Bank Respublika ASC
Partnyorlarla iş üzrə mütəxəssis
Son tarix 29 iyl 2023 [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- Potensial partnyor ola biləcək şirkətlərin araşdırılması və əlaqələrin qurulması;
- Partnyorluq danışıqlarının aparılması və bank məhsullarının təqdimatı;
- Bankın POS terminal şəbəkəsinin genişləndirilməsi istiqamətində yeni partnyorların cəlb olunması istiqamətində işlərin aparılması və nəzarət olunması;
- Mövcud partnyorlarla mütəmadi əlaqələrin davam etdirilməsi, lazımi dəstəyin göstərilməsi, satışın artırılması və işlərin optimallaşdırılması üzrə təkliflərin verilməsi;
- Partnyorlar tərəfindən müraciətlərin qəbulu və icrası üzrə aidiyyəti departamentlərlə işin qurulması;
- Partnyor şəbəkəsi üzrə statistik təhlilərin aparılması və hesabatların hazırlanması;
- Şöbənin funksiyasından irəli gələn digər funksiyaların icra edilməsi.
Namizədə qarşı tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan və Rus dilləri əla, İngilis dili yaxşı səviyyədə arzuolunandır;
- MS Office (Word, Excel,Outlook) proqramları üzrə biliklər;
- Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə;
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə;
- Cəlbetmə və satış bacarığı;
- Məsuliyyətlilik, operativlik.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 28 iyul 2023-cü il tarixinədək emailin mövzu hissəsində Partnyorlarla iş üzrə mütəxəssis qeyd etməklə elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Monitorinq şöbəsinin mütəxəssisi
Son tarix 29 iyl 2023 [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- Filialların kredit portfelini hesabatlar əsasında təhlil etmək və şübhəli halları aşkar etmək;
- Filiallarda verilmiş kreditləri monitorinq etmək və monitorinq olunan kreditlərin keyfiyyətini qiymətləndirmək;
- Monitorinq zamanı müəyyən olunan potensial risk və nöqsanlar barədə rəhbərliyə məlumat vermək və zəruri hallarda bankın daxili qaydalarında, prosedurlarında dəyişikliklərin edilməsi üzrə tövsiyələr vermək;
- Filiallarda keçirilmiş monitorinqin nəticələri üzrə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.
Namizədə qarşı tələblər:
- Ali təhsil (Maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə);
- Risk sahəsi üzrə sertifikatların olması üstünlükdür;
- Təcrübə: Bankda kreditlərin monitorinqi istiqamətində minimum 1 il və ya biznes kreditləri üzrə minimum 2 illik iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili əla, Rus və Ingilis dilləri yaxşı səviyyədə arzuolunandır;
- MS Office (Word, Excel,Outlook) proqramları üzrə biliklər;
- Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
- Analitik düşünmə qabiliyyəti;
- Bankın filiallarına mütəmadi olaraq ezamiyyətlərə gedə bilmək imkanının olması.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 28 iyul 2023-cü il tarixinədək email-in mövzu hissəsində Monitorinq şöbəsinin mütəxəssisi qeyd etməklə elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Şəbəkə inzibatçısı
Son tarix 01 avq 2023 [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- Bankın şəbəkə monitorinqi və nəzarət olunması infrastrukturunun sazlanması, idarə olunması, sənədləşdirilməsi, mütəmadi yenilənməsi;
- Bankın şəbəkə resurslarının daha səmərəli istifadəsi, təkmilləşdirilməsi üçün araşdırmaların aparılması;
- Bankın şəbəkə infrastrukturunda mövcud olan problemlərin aradan qaldırılmasında iştirak;
- Şəbəkənin planlaşdırılması və optimizasiya edilməsi;
- Switch, router, firewall avadanlıqlarının quraşdırılması və sazlanması;
- Şəbəkə dayanıqlılığını təmin etmək üçün tədbirlərinin görülməsi;
- Ayrılmış İP- ünvanların vaxtında qeydiyyata alınması;
- L2-L3 şəbəkə təhlükəsizliyin təmin edilməsi (PortSecurity, ARP İnspection, DHCP Snooping, Port ACLs (PACLs) və s)
- Router, Switch və Firewall-ların təhlükəsizlik standartlarına uyğun olaraq konfiqurasiya edilməsi.
Namizədə qarşı tələblər:
- Ali təhsil
- Müvafiq sahə üzrə minimum 2 (iki) il iş təcrübəsi
- Dil bilikləri: Azərbaycan dili - əla, ingilis dili - yaxşı, rus dili arzuolunandır.
- LAN/WAN, VPN texnologiyaları üzrə biliklər
- Korporativ şəbəkənin iş prinsipləri üzrə biliklər
- Wireless şəbəkəsi ilə iş təcrübəsi (Cisco WLC və s.)
- Şəbəkədə yaranan problemlərin həlli və diaqnostikası
- L2 və L3 topologiyalarını planlamaq və həyata keçirmək
- Cisco Systems sertifikaları (CCNA)
- Static və Dynamic routing protokolları ilə işləmək bacarığı (EIGRP, OSPF , BGP )
- Təhlükəsiz şəbəkə girişinin idarəedilməsinin təmin edilməsi üçün ISE (Identity Services Engine) və TACAS, RADİUS kimi protokollar ilə işləmək bacarığı
- Müxtəlif monitoring proqramları (PRTG, Zabbix və s.) üzrə nəzəri və praktiki biliklər.
Sizə nə təklif edirik?
- Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
- Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
- Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
- Əlverişli iş mühitində çalışmaq imkanı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 31 iyul 2023-ci il tarixinədək email-in mövzu hissəsində Şəbəkə inzibatçısı qeyd edərək elektron ünvanına göndərə bilər.
Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.