Şöbə: Marketin inkişafı üzrə departament
Vəzifə: İstismar xidmətləri üzrə supervayzer
İşin növü: Tam
Vəzifə öhdəlikləri
- Anbara aid tikililərin və avadanlıqların büdcəsinin hazırlanması və yerinə yetirilməsini təmin etmək.
- Effektli nəzarət altında təklif olunan bütün xidmətlərin hər zaman mövcud olmasını, səmərəli və nəzakətlə yerinə yetirilməsini təmin etmək.
- Bütün şikayətlərin peşəkarlıqla həll etmək.
- Şikayətləri qeydə almaq və hər ay anbar menecerini məlumatlandırmaq.
- Bütün ləvazimatlarla əlaqədar texniki xidmət proqramını yerinə yetirmək və inkişaf etdirmək.
- Təchizatların siyahıya alınmasını təmin etmək və ehtiyac olduqda onların əvəz edilməsi işləri ilə bağlı məsuliyyət daşımaq.
- Məşğuliyyət, idarəetmə xərclərinin büdcə ilə qarşılaşdırılması, azalan ehtiyyat xərcləri və digər məlumatların verilməsi də daxil olmaqla bütün həlledici məsələlər barəsində aylıq hesabatlar hazırlamaq.
Vəzifənin tələbləri
- Müvafiq sahə üzrə Ali təhsil.
- Layihə idarəçiliyində texniki bacarıqlar və inşaat mühəndisliyi sahəsində 4 ildən 6 ilə qədər təcrübə.
- Yüksək motivasiya bacarığı.
- Detallara diqqət və problem həlletmə bacarığı.
- Analitik düşünmə bacarığı.
- Düzgün iş prosesini qurmaq bacarığı.
- Təhlil, təcrübə və mühakimə bacarıqlarına əsaslanaraq dəqiq qərarvermə bacarığı.
- Açıq şəkildə münasibət qurma bacarığı, son dərəcə mülayim, həvəsli və ünsiyyətcil şəxs.
- Komandada işləmək bacarığı.
- Digərləri ilə bilik və bacarıqlarını bölüşmə bacarığı.
- Tapşırılan işə peşəkar münasibət və yanaşma bacarığı.
- Bütün səviyyələrdə olan həmkarlarına məsləhət vermək və dəstək olmaq bacarığı.
- Nəzarət altında olmadıqda etibarlı və düzgün işləmə bacarığı.
- Personal kompüterdən (PC), e-mail, internet, Microsoft Office (məs., Word, Excel, Office, Outlook, PowerPoint, MS Project) və layihə idarəetmə proqramından istifadə etmək bacarığı.
Maraqlanan namizədlər [email protected] email ünvanına "İstismar xidmətləri üzrə supervayzer" başlığı ilə müraciət edə bilər.
Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.