Kiçik Alıcı
Son tarix 30 dek 2021
Məkan: Baş Ofis
Şöbə: Kommersiya şöbəsi (Təzə qida)
Məruzə edir: İdarəetmə Meneceri
Birbaşa hesabatlar: İdarəetmə Meneceri
İş üzrə Vəzifələr:
-
İstehsalçı və distribyutorlarla kommersiya danışıqlarının aparılması;
-
Məhsul portfeli ilə bağlı analitik hesabatların hazırlanması;
-
Təqdim edilmiş marketinq planına əsasən təchizatçı şirkətlərlə rüblük və illik tədbirlərin planlanması və həyata keçirilməsi;
-
Yeni məhsullar və məhsul qrupları barədə qərarların icrasının həyata keçirilməsi;
-
Təchizatçıların hesab-fakturalarının məqbulluğunun təsdiq edilməsi;
-
Məsul olduğu məhsul qrupun günlük satış və qazanc performansının izlənilməsi və lazımi tədbirlərin icra edilməsi;
-
Marketinq planına əsasən təqdim edilmiş məhsul təkliflərinin mağazalar daxilində sərgilənməsinə nəzarət etmək;
-
Rəqib şirkətlərin fəaliyyətinin izlənməsi və situasiyaya uyğun adekvat tədbirlərin təşkil edilməsi;
-
Qiymət dəyişikliklərinin planlanması və həyata keçirilməsi;
-
Görülən işlər və planlanan fəaliyyət barədə Kateqoriya üzrə menecerə həftəlik təqdimatın edilməsi.
Vəzifə üzrə Tələblər:
Bilik və Tələb Olunan Bacarıqlar
-
Ali iqtisadi təhsil;
-
Pərakəndə ticarət sektorunda iş təcrübəsi;
-
İngilis və Rus dilləri üzrə orta səviyyədə biliklər;
-
Yaxşı inkişaf etmiş ünsiyyət bacarıqları və müştəri yönümlülük;
-
Analitik düşünmə qabiliyyəti;
-
Hesabatların hazırlanması və təqdim edilməsi bacarığı.
Maraqlanan namizədlər email ünvanına "Kiçik Alıcı" başlığı ilə müraciət edə bilər