Baku Bus
Sektor müdiri (keyfiyyətin təmini üzrə)
Son tarix 05 iyl 2024 -
Əsas vəzifə və öhdəliklər:
- Təşkilat məqsədləri ilə uyğunlaşan hərtərəfli və şirkətin əsas fəaliyyəti üzrə xidmət;
- Keyfiyyət sahəsi üzrə siyasətlərin və prosedurların, xidmət keyfiyyəti tələblərinin müəyyən ediməsi (təkmilləşdirilməsi), iş axın sxemlərinin hazırlanması və nəzarət mexanizmi;
- Keyfiyyət idarəetmə sistemi üzrə tələb olunan hesabatlar üçün lazmi məlumatın toplanması;
- Sürücülərin keyfiyyət tələblərinə əməl etməsinə nəzarət sisteminin qurulması (təkmilləşdirilməsi)
- Mütəmadi olaraq təlimatlandırıcı və maarifləndirici tədbirlərin həyata keçirilməsi
- Keyfiyyət tələblərinin pozulmasına görə bu tələbləri pozan əməkdaşlar barədə rəhbərliyə təqdimatların verilməsi;
- Sürücülərin bonus və intizam sisteminin yaradılması (təkmilləşdirilməsi) və tətbiqi.
- Sərnişinlərin keyfiyyət tələblərinin qarşılanması vəziyyətinin monitorinqi sisteminin yaradılması (təkmilləşdirilməsi)
- Xidmət keyfiyyəti ilə bağlı mütəmadi monitorinqlərin keçirilməsi
- Sərnişinlərin rəy və təkliflərinin mütəmadi öyrənilməsi
- Təlim və inkişaf məsələlərində dəstək vermək.
- Xidmət keyfiyyəti haqqında məlumatların təhlili və rəhbərliyə hesabatların hazırlanması;
Vəzifə tələbləri:
- Müvafiq sahə üzrə ali təhsilli (Keyfiyyət İdarəetmə, Mühəndislik, Nəqliyyat, Biznesin idarə edilməsi və s.);
- Sahə üzrə minimum 5 il iş təcrübəsinə malik olmalı;
- Azərbaycan dilini sərbəst, (ingilis və rus dilini biliyi arzuolunan)
- MS office proqramlarında yüksək səviyyədə işləmə bacarığına sahib olmalı;
- Stresə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır;
- İşgüzar və məsuliyyətli olmalı;
- İSO 45001:2018, İSO 14001:2015 standartları üzrə baza bilikləri olmalıdı;
- İSO 9001:2015 üzrə baza bilikləri olmalıdı.
İş şəraiti:
- İş günləri: Həftənin 5 günü (İstirahət:şənbə, bazar)
- İş vaxtı: 9:00-18:00 (Tam iş günü)
- Peşəkar, mehriban komandada iş
- Professional və maddi artım üçün perspektiv
- Əmək qanunvericiliyinə uyğun olaraq sənədləşmə
- Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində göstərməyiniz xahiş olunur..