AzRe Reinsurance Company
Mühasib
Son tarix 21 mar 2024 - [email protected]
Namizədə aid tələblər:
- Ali təhsil: Mühasibatlıq, maliyyə, iqtisadiyyat və əlaqəli sahələr üzrə ali təhsil;
- Təhsil dərəcəsi: Bakalavr;
- Sahə üzrə iş təcrübəsi: Maliyyə sektorunda azı 3 illik iş təcrübəsinin olması arzu olunandır (sığorta sahəsində üstünlük verilir);
- Dil bilikləri: Azərbaycan (əla), İngilis (əla) və Rus (arzu olunan);
- Peşəkar mühasib sertifikatının (PMS) olması arzu olunandır;
- Kompüter bilikləri: MS Office proqramlarını (Word, Excel, Power Point), xüsusilə Exceli və 1C proqramını yüksək səviyyədə bilməsi arzu olunandır;
- Mühasibat uçotu üzrə beynəlxalq sertifikatların mövcudluğu arzu olunandır (ACCA /DipIFR);
- Digər: Analitik təhlil etmə və komandada işləmək bacarığı.
Əsas vəzifə öhdəlikləri və iş barədə məlumat:
- Vergi, DSMF, statistika, məşğulluq üzrə bəyannamələrin və hesabatların hazırlanmasının və vaxtlı-vaxtında aidiyyatı dövlət qurumlarına təqdim olunmasının təmin olunması;
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat və təkrarsığorta əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin uçotu registrlərində) düzgün əks etdirilməsini təmin etmək;
- Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsinə nəzarət edilməsi;
- Debitor və kreditor borcların uçotunun və üzləşmələrin aparılması;
- Həm beynəlxalq, həm də yerli müştərilərlə yazışmalar aparmaq;
- Rəhbərlik tərəfindən verilən bütün tapşırıqların zamanında icra olunmasını təmin etmək.
İş şərtləri:
- Əmək müqaviləsi bağlanılır.
- Könüllü tibbi sığorta.
- İş qrafiki: bazar ertəsi – cümə, 09:00-dan 18:00-dək; şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir.
- Əmək haqqı: 1000 AZN (gross).
Ünvan: Bakı şəhəri, Bakıxanov küçəsi, 6, Bridge Plaza.
Namizədlərdən xahiş olunur ki, mövzu başlığına vəzifənin adını (Mühasib) yazmaqla CV-ni elektron poçt ünvanına göndərsinlər.