Azprotein Foods Group
1C Operator
Son tarix 17 mar 2024 - [email protected]
Namizədə Tələblər:
- Müfaviq sahə üzrə ali təhsil
- Yaş həddi: 23 - 40 yaş
- Staj: 1 – 3 il
- Microsoft Office proqramlarını (Word, Excel, Outlook) yaxşı səviyyədə bilmək
- 1C mühasibatlıq proqramında işləmək bacarağı və minimum 1 il təcrübə.
- Müəssisə Buzovna qəsəbəsində yerləşir.
Vəzifə öhdəlikləri:
- Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili
- Satış, anbar və bütün istehsal əməliyyatlarının 1C 8.3 proqramına daxil edilməsi ( istehsalın idarə edilməsi)
- Anbar qalığına nəzarət
- Anbardan şöbələrə verilən inventarların xərclər üzrə qeydiyyatının aparılması
- Mal hərəkətinin 1C proqramında düzgünlüyünə nəzarət etmək
- Tələbnamələrinin tərtib edilməsi və sifarişə bağlanması
- Avans hesabtalarının işlənməsi
- Məhsulların proqram üzərindən istismara verilməsi
- Mədaxillərin proqram üzərindən təsdiqlənməsi
- Proqramda məhsul və kontragentlərin açılması
- Vəzifə öhdəliklərinə aid olan Aktların hazırlanması
- Aylıq inventarizasiyada iştirak və sənədləşmənin təmin edilməsi
- Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və layiqincə yerinə yetirilməsi.
Əmək haqqı: 600-800 manat (əmək haqqı müsahibə zamanı təcrübəyə əsasən təyin ediləcəkdir, qeyd olunan öhdəliklər üzrə minimum təcrübə mütləqdir).
İş qrafiki: 6 günlük.
Nahar və servis (Koroğlu metrosundan) şirkət tərəfindən təmin olunur
Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla elektron ünvanına göndərmələri xahiş olunur.
Katibə - Kargüzar
Son tarix 17 mar 2024 - [email protected]
Namizədə Tələblər:
- Təhsil dərəcəsi: Ali və ya orta ixtisas təhsili
- Yaş həddi: 25-35
- Xanım namizəd tələb olunur
- Təcrübə: 3-5 ilə qədər
- Rus və ingilis dili biliyi arzuolunandır
- Microsoft Word, Excell, 1C proqramı üzrə biliklər,
- Ofis avadanlıqları ilə işləmə bacarığı
- Diqqətcil, komandada işləmə bacarığı, nəzakətli danışıq, intizamlı və işinə qarşı məsuliyyətli olmalı
- Səliqəli, punktual, gülərüz, xoş görünüşlü olmalı
- Ünvan: müəssisə Buzovna qəsəbəsində yerləşdiyi üçün yaxında qalan namizədlərə üstünlük veriləcəkdir.
Vəzifə öhdəlikləri:
- Rəhbərliyin işlərini, görüşlərini təşkil etmək,
- Gündəlik sənədləşmə və ofis daxili işləri yerinə yetirmək,
- Şirkətə daxil olan sənədlərin qəbulunu, rəsmiləşdirilməsini və rəhbərliyin yazılı, habelə şifahi göstərişlərinə əsasən struktur bölmələri üzrə paylanmasını təşkil etmək,
- Sənədləşmə prosesində meydana çıxan problemlərin aradan qaldırılmasını təmin etmək, layihə dəyişiklikləri və oxşar sənədlərin kargüzarlıq hissəsinin hazırlanmasını təmin etmək,
- Sənədlərin təhlükəsizliyinin təmin olunması üçün ehtiyat nüsxələrinin saxlanması və arxivləşdirmə işlərini həyata keçirmək,
- Telefon zənglərinə cavab vermək və aidiyyəti üzrə yönləndirmək,
- Təşkilatın rəsmi yazışmalarını, məktublaşmalarını həyata keçirmək,
- Məktubların tərcüməsini təmin etmək (ehtiyac yaranarsa),
- Ofis əməkdaşlarının təsərrüfat malları ilə təmin edilməsini həyata keçirmək,
- Rəhbərliyə çay, kofe, su vermək,
- Rəhbərliyin iş otağının və iş masasının səliqəsinə və təmizliyinə nəzarət etmək,
- Qonaqları qarşılamaq, ehtiyac yarandıqda onlara çay, kofe, su vermək.
Əmək haqqı: 600 - 800 manat net
İş qrafiki: 6 günlük.
Nahar və servis (Koroğlu metrosundan) şirkət tərəfindən təmin olunur.
Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla elektron ünvanına göndərmələri xahiş olunur.