Şöbə: İnsan Resursları və inzibati işlər üzrə departament
Vəzifə: Əmək münasibətləri və işçi performansı üzrə mütəxəssis
Kateqoriya: Ştat
İşin növü: Tam
İş yeri: Baş Ofis
Elanın son tarixi: 21.05.2021
Vəzifə öhdəlikləri
- Əməkdaşlara iş və fəaliyyətlə bağlı gözləntilər barədə tövsiyələr vermək.
- Optimal qərar qəbul etmək qabiliyyəti bu vəzifə üçün vacibdir.
- Rəhbərliyə hesabat verir və İntizam Tədbirləri Matrisi vasitəsilə qərarların qəbul edilməsində dəstək təmin edir.
- İşin gedişatı və icrası ilə bağlı müntəzəm olaraq məruzə etmək.
- Fəaliyyətin idarə edilməsi ilə bağlı məlumatları nəzərdən keçirərək təhlil etmək, anlayışlar, tendensiyalar, narahatlıqlar və tövsiyələri vurğulamaq.
- Zəruri hallarda tövsiyə verməklə və yardım göstərməklə siyasətlərin və rəhbərliyin tam və effektiv şəkildə həyata keçirilməsinə kömək etmək.
- Siyasətin/prosedurların effektivliyini müntəzəm olaraq nəzərdən keçirmək, onları qanunvericiliyə edilən dəyişikliklərə uyğun olaraq tənzimləmək.
- Fəaliyyət qabiliyyətini müəyyən etmək üçün əməkdaşların şikayət və ya arqumentlərini araşdıraraq qiymətləndirmək.
- İntizam və şikayət məqsədli dinləmələrin və ya digər iclasların qrafikini tərtib etmək, detallarını əlaqələndirmək.
- İntizam məqsədli dinləmələr üçün dəlilləri toplamaq və yoxlamaq.
- Əməkdaşlarla iclaslar keçirmək, şikayət ərizələri və izahat məktublarını qəbul etmək.
- Əldə edilmiş faktlar barədə Təlim və İşçi Performansı üzrə Menecerə qısa hesabat vermək.
- Gündəlik İnsan Resursları əməliyyatlarını idarə etmək.
- Ümumi Fəaliyyətin idarə edilməsi ilə bağlı sənədləşmələri aparmaq.
- Əməkdaşlarla iclaslar keçirmək və iclasları əlaqələndirmək.
Vəzifənin tələbləri
Təhsil: Ali təhsil.
Xüsusiyyətlər
- İnsan resursları üzrə ən az 3-5 il peşəkar təcrübə (xüsusən Əmək münasibətləri, işçi performansı üzrə təcrübə arzu olunandır).
- Əmək qanunverciliyi biliyi.
- Güclü davranış və kommunikasiya bacarığı.
- Tələbkar.
- Təşəbbüskar.
- Həvəsli.
- Tənqidi düşüncə və təhlil bacarıqları.
- Stressə dəvamlı, Qərgin iş şəraitində işləmə bacarığı.
- Hüquq üzrə təhsil və ya peşakar təcrübə arzu olunandır.
- Sənaye təcrübəsi arzu olunandır.
Necə müraciət etmək olar
1. Vəzifənin adını “Mövzu” bölməsində qeyd etmək.
2. CV-nizlə birgə [email protected] email ünvanına göndərmək.
Məkan: Baş ofis
Şöbə: Marketin inkişafı üzrə departament
Məruzə edir: MEP (mexanika, elektrik və santexnika) üzrə menecer
Birbaşa hesabatlar: MEP İdarə edilməsi üzrə Komanda
Vəzifənin adı: CCTV üzrə Texnik
Vəzifənin qısa məzmunu və məqsədi:
- CCTV üzrə Texnik, quraşdırma, xidmət və təmir, dəyişdirmə və giriş nəzarəti, CCTV, IP Video və siqnalizasiya / müdaxilə sistemlərini əhatə edən təhlükəsizliklə əlaqəli bütün sistemlərin istismarı üzrə bacarıqlı təhlükəsizlik texnikin işini həyata keçirmək üçün məsuliyyət daşıyır.
- Dərhal əməliyyat və / və ya təhlükəsizlik məsələlərini həll etmək və təlimata uyğun olaraq profilaktik təmir proqramları ilə məşğul olmaq.
İş üzrə Vəzifələr:
- Giriş nəzarəti, təhlükəsizlik siqnalı, qapalı dövrə televiziya sistemləri və digər fərqli təhlükəsizliklə əlaqəli sistemlərin quraşdırılması və xidmətini həyata keçirmək.
- Sistemləri qiymətləndirmək, diaqnoz qoymaq, problemi həll etmək və təmir işlərini lazımi qaydada həyata keçirmək
- Funksionallığı və istifadə imkanlarını artırmaq üçün yenilənmələr həyata keçirmək və əlavələr etmək.
- İnventarlaşdırma aparmaq və tələb edilən əşyaların mövcudluğunu təmin etmək üçün avadanlıq və təchizatları tələb etmək.
- İş sahəsində lazım olan materialların mövcudluğunu təmin etmək üçün müxtəlif əşyaları daşımaq (məs. alətlər, avadanlıq, qurğuları və s.).
- Qapalı dövrə televiziya kameraları, girişə nəzarət qurğuları və mühafizə siqnalı sistemlərini lazim olduqda əlavə etmək üçün kompüter proqramının daxil edilməsini lazımi qaydada həyata keçirmək.
Tələb olunan bacarıqlar
- Güclü şifahi və yazılı ünsiyyət bacarıqları nümayiş etdirmək
- Müstəsna danışıq aparmaq və inandırma bacarıqları nümayiş etdirmək
- Etibarlı sürücülük vəsiqəsi
İdeal Namizəd Bacarıqları:
- Bu sahədə təcrübə tələb edilir
- Standartları və prosedurları tətbiq etmək və onları həyata keçirmək bacarığı
- Yaxşı ünsiyyət bacarıqları
Əsas xüsusiyyətlər
- Yaxşı komanda iştirakçısı olmaq
- Yüksək motivasiyalı olmaq
- İşə sakit, peşəkar münasibət və yanaşma
- Hər səviyyədə olan həmkarlarına hər zaman məsləhət verməyə və dəstək göstərməyə həvəsli olmaq
- Nəzarətsiz işləmə bacarığı, etibarlı və güvənilə bilən olmaq
Maraqlanan namizədlər [email protected] email ünvanına "CCTV üzrə Texnik" başlığı ilə müraciət edə bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Şöbə: Marketin inkişafı üzrə departament
Vəzifə: Elektrik-texnik
Kateqoriya: Ştat
İşin növü: Tam
Vəzifə öhdəlikləri
- Elektrik avadanlıqları təmir etmək.
- Elektrik ilə bütün cihazları təmin etmək.
- Yeni elektrik şəbəkələrinin quraşdırılmasını həyata keçirmək.
- Elektriyin dayanmaması üçün elektrik avadanlıqların profilaktik təmirini (PPR)həyata keçirmək.
- Avadanlıqların işləməmək səbəblərini müəyyən etmək, onların qarşısını almaq məqsədi ilə bütün tədbirləri görmək.
- Elektrik avadanlıqların saxlanılması üçün təlimatları, spesifikasiyaları və standartlara uyğun avadanlığın istismarını təmir etmək.
- Elektrik cihazların quraşdırılmasını və tənzimlənməsini və bütün nasazlıqları aradan qaldırmaq.
Vəzifənin tələbləri
- Ali təhsil.
- Göstərilən sahədə ən az 6 ay rəsmi təcrübə.
Maraqlanan namizədlər [email protected] email ünvanına "Elektrik Texnik" başlığı ilə müraciət edə bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.