlərini təkmilləşdirmək
- Məhsulların anbarda tükənməsinin qarşısını almaq
- Reklam/Promo sifarişlərinə nəzarət etmək
- Təchizatçıların həyata keçirdiyi çatdırılma tezliyi ilə bağlı təhlil aparmaq və lazımı ön tədbirlər görmək
- Təchizatçıların xidmət səviyyəsini yoxlamaq
- Anbarlarda ehtiyatların tükənməsinin və ya artıq qalıq qalmamaları üçün lazımı tədbirlər görmək
- Xüsusi dövrlərə nəzarət etmək və lazımı qeydlər aparmaq
- Vaxtı keçmiş sifarişləri yoxlamaq və onlara nəzarət etmək
- Anbar ehtiyatlarının optimal səviyyədə saxlanmasına nəzarət etmək
- Ehtiyatların düzgün planlaması məqsədilə marketinq, kommersiya və digər departamentlərlə məsləhətləşərək hesabatları hazırlamaq və təhlil etmək
- Ehtiyatların qalıq və satışlarının daimi monitorinqini həyata keçirmək
- Anbarda hərəkət etməyən məhsulların təhlilini aparmaq və lazımı tədbirlər görmək
Vəzifə üzrə tələblər:
- Biznesin idarə edilməsi və iqtisadi sahədə bakalavr dərəcəsi.
- Planlama üzrə minimum 3 il iş təcrübəsi.
- Əla ünsiyyət bacarığı
- Analitik bacarıqlar
- Məhsul biliyi
- Riyazi bacarıqlar
- Exceldə sərbəst işləmə bacarığı
- Logistika sahəsəində təməl biliklər
- Təqdimat bacarıqları
- Komanda ilə işləmək bacarığı
Kateqoriya üzrə kiçik menecer
Son tarix 12 iyl 2023 [email protected]
Şöbə: Qeyri-qida şöbəsi
Yerləşmə: Baş Ofis
Vəzifə öhdəlikləri:
- Yerli və Xarici sifarişlərin satışa uyğun izlənməsi və sifariş komandası tərəfindən verilən sifarişlərin kampaniyaya görə planlaması;
- Müqaviləni imzalama prosesinə qədər olan, bazar araşdırması, yeni kategoriyaların yaradılması, bazara uyğun çeşidlərin tapılması, araşdırma nəticəsinə əsasən təchizatçılarla görüşlərin təyin edilməsi, təkliflərin yoxlanılması və qiymətləndirilməsi, müqavilənin qaralama variantının təqdim edilməsi və s. kimi müqavilə üzrə bütün proseslərin aparılması;
- Təchizatçı qiymətlərinin prosesə uyğun təyin edilməsi və tətbiqi;
- Təchizatçıların sifarişlərinin izlənilməsi və satışı zəif gedən məhsulların analiz edilməsi;
- İllik müqavilələrin imzalanması;
- Məhsulların qiymət, çatdırılma və yararlılıq nöqteyi-nəzərindən alınmasına qərarın verilməsi;
- Təchizatçı məhsullarının tanıtımı zamanı prosesin icrası və komissiyaya təqdim edilməsi;
- Gəlirliliyin artırılması üçün analizlərin edilməsi və gəlirliliyin artırılması istiqamətində müvafiq qərarların verilməsi;
- Mütəmadi bazar araşdırmasının aparılması;
- Satış qiymətinin təyin edilməsi və satış qiymətinin şirkət siyasətinə uyğun tətbiq edilməsi;
- Mövsümi məhsulların araşdırılması və mövsümdən öncə sifarişlərin planlaşdırılması;
- Kampaniyaların təşkil edilməsi.
Vəzifə üzrə tələblər:
- Kateqoriya idarəetməsi sahəsində təcrübəyə malik olmaq azruolunandır;
- MS Office proqramları ilə çalışma bacarığı (xüsusilə Excel);
- Bazar biliklərinə sahib olmaq (bazarda olan brendləri tanımaq və brendlərin distribyutorluğu haqqında məlumatlı olmaq);
- Komanda ilə işləmə bacarığı;
- Yeniliklərə açıq olmaq;
- Analitik düşünmə qabiliyyəti;
- Araşdırma aparmaq bacarığına sahib olmaq.
Maraqlanan namizədlər email ünvanına “Kateqoriya üzrə kiçik menecer” başlığı ilə müraciət edə bilər. Müraciətə yenilənmiş CV və Portfolio mütləq şəkildə əlavə olunmalıdır.
Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Kopirayter
Son tarix 12 iyl 2023 [email protected]
Şöbə: Marketinq
Yerləşmə: Baş Ofis
Vəzifə öhdəlikləri:
- Vebsayt üçün xəbərlər, bloq yazılarının yazılması və SEO qaydalarının mətnlərdə nəzərə alınması
- Sosial şəbəkələr üçün postların mətninin yazılması və məzmunun tərtib edilməsi
- Sosial şəbəkələr üçün kontent planın hazırlanması
- Sosial şəbəkələr üçün hazırlanacaq videolarda senarinin yazılması
- TikTok senarilərinə nəzər yetirilməsi, ehtiyac olarsa yeni ideyaların verilməsi
- Endirim kampaniyaları və layihələr üçün sloqan təkliflərinin verilməsi, kreativ yanaşmaların edilməsi
- Mövcud trendlərin izlənməsi və onlardan uyğun olanlarının öz işlərimizdə tətbiq edilməsi
- Press-relizlərin yazılması, dilimizin orfoqrafik və qrammatik qaydalarına əməl edilməsi.
Vəzifə üzrə tələblər:
- Kopirayter vəzifəsi üzrə müvafiq iş təcrübəsi
- Kontent strategiyasının yaradılması ilə bağlı biliklərə sahib olmaq
- Mükəmməl yazı, redakte və korrektə qabiliyyətlərinin olması
- SEO yönümlü məqalələr yazmaq təcrübəsinin olması
- Araşdırma, yaradıcılıq, təşkilatçılıq, komanda ilə işləmə bacarıqlarının olması
- Azərbaycan dilində mükəmməl danışma və yazma qabiliyyətinin olması (İngilis dili biliyi əlavə üstünlükdür).
Maraqlanan namizədlər email ünvanına “Kopirayter” başlığı ilə müraciət edə bilər.
Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.