SOCAR-da yaradılan yeni qurum çoxsaylı işçilər axtarır - VAKANSİYALAR
"Bank Respublika" ASC işçilər axtarır - VAKANSİYALAR
"Aztelekom" işçilər axtarır - VAKANSİYALAR
"Amoris" işçi axtarır - MAAŞ 2500-3000 MANAT - VAKANSİYA
"Azərbaycan Dəmir Yolları" QSC işçi axtarır - VAKANSİYA
Şərqi Zəngəzurda işləmək üçün işçi axtarır - MAAŞ 1034 MANAT - VAKANSİYA
"AgroGurama" işçi axtarır - MAAŞ 1500-2000 MANAT - VAKANSİYA
"Azercell" işçilər axtarır - VAKANSİYALAR
"Zeta Group" işçilər axtarır - MAAŞ 900+ MANAT - VAKANSİYA
"Toca Residence" işçi axtarır - MAAŞ 1000 MANAT - VAKANSİYA
Azercell
Biznesin Davamlılığının İdarə Edilməsi üzrə Aparıcı Mütəxəssis
Son tarix 26 avq 2023 - Müraciət et
Əsas öhdəliklər:
- “ISO 22301:2019 - Security and resilience” standartından irəli gələn məsələlərə və tələblərə uyğun olaraq, şirkətin Biznes Davamlılığı strategiyasının müəyyən olunmasını və strategiyadan irəli gələn fəaliyyətlərin həyata keçirilməsini təmin edir
- Biznesin Davamlılığının Planlaşdırılmasına (BDP) dair yanaşmanı müəyyən etmək, Biznes Davamlılığı Planlarının yaradılması, istifadəsi və həyata keçirilməsi ilə əlaqədar təlimatlar irəli sürmək məqsədilə Biznesin Davamlılığının Planlaşdırılması siyasətini yaradır və tətbiq edir
- Şirkətin kritik biznes proseslərinin müəyyənləşdirilməsi üçün müvafiq yanaşmanı tətbiq etməklə Biznesə Təsir Analizi həyata keçirir
- Şirkətin əməliyyat risklərini aşkarlayıb, Risk Təhdid Kataloquna uyğun olaraq qeydə alıb, Risklərin Dəyərləndirilməsi proseslərini tətbiq edərək, risklərin aradan qaldırılması məqsədinə uyğun strategiya qurur
- Şirkətin İT və Şəbəkəyə əməliyyatlarında və avadanlıqlarına təsir göstərə biləcək risklər və regional/ölkə miqyaslı şəbəkə kəsintilərinin vizuallaşdırılmasını təmin edir
- Şirkətin İT və Şəbəkəsinin avadanlıqlarına aid olan məlumatları toplayaraq topologiyalar və axın sxemini (flowchart) yaradır
- Fövqəladə və böhran hallarında əməkdaşların davranış qaydalarının müəyyən edən Böhran İdarəetmə Planları hazırlayır, işlək vəziyyətdə saxlayır və mütəmadi olaraq test edərək təkmilləşdirir
- Fövqəladə və böhran halları zamanı şirkət daxili və üçüncü şəxslərlə kommunikasiyanın, həmçinin media ilə əlaqələrin düzgün şəkildə tənzimlənməsi məqsədilə Böhran Kommunikasiya Planı yaradır
- Fövqəladə və böhran hallarında şirkət daxili vəzifəli şəxslər və kritik proses sahibləri arasında kəsintisiz kommunikasiyanı təmin etmək məqsədilə alternativ rabitə yaradır və həmin əməkdaşları rabitə cihazları ilə təmin edir
- Yanğın təhlükəsizliyi, zəlzələ əleyhinə və biznesin davamlılığına təsir göstərə biləcək sistemlərin və proseslərin vəziyyətini yoxlamaq məqsədi ilə Bakıda və digər regionlarda mövcud olan KQM (UPS) otaqları, anbarlar, generator otaqları, elektrik otaqları, arxiv ofisi və texniki otaqlarda vaxtaşırı və müntəzəm auditlər həyata keçirir
- Şəbəkənin davamlılığı və ehtiyatlılığı nəzərindən Məlumat Mərkəzləri və Transmissiya Bağlantı Nöqtələrində yoxlamalar keçirməklə problemləri müəyyən edir və bu barədə müvafiq struktur bölmələrə ilə birlikdə prosesi koordinasiya edir
- Qanunvericiliyin tələblərinə uyğun olaraq şirkətdə Mülki Müdafiə işini təşkil edir və prosesi idarə edir
- Şirkətin illik Mülki Müdafiə tədbirləri planına uyğun olaraq qoyulan hədəfləri yerinə yetirir
- Mülki Müdafiə sahəsində təlim proqramları yaradaraq, şirkət işçiləri və ştatdan kənar işçi heyəti üçün təlimlər həyata keçirir
- Sığorta hadisələri zamanı şirkətin maraqlarının qorunması və istintaq prosesinə nəzarət edilməsi proseslərini icra edir; üçüncü şəxslər, mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyələr, hüquq-mühafizə orqanları, prokurorluq və s. kimi dövlət qurumları ilə əlaqələri tənzimləyərək idarə edir
- Şirkət daxili mühüm proseslərin davamlılığını təmin etmək məqsədilə şöbələr və bölümlərin fəaliyyətlərinə uyğun olaraq Biznesin Davamlılıq Planlarını hazırlayır və illik olaraq yeniləyir
- Ehtimal olunan və baş vermiş fövqəladə hadisələrdən sonra şirkətin fəaliyyətinin əvvəlcədən təyin olunmuş səviyyədə davam etdirməsi məqsədi ilə Qəza Bərpa Planları və strategiyalar hazırlayır
- Şirkətin böhran vəziyyətində tədbirlər görməyə və onun nəticələrini aradan qaldırmağa hazır olması, mövcud sistemlərin, avadanlıqların və xidmətlərinin ehtiyatlılığını və coğrafi alternativlərini təmin etmək məqsədilə Biznesin Davamlılığı testlərini həyata keçirir
- Şirkətin texniki ofisləri, məlumat mərkəzləri və arxiv ofisində yerləşən yanğın söndürmə sistemləri, erkən yanğın xəbərdarlığı sistemləri, su sızma sensorlarının və odsöndürən balonlarının işlək vəziyyətdə saxlanılması məqsədilə, rüblük və illik olaraq testlərin keçirilməsini təmin edərək prosesə nəzarət edir
- “Backup” strategiyasının yaradılması və həyata keçirilməsi, “Backup” proseslərinin monitorinqi, bərpa prosedurlarının sınaqdan keçirilməsi və ehtiyat avadanlığın və proqram təminatının saxlanması proseslərini nəzarət edir
Tələb Olunan Bilik, Bacarıq və İş Təcrübəsi:
- Təhsil: Ali təhsil (Texniki sahə üzrə)
- Dil bilikləri: Azərbaycan - Mükəmməl səviyyə, İngilis - yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı
- Şirkətin strategiyası, biznes maraqları və sənaye inkişafından xəbərdar olmaq
- Yüksək analitik və risk qiymətləndirmə bacarıqları, eləcə də hesabat və audit aparılması məqsədləri üçün şifahi, yazılı və kompüter ünsiyyəti bacarıqları
- Yüksək ünsiyyət və təlim bacarıqları
- Risklərin Idarə Edilməsi üzrə bilik
- Beynəlxalq standartlar üzrə iş təcrübəsi
- Siyasət və prosedurların işlənib hazırlanması təcrübəsi
- Sürücülük təcrübəsi
- Yenilikçi və daima inkişaf etmək təşəbbüsünün olması
- Yekun nəticəyə yönəlmə bacarığı
Üstünlük verilən Sertifikatlar/Yetkinliklər:
- Telekommunikasiya sənayesi, müvafiq texniki arxitektura və sənaye standartları haqqında biliklər
- Texniki sahə üzrə təcrübə (təlimlər, sertifikatlar və s.)
İşə qəbul prosesi:
- CV-lərin təhlil edilməsi
- Yetkinliklərə əsaslanan (HR) / Texniki Bacarıqlar Müsahibəsi
Qeyd:
- Bütün müraciətlər səhifənin yuxarısında yerləşən “MÜRACİƏT ET” düyməsini basmaqla göndərilməlidir
- Müraciətiniz “Azercell Telekom” MMC-nin “İstedadların İdarə Edilməsi və Biznes Partnyorluğu” şöbəsinin mütəxəssisi tərəfindən təhlil edilərək nəzərdən keçiriləcək
- Müraciətinizi səhifədə qeyd olunan tarixdən gec olmayaraq göndərməyinizi xahiş edirik. Seçim prosesi müraciətin bitmə tarixindən dərhal sonra başlayacaq
ERP Sistemlərin İdarə Edilməsi Rəhbəri
Son tarix 29 avq 2023 Müraciət et
Azercell ölkənin lider və innovativ həllər, fərqli və fərdi yanaşma, yüksək keyfiyyətli xidmətlər təqdim edən mobil operator şirkətidir.
Azercell Ailəsinə qatılmağa dəvət edirik:
Peşəkar komandamıza qoşulun və yaradıcı, dinamik, korporativ mədəniyyət üçün fərqli imkanlardan zövq alın. Əminik ki,şərtlərimiz və rahat iş mühiti komandamızın ayrılmaz bir hissəsi olmağınıza imkan yaradacaq.
Komandaya qoşulmaqla Siz nə əldə edəcəksiniz:
- Ölkənin lider mobil operator şirkətində iş təcrübəsi
- Hibrid iş rejimi
- Peşəkarlardan ibarət korporativ mühitdə çevik, innovativ və nəticəyönümlü komandada iş
- Davamlı karyera inkişafı imkanları
- Təlim və fərdi inkişaf proqramları
- Rəqabətli əmək haqqı
- Bonus ödənişi
- Tibbi sığorta ilə təmin olunma (Ailə üzvləri: həyat yoldaşı və övladlar daxil)
- Korporativ telefon və nömrə ilə təmin olunma
- Limitsiz Azeronline Internet Paketi
- Əlavə güzəşt və endirimlər
İş qrafiki:
- Hibrid iş rejimi ilə: Bazar ertəsi - Cümə, 09:00 - 18:00. Şənbə və bazar günləri, milli bayramlar və matəm günü qeyri-iş günləridir
İş yeri:
- “Azercell Telekom“ MMC - Azercell Plaza
- Tbilisi prospekti, 149
- Bakı, Azərbaycan
Vakansiya haqqında ümumi məlumat:
- ERP Sistemlərin İdarə Edilməsi Rəhbəri Azercell-in ERP sistemlərinin optimallaşdırılması, planlaşdırılması və təkmilləşdirilməsi üzrə cavabdehlik daşıyır
- Rəhbər Azercell-in ERP sisteminin effektiv işləməsində əsas rol oynayacaq və bır sıra departamentlərarası koordinasiyanı aktiv şəkildə təşkil edəcək, müştəri təcrübəsini təkmilləşdirmək üçün mütəmadi olaraq son istifadəçilərlə əlaqədə olacaq
- Bu vəzifənin icrasında biznes prosesi üzrə güclü bilik, layihə idarəetmə bacarıqları və ERP sistemlərinin layihələndirilməsi və idarə edilməsi üzrə geniş təcrübə tələb olunur
- Detallara diqqət yetirmək, ümumi mənzərəni görmək, habelə çətinliklərin öhdəsindən həvəslə gəlmək bacarığınız varsa, müxtəlifliyə malik təşkilatda departamentlərarası əməkdaşlığa hazırsınızsa, siz ideal namizəd hesab edilirsiniz
- ERP-dən kənar əlavə dəstək sistemləri (ESS) (Elektron sənəd dövriyyəsinin idarəedilməsi) üzrə təcrübə namizədliyinizə əlavə dəyər qata biləcək
Əsas vəzifə öhdəlikləri:
Sistemin İdarə Edilməsi və Koordinasiyası
- Şirkətin istifadəsində olan əsas sənədlərin, rolların, istifadəçi girişlərin, məlumatlara nəzarətin, hesabatlılığın və məlumat bütövlüyünün idarə edilməsi və koordinasiyası
- ESS ilə əlaqəli davam edən texniki dəstək və təkmilləşdirmə layihələrinə nəzarət etmək və həyata keçirmək
- Sistem daxilində məlumatların bütövlüyü və düzgünlüyünü yoxlamaq üçün dövri hesabatlar hazırlamaq və tətbiq etmək
- Məlumat və sistem düzəlişləri haqqında departament rəhbərləri və məlumat "sahibləri"-nə qısa məlumat vermək
- Atributlara və sistemdaxili əlaqələrə dəyişikliklər edildikdə kodlar, sistemlər və digər kritik sahələrin düzgünlüyünü təmin etmək üçün hesabat inventarını aparmaq
- Mütəmadi qaydada hesabatların və xəbərdarlıqların yeni versiyalarını yaratmaq
- Biznes strukturları və sistem istifadəçiləri arasında yeni hesabatlar, idarə panelləri, analitik vasitələrin yaradılmasının koordinasiyasını təşkil etmək
- Gündəlik əməliyyatlarda ITIL prosesləri və ya digər standartları tətbiq etmək (dəyişikliklərin idarə edilməsi, tələblərin yerinə yetirilməsi və s.)
- Dəyişikliklərin İdarə Edilməsi sorğularının (dəyişikliklər, araşdırmalar, çatışmazlıqlar və s.) izlənilməsi prosesini hazırlamaq və idarə etmək
- Keyfiyyətə nəzarət tədbirlərinin optimallaşdırılmasına dair tövsiyələr vermək və həyata keçirmək
- Bütün sistem dəyişiklikləri, testlər və təkmilləşdirmə tapşırıqlarının statusuna nəzarət etmək və izləmək
- Sistem təkmilləşdirmələri və ya funksionallığın artırılması ilə bağlı vaxtında kommunikasiyaya etmək
- Təlimatlar, prosedurlar, kod və test skriptləri kimi məlumatların (sənədlərin) saxlanması və müntəzəm olaraq yenilənməsini təmin etmək
- ERP sistemlərin inkişafı və təkmilləşməsi üzrə həll strategiyasını hazırlamaq və icra etmək
- Daxili və xarici texniki tətbiqetmə qrupları arasında ERP məhsulun inkişafı üzrə tapşırıqları idarə etmək və yönləndirmək
İstifadəçi Dəstəyi və Təcrübə:
- Son istifadəçi tələblərini araşdırmaq və öyrənmək
- Təlim təşkil etmək və şirkət daxilində ERP-nin istifadəsinə dair məlumatlılığı təşviq etmək
- Əsas biznes strukturları arası koordinasiyada, tələb olunduqda sənəd və son istifadəçi təlimatlarının tərtibatı və təkmilləşdirilməsinə rəhbərlik etmək
- Hesabatlar və analitik vasitələrin layihələndirilməsi, yaradılması, tətbiqi və saxlanması prosesini idarə etmək
- İstifadəçilərə idarə panellərindən istifadə, məlumatların çıxarılması və s. üzrə təlim keçmək və dəstəkləmək
- Son istifadəçilərdən daxil olan yardım müraciətləri, şikayətlər və tövsiyələrini nəzərdən keçirmək
Xarici Təchizatçı və Partnyor şirkətlər:
- ERP təchizatçıları ilə əsas əlaqə vasitəsi kimi çıxış etmək
- Üçüncü tərəfin cəlb edilməsi üçün iş planları və illik büdcəni idarə etmək
- ERP təchizatçısı və əlaqəli ERP dəstək komandaları ilə birgə dəstəklə bağlı sorğuları idarə etmək
- Təchizatçıların idarə edilməsi (SLA təşkili və nəzarəti, qarşılıqlı əlaqələr və s.)
Komandanın İdarə Edilməsi:
- ESS sahəsində xidmətin inkişafını təmin edən proqramçı və sınaqçılardan ibarət komandaya rəhbərlik etmək, həmçinin İT siyasətlərini, prosedurlarını və ən yaxşı təcrübələri həyata keçirmək.
- ESS sahəsində xidmətin inkişafını təmin edən komandanın peşəkar inkişaf ehtiyaclarını müəyyən etmək
- Şöbə/Bölmə/qrup hədəfləri, müvafiq performans göstəricilərini müəyyən və tətbiq etmək, nəzarət mexanizmlərini işləyib hazırlamaq və onlara riayət etmək
- Komandanın inkişaf etdirilməsi tədbirləri (performans göstəricilərinə uyğun olaraq işçilərə müvafiq geribildirim təqdim etmək və işçilərin fərdi inkişaf planlarını hazırlamaq)
Tələb olunan təcrübə, bilik və bacarıqlar:
- Sistemlərin idarə edilməsi üzrə təsdiqlənmiş təcrübə və ya müvafiq sahə üzrə yüksək dərəcə
- İT komandalarına rəhbərlik etmək və idarə etmək, həmçinin İT siyasətlərini, prosedurlarını və ən yaxşı təcrübələri həyata keçirmək
- Müəssisə Resurslarının Planlaşdırılması (ERP) Sistemlərinin həyata keçirilməsi və idarə olunması üzrə iş təcrübəsi. SAP ERP üzrə texniki təcrübəyə üstünlük verilir
- Layihə və Dəyişikliklərin İdarə Edilməsi üzrə bacarıqlar (büdcə planlaşdırma, risklərin və resursların idarə edilməsi və keyfiyyət təminatı daxil olmaqla). PMP və ya müvafiq sertifikata üstünlük verilir
- Davam edən çoxsaylı tapşırıqları prioritetləşdirmək və idarə etmək qabiliyyəti
- Təzyiq altında işləmək və son icra tarixlərinə riayət etmək bacarığı
- Güclü analitik düşüncə, problem həll etmə və qərar vermə bacarıqları.
- Mürəkkəb texniki məsələləri təhlil etmək və biznes tələblərinə və məqsədlərinə cavab verən həllər təqdim etmək bacarığı.
- Mükəmməl səviyyədə komandalar arası əməkdaşlıq etmək, əlaqələr yaratmaq, komanda qurmaq, təşkilatçılıq və ünsiyyət bacarıqları
- Detallara diqqət yetirmək bacarığı
- Strateji planlaşdırma, nəticə-yönümlü idarəetmə və hesabatlılığa rəhbərlik etmək bacarığı
- MS Office proqramları üzrə mükəmməl bilik
- Məlumat bazalarını idarə etmək təcrübəsi və məlumat bazası strukturu və nəzəriyyəsi haqqında bilik
- Ümumi biznes idarəetmə prosesləri və funksiyaları haqqında bilik
- Texniki məsələləri yüksək səviyyəli rəhbərliyə və qeyri-texniki maraqlı tərəflərə çatdırmaq üçün həm şifahi, həm də yazılı effektiv ünsiyyət bacarıqları
- İnkişaf etməkdə olan texnologiyalar, tendensiyalar (qanunvericilik və digər tənzimləyici tələblər daxil olmaqla) və telekommunikasiya haqqında biliklər
Təhsil:
- Kompüter Elmləri və ya müvafiq texniki sahə
- Magistr pilləsi arzuolunandır
Dil bilikləri:
- Azərbaycan dili – sərbəst
- İngilis dili – yüksək səviyyədə
Üstünlük kimi nəzərə alınacaq:
- SAP ABAP ilə iş təcrübəsi üstünlük təşkil edəcək
- SAP HANA, S4/HANA və ya bulud kimi innovativ texnologiyalar haqqında biliklər
Seçim mərhələləri:
- CV-nin nəzərdən keçirilməsi
- İxtisas Testləri
- Yetkinliklər/Texniki bacarıqların yoxlanmasına dair Müsahibə
Ərizəniz:
- Bu vakansiya üçün yalnız Azərbaycan Respublikasının vətəndaşları müraciət edə bilərlər
- Bütün müraciətlər səhifənin yuxarısında yerləşən “MÜRACİƏT ET” düyməsini basmaqla göndərilməlidir
- Müraciətiniz “Azercell Telekom” MMC-nin “İstedadların İdarə Edilməsi və Biznes Partnyorluğu” şöbəsinin mütəxəssisi tərəfindən təhlil edilərək nəzərdən keçiriləcək
- Müraciətinizi səhifədə qeyd olunan tarixdən gec olmayaraq göndərməyinizi xahiş edirik. Seçim prosesi müraciətin bitmə tarixindən dərhal sonra başlayacaq
Kibertəhlükəsizlik mühəndisi
Son tarix 29 avq 2023 Müraciət et
Azercell ölkənin lider və innovativ həllər, fərqli və fərdi yanaşma, yüksək keyfiyyətli xidmətlər təqdim edən mobil operator şirkətidir.
Azercell Ailəsinə qatılmağa dəvət edirik:
Peşəkar komandamıza qoşulun və yaradıcı, dinamik, korporativ mədəniyyət üçün fərqli imkanlardan zövq alın. Əminik ki,şərtlərimiz və rahat iş mühiti komandamızın ayrılmaz bir hissəsi olmağınıza imkan yaradacaq.
Komandaya qoşulmaqla Siz nə əldə edəcəksiniz:
- Ölkənin lider mobil operator şirkətində iş təcrübəsi
- Peşəkarlardan ibarət korporativ mühitdə çevik, innovativ və nəticəyönümlü komandada iş
- Davamlı karyera inkişafı imkanları
- Təlim və fərdi inkişaf proqramları
- Rəqabətli əmək haqqı
- Bonus ödənişi
- Tibbi sığorta ilə təmin olunma (Ailə üzvləri: həyat yoldaşı və övladlar daxil)
- Korporativ telefon və nömrə ilə təmin olunma
- Limitsiz Azeronline Internet Paketi
- Əlavə güzəşt və endirimlər
İş qrafiki:
- Bazar ertəsi – Cümə, 09:00 - 18:00.
- (Şənbə və Bazar, milli bayram və hüzn günləri qeyri iş günləri hesab olunur)
İş yeri:
- “Azercell Telekom“ MMC Baş ofis - Azercell Plaza
- Tbilisi prospekti, 149
- Bakı, Azərbaycan
Əsas vəzifə öhdəlikləri:
- Şəbəkə Təhlükəsizliyi İnfrastrukturunun Layihələndirilməsi: Şəbəkə təhlükəsizliyi həllərini, o cümlədən firewallar, IPS/IDS, VPN, autentifikasiya sistemləri, şəbəkə mikroseqmentasiyasının qiymətləndirilməsi və tövsiyyələrin verilməsi.
- Şirkətin sistemlərinin və məlumatlarının qorunmasını təmin etmək üçün mövcud təhlükəsizlik texnologiyalarını, alətlərini və tədbirlərini nəzərdən keçirmək və təkmilləşdirmələri tövsiyə etmək.
- Kiberhücumlardan, icazəsiz girişdən və digər təhlükəsizlik təhdidlərindən qorunmaq üçün vasitə və həllərin dizayn edilməsi.
- Müxtəlif layihələr üçün davamlı təhlükəsizlik arxitekturasının nəzərdən keçirilməsi və dizayn edilməsi.
- Potensial zəiflikləri və riskləri müəyyən etmək üçün təhlükəsizlik qiymətləndirmələri və auditlərin aparılması.
- Təşkilatın təhlükəsizlik tədbirlərinin effektiv qalmasını təmin etmək üçün kiber-sahədəki tendensiyalardan , ən yaxşı təcrübələrdən (Best Practice) və yeni təhdidlərdən xəbərdar olmaq.
- Təhlükəsizlik sistemləri və alətlərinin test edilməsi (PoC), layihələndirilməsi, qurulması və təhvil verilməsi.
- Təhlükəsizlik Sistemlərində ( SIEM, WAF, PAM, EDR, XDR, IPS/IDS və s.) optimizasiyası və təkmilləşdirilməsi.
Tələb olunan təcrübə, bilik və bacarıqlar:
Təhsil:
- Ali Təhsil (İnformasiya Texnologiyaları və ya İnformasiya/Kiber Təhlükəsizliyi/Tətbiqi Riyaziyyat/Kibernetika/Kompüter Elmləri), magistr dərəcəsinə üstünlük veriləcək;
Dil bilikləri:
- Azərbaycan və ingilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı, rus dili – üstünlük verilir
İş Təcrübəsi:
- Kibertəhlükəsizlik və ya informasiya təhlükəsizliyi sahəsi üzrə minimum 3 il;
- Şəbəkə inzibatçılığı ;
- Təhlükəsizlik Sistemləri ( Network Firewall, SIEM, WAF, PAM, EDR, XDR, IPS/IDS, Network Firewall və s.)
Arzu olunan Bacarıqlar:
- Kibertəhlükəsizlik sahəsində istifadə olunan “best practice”-lər, təhlükəsizlik texnologiyaları və NIST, ISO kimi təhlükəsizlik standartlarını bilməli.
- Müxtəlif mühitlərdə təhlükəsizlik nəzarət və tədbirlərinin dizaynı və həyata keçirilməsi üzrə təcrübə.
- Risklərin idarəedilməsi prinsipləri haqqında biliklər.
- Stakeholder-lərlə səmərəli əməkdaşlıq etmək üçün güclü kommunikasiya bacarıqları
- Mürəkkəb təhlükəsizlik problemlərini analiz edə bilərək effektiv həllər təqdim etmək bacarığı
- Cloud və Virtualization texnologiyaları ilə təcrübə
- Şəbəkə avadanlıqları ilə inzibatçı səviyyəsində iş təcrübəsi
- GDPR, SOX kimi uyğunluq təlimatları barədə məlumatlı olmaq
- Layihə idarəetmə bacarıqları
- Yüksək ünsiyyət və komandada işləmək bacarıqları;
- Yenilikçi və daima inkişaf etmək təşəbbüsünün olması.
- Yaranan problemləri tez bir zamanda həll etmək bacarığı;
- Qərarvermə, analitik təhlil və yekun nəticəyə yönəlmə bacarığı;
- Peşəkar Sertifikatlara üstünlük verilir (CCNA, CCNP, Comptia Security+, CySA+, CASP və s.);
Seçim mərhələləri:
- CV-nin nəzərdən keçirilməsi
- İxtisas Testləri
- Yetkinliklər/Texniki bacarıqların yoxlanmasına dair Müsahibə
Ərizəniz:
- Bu vakansiya üçün yalnız Azərbaycan Respublikasının vətəndaşları müraciət edə bilərlər.
- Bütün müraciətlər səhifənin yuxarısında yerləşən “MÜRACİƏT ET” düyməsini basmaqla göndərilməlidir.
- Müraciətiniz “Azercell Telekom” MMC-nin “İstedadların İdarə Edilməsi və Biznes Partnyorluğu” şöbəsinin mütəxəssisi tərəfindən təhlil edilərək nəzərdən keçiriləcək.
- Müraciətinizi səhifədə qeyd olunan tarixdən gec olmayaraq göndərməyinizi xahiş edirik. Seçim prosesi müraciətin bitmə tarixindən dərhal sonra başlayacaq.
İnformasiya Təhlükəsizliyi üzrə Ekspert
Son tarix 26 avq 2023 Müraciət et
Azercell ölkənin lider və innovativ həllər, fərqli və fərdi yanaşma, yüksək keyfiyyətli xidmətlər təqdim edən mobil operator şirkətidir.
Azercell Ailəsinə qatılmağa dəvət edirik:
Peşəkar komandamıza qoşulun və yaradıcı, dinamik, korporativ mədəniyyət üçün fərqli imkanlardan zövq alın. Əminik ki,şərtlərimiz və rahat iş mühiti komandamızın ayrılmaz bir hissəsi olmağınıza imkan yaradacaq.
Komandaya qoşulmaqla Siz nə əldə edəcəksiniz:
- Ölkənin lider mobil operator şirkətində iş təcrübəsi
- Peşəkarlardan ibarət korporativ mühitdə çevik, innovativ və nəticəyönümlü komandada iş
- Davamlı karyera inkişafı imkanları
- Təlim və fərdi inkişaf proqramları
- Rəqabətli əmək haqqı
- Bonus ödənişi
- Tibbi sığorta ilə təmin olunma (Ailə üzvləri: həyat yoldaşı və övladlar daxil)
- Korporativ telefon və nömrə ilə təmin olunma
- Limitsiz Azeronline Internet Paketi
- Əlavə güzəşt və endirimlər
İş qrafiki:
- Standart 5 günlük iş həftəsi
- 09:00-18:00
İş yeri:
- “Azercell Telekom“ MMC Baş ofis - Azercell Plaza
- Tbilisi prospekti, 149
- Bakı, Azərbaycan
Əsas öhdəliklər:
- Şirkətin İnformasiya Təhlükəsizliyi İdarəetmə Sisteminin və müvafiq nəzarət mexanizmlərinin beynəlxalq standartların tələblərinə və qabaqcıl təcrübələrə uyğun qurulması və saxlanılmasına dəstək;
- Yeni layihələrdə informasiya təhlükəsizliyi tələblərinin nəzərə alınmasını təmin etmək məqsədilə rəylərin və həllərin verilməsi;
- 3-cü tərəflərlə münasibətlərdə İnformasiya Təhlükəsizliyi tələblərinin nəzərə alınmasının təmini, tərəfdaş və vendorların informasiya təhlükəsizliyi üzrə öhtəliklərinin müəyyən edilməsi və yoxlanılması;
- Daxil olan istəklər əsasında Informasiya Təhlükəsizlik qaydalarına uyğun olaraq müvafiq həllərin verilməsi;
- İT və İnformasiya təhlükəsizliyi risklərinin müəyyənləşdirilməsi istiqamətində aparılan işlərə dəstək;
- İnformasiya təhlükəsizliyinə aid normativ sənədlərin mütəmadi olaraq nəzərdən keçirilməsi, yenilənməsinə dəstək;
- Şöbənin fəaliyyəti çərçivəsində digər işlərin həyata keçirilməsinə dəstək.
Tələb Olunan Bilik, Bacarıq və İş Təcrübəsi:
Təhsil:
- İnformasiya Təhlükəsizliyi və ya İnformasiya Texnologiyaları/Kibernetika/Kompüter Elmləri ixtisaslarına üstünlük veriləcək.
Dil bilikləri:
- Azərbaycan və ingilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı
- Rus dili - yaxşı səviyyədə.
İş Təcrübəsi və Tələb Olunan Bilik:
- İnformasiya Texnologiyaları, İnformasiya Təhlükəsizliyi və ya digər əlaqəli sahə üzrə minimum 5 illik iş təcrübəsi.
- İnformasiya təhlükəsizliyi sistemləri və nəzarət mexanizmləri, haqqında praktiki biliklərin olması.
- Windows, Linux, Unix server texnologiyaları və əməliyyat sistemləri ilə iş təcrübəsi;
- Firewall, switch, router və s. ümumi şəbəkə texnologiyaları, proxy xidmətləri və s. üzrə bilik və bacarıqların olması;
- VPN və VDI əsasında məsafədən qoşulma həlləri üzrə bilik və bacarıqların olması;
- Directory, Authentication və federasiya protokolları üzrə bilik və iş təcrübəsi;
- Şifrələmə həlləri ilə iş təcrübəsi;
Bacarıqlar:
- Layihə idarəetmə, yüksək ünsiyyət və komandada işləmək bacarıqları
- Qərar vermə, analitik təhlil və yekun nəticəyə yönəlmə bacarığı
- İnformasiya Təhlükəsizliyi və İT proseslərə aid normativ sənədlərlə işləmək bacarığı;
- CCNA, CISA, CISM, CISSP, NIST, COBIT, ITIL, Comptia Security+, ISO 27001 və s kimi sertifikatları olanlara üstünlük verilir.
Seçim mərhələləri:
- CV-nin nəzərdən keçirilməsi
- Yetkinliklər/Texniki bacarıqların yoxlanmasına dair Müsahibə
Ərizəniz:
- Bu vakansiya üçün yalnız Azərbaycan Respublikasının vətəndaşları müraciət edə bilərlər.
- Bütün müraciətlər səhifənin yuxarısında yerləşən “MÜRACİƏT ET” düyməsini basmaqla göndərilməlidir.
- Müraciətiniz “Azercell Telekom” MMC-nin “İstedadların İdarə Edilməsi və Biznes Partnyorluğu” şöbəsinin mütəxəssisi tərəfindən təhlil edilərək nəzərdən keçiriləcək.
- Müraciətinizi səhifədə qeyd olunan tarixdən gec olmayaraq göndərməyinizi xahiş edirik. Seçim prosesi müraciətin bitmə tarixindən dərhal sonra başlayacaq.
İnfrastruktur Administratoru
Son tarix 15 sen 2023 Müraciət et
Azercell ölkənin lider və innovativ həllər, fərqli və fərdi yanaşma, yüksək keyfiyyətli xidmətlər təqdim edən mobil operator şirkətidir.
Azercell Ailəsinə qatılmağa dəvət edirik:
Peşəkar komandamıza qoşulun və yaradıcı, dinamik, korporativ mədəniyyət üçün fərqli imkanlardan zövq alın. Əminik ki,şərtlərimiz və rahat iş mühiti komandamızın ayrılmaz bir hissəsi olmağınıza imkan yaradacaq.
Komandaya qoşulmaqla Siz nə əldə edəcəksiniz:
- Ölkənin lider mobil operator şirkətində iş təcrübəsi
- Hibrid iş rejimi
- Peşəkarlardan ibarət korporativ mühitdə çevik, innovativ və nəticəyönümlü komandada iş
- Davamlı karyera inkişafı imkanları
- Təlim və fərdi inkişaf proqramları
- Rəqabətli əmək haqqı
- Bonus ödənişi
- Tibbi sığorta ilə təmin olunma (Ailə üzvləri: həyat yoldaşı və övladlar daxil)
- Korporativ telefon və nömrə ilə təmin olunma
- Limitsiz Azeronline Internet Paketi
- Əlavə güzəşt və endirimlər
İş qrafiki:
- Hibrid iş rejimi ilə: Bazar ertəsi - Cümə, 09:00 - 18:00. Şənbə və bazar günləri, milli bayramlar və matəm günü qeyri-iş günləridir
İş yeri:
- “Azercell Telekom“ MMC Baş ofis - Azercell Plaza
- Tbilisi prospekti, 149
- Bakı, Azərbaycan
Ümumi Məlumat:
Azercell şirkətində işləmək istəyən ideal namizəd informasiya texnologiyaları, telekommunikasiya sahəsinə xüsusi həvəs göstərən, iş zamanı çıxa biləcək çətinliklərdən çəkinməyən, güclü analitik düşüncə və problem həll etmə bacarığına malik olan, detallara diqqət yetirən, daima öyrənmək və öz bacarıqlarını inkişaf etdirmək istəyən biridir.
Əsas Öhdəliklər:
- Server, storage, SAN, tape avadanlığının monitorinqi və dəstəyi
- Linux əməliyyat sistemlərinin quraşdırılması, konfiqurasiyası və dəstəyi, yarana biləcək problemlərin həll edilməsi
- Linux sistemlərində işləyən servislərin quraşdırılması, konfiqurasiyası və dəstəyi, yarana biləcək problemlərin həll edilməsi
- VMware vSphere, vCenter quraşdırılması, konfiqurasiyası və dəstəyi, yarana biləcək problemlərin həll edilməsi
- VMware NSX quraşdırılması, konfiqurasiyası və dəstəyi, yarana biləcək problemlərin həll edilməsi
- Yuxarıda adı çəkilən sistemlərin çalşması, təhlükəsizliyi və əlçatanlığının təmin edilməsi
- Yuxarıda adı çəkilən sistemlərdə dəyişikliklərin, təkmilləşdirmə və miqrasiya işlərinin planlaşdırılmasının təmin edilməsi
- Yuxarıda adı çəkilən sistemlər üzrə, lazımi sənədlərin hazırlanması
- Qeyri-iş saatlarında, lazım olduğu halda, planlaşdırılmış texniki işlərin yerinə yetirilməsində iştirak etmək və dəstək göstərmək.
Tələb olunan təcrübə, bilik və bacarıqlar:
Təhsil:
- Kompüter Elmləri, İnformasiya Texnologiyaları və ya müvafiq sahə üzrə bakalavr dərəcəsi və ya təcrübə
Dil bilikləri:
- Azərbaycan dili - əla, ingilis dili - yüksək səviyyədə.
İş Təcrübəsi:
- Fizik avadanlıq üzrə: Fiziki serverlərinin əməliyyat sistemlərinin yazılması üçün sazlanması. SAN avadanlığı üzərində zoninq olunması. Storage avadanlığından sistemlərə yer ayrılması. Tape avadanlığı barəsində anlayış.
- Linux əməliyyat sistemləri, xüsusən CentOS və ya Red Hat Enterprise Linux üzrə biliklər
- Linux üzrə: LVM, ACL, User, Group, Package Management, BIND, SQUID, KVM
- Avtomatlaşdırma üzrə: Bash scripting, Python, Ansible
- Virtualizasiya üzrə: VMware vSphere, vCenter yazılması, yeni versiyaların tətbiq edilməsi
- Ehtiyat nüsxələmə: Tape avadanlığı ilə ehtiyat nüsxələrin çıxarılması və bərpası. Veeam ilə ehtiyat nüsxələrin çıxarılması və bərpası.
- Güclü analitik düşüncə və problem həll etmə bacarığı
- Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı
Seçim mərhələləri:
- CV-nin nəzərdən keçirilməsi
- Yetkinliklər/Texniki bacarıqların yoxlanmasına dair Müsahibə
Ərizəniz:
- Bu vakansiya üçün yalnız Azərbaycan Respublikasının vətəndaşları müraciət edə bilərlər.
- Bütün müraciətlər səhifənin yuxarısında yerləşən “MÜRACİƏT ET” düyməsini basmaqla göndərilməlidir.
- Müraciətiniz “Azercell Telekom” MMC-nin “İstedadların İdarə Edilməsi və Biznes Partnyorluğu” şöbəsinin mütəxəssisi tərəfindən təhlil edilərək nəzərdən keçiriləcək.
- Müraciətinizi səhifədə qeyd olunan tarixdən gec olmayaraq göndərməyinizi xahiş edirik. Seçim prosesi müraciətin bitmə tarixindən dərhal sonra başlayacaq.