Azerbaijan SuperMarket
Təsərrüfat xidmətləri üzrə texnik
Son tarix 04 apr 2025 - [email protected]
Öhdəliklər:
- Bütün təmir xidmətlərinin vaxtında və keyfiyyətli icra olunmasını təmin etmək;
- Təyin olunmuş podratçı tərəfindən tamamlanmış avadanlıqları yoxlamaq və istifadəyə hazır olduğunu təsdiqləmək;
- Mağaza əməliyyatı şöbə rəhbərinin təlimatına əsasən xüsusi layihələrin icrasını təşkil və koordinasiya etmək;
- Xarici podratçıların icra etdikləri işlərin keyfiyyətini yoxlamaqda dəstək olmaq;
- 0.4 kV-luq elektrik sistemində yaranan kiçik nasazlıqları təyin edib aradan qaldırmaq, elektrik sistemlərinin idarə olunmasını və montaj işlərini icra etmək;
- Təxirəsalınmaz təmir xidmətlərinin icrasını təmin etmək üçün 24 saat ərzində əlçatan olmaq;
- Binada mövcud bütün texniki sistemlərin periyodik olaraq yoxlanılmasını və təmir olunmasını təmin etmək;
- Baş vermiş və ya potensial olaraq baş verə biləcək istisna hallarla bağlı mağaza əməliyyatı şöbə rəhbərinə operativ şəkildə məlumat vermək.
Tələblər:
- Azərbaycan dilində sərbəst ünsi̇yyat bacarığı;
- Mexaniki və/və ya elektromexaniki texnologiyalar sahəsində fundamental bilik və praktik bacarıqlar;
- Ümumi əl alətləri və/və ya mexaniki emalatxana sahəsində praktik bilik;
- Aşağıda göstərilən sahələrdən hər hansı birində ixtisaslaşmış texniki bilik: işəhsal, yığım, emal, qaynaq, quraşdırma, qurulma, əməliyyat, test, yoxlama, nasazlığın aradan qaldırılması;
- Standart əl, elektrik və mexaniki alətlərin istifadəsində praktik təcrübə;
- Elektronika və ya mexanika sahəsində bilik;
- Qaz bıçağı ilə qaynaq bacarığı;
- Elektrik sxemlərini, qrafik və diaqramları oxuma bacarığı;
- Elektrik naqillərini rəng kodlarına görə ayırma bacarığı
- Operativ nəzarət və tənqidi düşüncə bacarığı.
Maraqlanan namizədlər email ünvanına “Təsərrüfat xidmətləri üzrə texnik” başlığı ilə müraciət edə bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.