Boranı restoranlar şəbəkəsi
Mühafizə Şöbəsinin Rəisi
Son tarix 04 yan 2026 - [email protected]
Boranı Restoranlar Şəbəkəsinə “Mühafizə Şöbəsinin Rəisi” tələb olunur.
Vəzifə Öhdəlikləri:
- Restoranlar şəbəsində mühafizə xidmətinin ümumi idarə olunması və nəzarətin təşkili
- Bütün filiallarda təhlükəsizlik qaydalarının icrası və qorunması üçün prosedurların hazırlanması.
- Mühafizə əməkdaşlarının iş qrafikinin, növbə bölgüsünün, tapşırıqların planlaşdırılması və onların fəaliyyətinə daimi nəzarət
- Restoranlarda baş verə biləcək təhlükə risklərinin qiymətləndirilməsi və qarşısının alınması üçün tədbirlərin hazırlanması.
- Oğurluq, mübahisə, kənar müdaxilə və digər insidentlərin operativ şəkildə idarə olunması və araşdırılması.
- Filialların kameralarının, təhlükəsizlik sistemlərinin, giriş-çıxış nəzarət mexanizmlərinin mütəmadi yoxlanılması.
- Restoran rəhbərliyi ilə koordinasiyalı şəkildə bütün mühafizə proseslərinin təkmilləşdirilməsi.
- Daxili qaydaların, mühafizə protokollarının və təlimatların hazırlanması, işçilərə izah olunması.
- Zəruri hallarda hüquq-mühafizə orqanları ilə əməkdaşlıq.
- Hər ay baş verən hallar haqqında rəhbərliyə yazılı hesabatların təqdim edilməsi.
Namizədə Tələblər:
- Mühafizə sahəsində minimum 3–5 il təcrübə; rəhbər vəzifədə təcrübə üstünlükdür.
- Restoran, otel, ticarət mərkəzi və ya iri obyektlərdə təhlükəsizlik idarəçiliyi təcrübəsi arzuolunandır.
- Təhlükəsizlik sistemləri, kamera nəzarəti, giriş-çıxış protokolları haqqında biliklər
- Komandaya rəhbərlik etmək və intizamı təmin etmək bacarığı
- Yüksək məsuliyyət, diqqətlilik və analiz qabiliyyəti
- Rahat qrafiklə işləmək (bəzən gecə və ya təcili çağırış)
İş şəraiti:
- Əmək haqqı: 1500 AZN
- 6 günlük iş qrafiki
- Nahar və korporativ nömrə ilə təmin etmə
Müraciət üçün: CV-nizi Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərsiniz.











