SOCAR-da yaradılan yeni qurum çoxsaylı işçilər axtarır - VAKANSİYALAR
"Bank Respublika" ASC işçilər axtarır - VAKANSİYALAR
"Aztelekom" işçilər axtarır - VAKANSİYALAR
"Amoris" işçi axtarır - MAAŞ 2500-3000 MANAT - VAKANSİYA
"Azərbaycan Dəmir Yolları" QSC işçi axtarır - VAKANSİYA
Şərqi Zəngəzurda işləmək üçün işçi axtarır - MAAŞ 1034 MANAT - VAKANSİYA
"AgroGurama" işçi axtarır - MAAŞ 1500-2000 MANAT - VAKANSİYA
"Azercell" işçilər axtarır - VAKANSİYALAR
"Zeta Group" işçilər axtarır - MAAŞ 900+ MANAT - VAKANSİYA
"Toca Residence" işçi axtarır - MAAŞ 1000 MANAT - VAKANSİYA
Aztelekom
Məhsul üzrə Aparıcı Mütəxəssis
Son tarix 15 sen 2023 Müraciət et
Təsvir:
- Mövcud, eləcə də gələcək telekommunikasiya məhsul və xidmətlərin hazırlanması, optimallaşdırılması və bazara uyğunlaşdırılması;
- Məhsul və xidmətlərin təbliği, qiymətləndirmə və müştəri əldə etmə, eləcə də Time to Market strategiyalarının icrası;
- Daxili və departamentlərarası proseslərin və prosedurların yaradılması, optimallaşdırılması və koordinasiyası;
- Verilən məlumatlar əsasında hesabatın, analitikanın aparılması, məhsul hədəflərinin yerinə yetirilməsinin izlənməsi;
- Kütləvi müştəri bazası dəyişikliklərinin, miqrasiyasının və əldə edilməsinin (acquisition) idarə olunması;
- Online və offline kommunikasiya kanallarının koordinasiyası və idarə olunması;
- Müştəri profilinin inkişaf etdirilməsi məqsədilə xüsusi (ad-hoc) və ümumi bazar araşdırmalarının aparılması;
- Proaktiv surətdə kommersiya imkanlarının araşdırılması, qoyulan hədəflərə çatmaq və müştəriyönümlü həllərin yaradılması;
- İclas və danışıqlarda departamentin və təşkilatın maraqlarını müstəqil formada təmsil etmək;
- Əməkdaşlara, rəhbərliyə və yüksək rəhbərliyə məlumatın doğru və düzgün şəkildə çatdırılması;
- Satış və Müştəri Təcrübəsi göstəricilərinin yüksəldilməsi məqsədilə Satış, Texniki/IT, və Müştəri əlaqələri şöbəsi ilə yaxından əməkdaşlıq etmək;
Tələblər:
- Biznes, Maliyyə, Marketinq, Kommersiya sahələrindən biri üzrə ən azı bakalavr təhsili;
- MBA və ya Marketinq üzrə magistr təhsilinə üstünlük veriləcək.
- MS Word, MS Outlook, yüksək səviyyədə MS Excel və MS Power Point;
- Minimum 3 il (əsasən B2C istiqamətli)
- Azərbaycan, İngilis, Rus dilləri
- Tapşırıqların idarə olunması (task management) üzrə alət və proqramlardan istifadə (MS Planner);
- Öz sahəsi üzrə təlim-tədrisləri hazırlama qabliyyətinə malik olmalıdır;
- Telekommunikasiya sahəsi üzrə məhsul və xidmətlər üzrə proqnoz vermək və biznes keysləri həyata keçirmək üzrə təcrübə;
- Yeni məlumatları tez qəbuletmə, dəyişikliklərə və çətinliklərə uyğunlaşma bacarığı;
Energetika Şöbəsinin Müdiri (Sumqayıt, Masallı, Şamaxı, Ağdaş və Şirvan şəhərləri)
Son tarix 15 sen 2023 Müraciət et
Təsvir:
- Şöbə müdirinin əsas öhdəliyi birbaşa rəhbərin nəzarəti altında regional filal üzrə enerji sistemlərinin İstismarı prosesinə aid olan bütün sənədləri Departament və “Aztelekom MMC-nin texniki deparatmentin Energetika şöbə rəhbərinin (bundan sonra Baş idarənin TD/ EŞ-si) təsdiqi ilə yaradıb, daim təkmilləşdirməyindən və onlara riayət edilməsindən, şəbəkənin istismarı asan olan müasir texnoloji avadanlıqlarla təkmilləşdirilməsindən və istismar proseslərinə riayət edilməsindən ibarətdir;
- Şəbəkədə istismarda olan texnoloji avadnlıqların profilaktik iş planlarını hazırlayır Departament və Baş idarənin TD/ EŞ rəhbəri ilə razılaşdırır və icrasına nəzarəti təmin edir.
- Enerji şəbəkəsində istismarda olan avadanlıqların dayanıqlı və keyfiyyətli işini, texniki göstəricilərin normalardan kənara çıxmamasını təmin edir. Enerji kəsintisi ilə əlaqəli yaranan vəya ehtimal olunan qəzaların aradan qaldırılması ilə əlaqədar olaraq 7 gün / 24 saat iş zamanına uyğun fəaliyyətinin təmini; (əmək qanunvericiliyə uyğun olunmaqla iş saatlarının əvəz olunması vəs. təmin edilməklə);
- Baş idarənin TD/ EŞ daxil olmuş istəyə uyğun olaraq yeni elektrik avadanlığının quraşdırma və digər enerji işlədici avadanlıqlara elektrik bağlantıların verilməsinin təşkili;
- Elektrik sayğacı- texniki şərtin alınması, quraşdırılmasına nəzarət, aktlar, metodiki hesabatlar, sayğacın düzgün işləməsinə nəzarətin təmini, hesabatların Departament və Baş idarənin TD/ EŞ-nə təqdim edilməsi;
- AC və DC qoşuntusu verilmiş digər şirkətlərin enerji sərfiyyatını müqaviləyə, ayrılmış limitə uyğun təmin edilməsi, hesabatların Departament və Baş idarənin TD/ EŞ-nə təqdim edilməsi;
- “Şöbə müdiri”, işçiləri tərəfindən öz vəzifə öhdəliklərinin və daxili əmək intizamı qaydalarının yerinə yetirilməsinin təmin edilməsi üzrə tədbirlər görür;
- Şöbəsinin fəaliyyəti ilə bağlı rüblük, yarımillik və illik işini təhlil edir və müəyyən olunmuş qaydada birbaşa rəhbərinə hesabat təqdim edir;
- Şöbələr üzrə EQQ-rının əsaslı təmirə ehtiyyac olduqda filal energetika şöbəsindən əlavə mütəxəssisin cəlb olunması və ya sıradan çıxan detalın təmirinin təşkil edilməsi ilə əlaqəli Departament və Baş idarənin TD/ EŞ-nə təkliflərin tədim olunması.
- Rabitə avadanlıqlarının soyutma sistemlərinin dayanıqlı istismarı və baxımın təşkili;
- Torpaqlanma sistemlərinin baxımı və istismarının təşkili. Təlimata uyğun olaraq torpaqlanma müqavimətinin ölçülməsi və hesabatın verilməsi;
- Bina təsərrüfatlı elektrik sistemləri - İstismarı, proflaktikası, təmiri, yeni elektrik qoşulmalarının təşkili;
- Müxtəlif tip, texniki parametrə malik akkumulyatorların İstismarı, proflaktikası, təmiri. Dayanıqlı enerji təminatı ilə əlaqəli təkliflərin verilməsi;
- Dizel-Generator şəbəkəsində istismarda olan texnoloji avadanlıqlar üçün profilaktik iş planları, cari təmir planlarını işləyib hazırlayır, Departament və Baş idarənin TD/ EŞ rəhbəri ilə razılaşdırır və icrasını təmin edir.
- Şöbənin fəaliyyətinin keyfiyyətinin artırılması məqsədi ilə, tabeçiliyində olan personala dəstək olur;
Tələblər:
- Energetika və ya Rabitə və İnformasiya Texnologiyaları sahəsində Ali Təhsilli
- Energetika üzrə ən azı 4 il təcrübəsi olmalıdır;
- Rəhbərlik üzrə ən azı 3 il əmək stajına malik olmalıdır;
- Qida qurğuları avadanlıqlarının istismar Təlimat və Qaydalarını, stuktur sxemlərini və digər istismar Təlimat və Qaydalarını bilməlidir.
- Enerji sistemləri şəbəkəsində istismarda olan avadanlıqların texniki xarakteristikalarını, elektrik, montaj, prinspial və funksional sxemlərini, konstruktiv xüsusiyyətlərini, təyinatını və iş rejimlərini bilməlidir;
- Enerji sistemləri şəbəkəsində istismarda olan avadanlıqlarda baş vermiş zədələnmələrin aradan qaldırılması üçün texniki personalın istifadə etdiyi mövcud istismar təlimatlarını mükəmməl bilməlidir
- Şəbəkənin layihələndirilməsini bilməlidir. Şəbəkənin layihə smetasını və planını tərtib etmə bacarığına malik olmalıdır.
- Sürücülük vəsiqəsinin olması və qəza halları zamanı şirkətə məxsus avtomobilləri idarə edə biləcək namizədlərə üstünlük veriləcək;
- Təhlükəsizlik texnikasından ən azı 4-cü qrupa (min-m 3-cü qrupa) malik olmalıdır;
- Kompyuter bilikləri üzrə : MS Office , Outlook və Qida qurğularının istismarına aid programlarını bilməlidir,