Azerbaijan SuperMarket
Əmlak məsələləri üzrə Koordinator
Son tarix 10 dek 2021
Yerləşmə: Baş Ofis
Departament: Marketin İnkişafı
Vəzifə öhdəlikləri:
- Həftəlik plan və seçilmiş ərazi üzrə yeni məkan araşdırması;
- Hədəf meyarlarına uyğun olaraq ilkin seçim üçün məkanın yeriyərək araşdırılması;
- Hər bir məkan üçün tam yoxlanış siyahısının/qiymətləndirmə siyahısının tamamlanması;
- Sənədlərin düzgün yoxlanılması və yoxlama siyahısına uyğun olaraq Qrup Rəhbərinə/ Əmlak məsələləri üzrə Mütəxəssisə təqdim edilməsi;
- Məkanla bağlı tapılmış yeni nəticələr barədə Qrup Rəhbərinə/ Əmlak məsələləri üzrə Mütəxəssisə gündəlik hesabatın verilməsi;
- Komanda üçün nəqliyyat qeydləri üzrə hesabatın təsdiqi və İnsan Resursları departamentinə göndərilməsi;
- Potensial yerlərlə bağlı imkanların təhlilinə kömək etmək;
- Yeni marketlər üçün təqdimatların hazırlanmasına kömək etmək;
- Sahə və bazar biliklərini yeniləmək
- Bütün icarə və kommersiya müqavilələri ilə bağlı proseslərə kömək göstərilməsi və menecerin təsdiqinin alınması.
Namizədə dair tələblər:
- Bakalavr dərəcəsi;
- Müvafiq sahə üzrə təcrübəyə malik olmaq;
- Danışıqlar aparmaq və şəxslərarası münasibət üzrə yüksək səviyyədə bacarıqlara sahib olmaq;
- Sürücülük vəsiqəsi və şəxsi avtomobilin olması mütləq şərtdir.
Qeyd: Maraqlanan namizədlər "Əmlak məsələləri üzrə Koordinator" başlığı ilə ([email protected]) müraciət edə bilər.
Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.