Banner

Vakansiyalar

"Bravo" işçi axtarır - VAKANSİYA

"Bravo" işçi axtarır - VAKANSİYA | FED.az
21:25 12 Sen 2021

Vəzifə: İstismar xidməti üzrə texnik
Yerləşmə: Baş Ofis
Departament: Marketin İnkişafı

Vəzifə öhdəlikləri:

• Həftəlik iş planına əsasən texniki komanda ilə birlikdə mağazalara səfər edib mövcud problemləri aradan qaldırmaq.
• Mağazalarda olan texniki avadanlıqların işlək vəziyyətdə olduğundan əmin olmaq, avadanlıqları və ümumi mağaza ərazisini yoxlamaq.
• Supervayzerin verdiyi tapşırıqları icra etmək və aşağıda qeyd edilən işləri yerinə yetirmək:
- aydınlatma lampalarının dəyişdirilməsi (soyuducu, led, spot və.s.)
- sanitar qovşaqlarda və şöbələrdə santexnika aksesuarlarının dəyişdirilməsi (krantlar, su boruları, sifonlar, tualet kağızı və maye sabun dispenserləri, unitaz aksesuarları və.s.)
- şöbələrdə və mağazanın digər bölmələrində su və kanalizasiya bağlantı nöqtələrinin yoxlanması, sifonların və kanalizasiya xəttlərinin periodik olaraq və ya lazım olduqda təmizlənməsi
- həşərat əleyhinə quraşdırılan cihazların yoxlanılması və periodik olaraq lampa və yapışqanlarının dəyişdirilməsi
- qapıların çərçivələri, qapı qolları, kilid və menteşelərinin təmiri və ya dəyişdirilməsi
- döşəmə təmiri, kafel və metlaxların dəyişdirilməsi
- divar təmiri, kafellərin dəyişdirilməsi və boya işlərinin görülməsi
- loker qapılarının təmiri, tutacaq və qapı kilidlərinin dəyişdirilməsi
- siyirməli və qapılı dolabların təmiri
- qoruyucu dəmirlərin bərkidilməsi və lazım olduqda quraşdırılması
- dayanacaq ərazisində yerləşən stopperlərin bərkidilməsi və dəyişdirilməsi
- müxtəlif boya işləri – qapılar, məhəccərlər, yol işarələri və.s.
• Yuxarıda sadalanan işləri yerinə yetirərkən bütün təhlükəsizlik qaydalarına riayət etmək və işin təhlükəsiz görülməsi üçün lazımi tədbirləri almaq.
• Şirkətin prosedur və qaydalarına əməl etmək, davranış qaydalarını və xüsusi geyim formalarını pozmamaq.

Namizədə dair tələblər:

• Rəngsaz işi üzrə bacarıqlar;
• Kafel-metlax işi üzrə bacarıqlar;
• Alçipan işi üzrə bacarıqlar.

Qeyd Maraqlanan namizədlər [email protected] email ünvanına "İstismar xidməti üzrə texnik" başlığı ilə müraciət edə bilər.

Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Banner

Digər xəbərlər