AZERMASH
Anbardar
Son tarix 12 okt 2023 [email protected]
İşin təsviri:
- Anbarda olan mal və materialların təhlükəsizliyini və salamatlığını, saxlanılması rejiminə, sənədləşdirmə və mədaxil-məxaric sənədlərinin təhvili qaydalarına riayət olunduğunu təmin etmək.
- Anbar sahələrindən səmərəli istifadə, materialların axtarılmasının asanlaşdırılması və tezləşdirilməsi nəzərə alınmaqla anbarda malların qəbulu, yerləşdirilməsi və buraxılması işlərini idarə etmək.
- Anbarda mal və materialların müvafiq sistem və ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini təmin etmək.
- Bütün mal dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında olmasını təmin etmək;
- Anbardan malları yalnız Şirkət rəhbərliyi tərəfindən təyin edilmiş maddi məsul şəxslərə buraxmaq.
- Mühasibatlıq tərəfindən təyin edilən dövriyyə hesabatlarını müntəzəm olaraq təmin etmək.
- Mal və material mühasibatlığının aparılması üçün qurulmuş mühasibat proqramı və avtomatlaşmış cihazlardan istifadə edərək onlayn və ya real taym rejimində məlumatları daxil etmək.
- Bütün mal və materialların üzərində mühasibatlıq tərəfindən təyin edilmiş kodların olmasını təmin etmək.
- Anbarda yanğınsöndürən vasitələrinin olduğuna və salamatlığına, sahənin vəziyyətinə, avadanlığın və inventarın vaxtlı təmirinə nəzarət etmək.
- Əmək təhlükəsizliyi və sağlamlığın mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etməklə Anbarda yükləmə-boşaltma işlərini təşkil etmək.
- Mal və materialın inventarizasiyasına təlimatlara uyğun hazırlaşmaq, təşkil etmək və iştirak etmək.
- Köhnəlmiş, zərər görmüş və xarab olmuş mal və materialları təyin etmək və onlar barədə müvafiq izahatı mühasibatlığa təqdim etmək.
- Anbar əməliyyatlarının 1C(8.3) uçot və hesabatlarının aparılmasına nəzarət etmək.
Namizədə Tələblər:
- Cinsi: Kişi
- Yaş həddi: 30-45
- Təhsil: Ali təhsil
- Kompüter biliyi: MS Office,1C
- İş təcrübəsi: 1-3 il
Şərtlər:
- İş yeri: Babək pr.39
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işə alınma;
- Sınaq müddəti - 3 ay;
- Əmək haqqı 800-1000 AZN
- İş qrafiki: həftədə 5 gün 09:00-17:00;
- Şənbə günü 09:00-15:00
Mühasib
Son tarix 12 okt 2023 [email protected]
İşin təsviri:
- Bütün maliyyə-mühasibat əməliyyatlarının uçotunun həyata keçirilməsi və 1C əməliyyat sisteminə daxil edilməsi
- Rəhbərlik üçün gündəlik, həftəlik və aylıq daxili hesabatların hazırlanması
- Daxil olan sənədlərin üzləşdirilərək yoxlanılması və 1C əməliyyat sisteminə işlənməsi
- Satışlar üzrə sənədlərin hazırlanması və qaimələrin təqdim olunması
- Maliyyə hesabatları hazırlanması
- Xəzinə əməliyyatlarının icrası
- Pul vəsaitləri üzrə daxilolmaların 1C əməliyyat sisteminə işlənməsi və ödəmələrin icrası
- Rəhbərliyin mühasibatlığa dair digər tapşırıqlarının icrası
İş qrafiki:
- Həftədə 6 iş günü, saat 09:00-dan 18:00-dək
- İş yeri AZƏRMAŞ – GAZ- İSUZU-FAW Abşeron rayonu, Hökməli qəsəbəsi
- Əmək haqqı: 1000 AZN
- Nahar şirkət tərəfindən verilir
Namizədə tələblər:
- Müvafiq sahə üzrə təhsil
- Mövcud sahədə ən az 3 il təcrübəsi
- MS Office, xüsusilə Excel bilikləri
- e-taxes və internet bankig sistemlərində işləmə bacarığı
- 1C proqramında sərbəst işləmə bacarığı
- Məsuliyyətli, dəqiq və peşakar
- Rus dili (arzuolunandır)
Lizinq üzrə mütəxəssis
Son tarix 12 okt 2023 [email protected]
Tələblər:
- Satışın qaydaları, əsasları və strukturu
- Müştərilərə lizinq məhsulları barədə məlumat verilməsi
- Müqavilələrin hazırlanması və bağlanması,kreditlərin verilməsi (iş öyrədilir)
- Müştəri ilə ünsiyyət qurmaq bacarığı
- Dil biliyi: Azərbaycan dili. Rus dili
- Vakansiyaya uyğun olan hər hansı bir bakalavr dərəcəsi.
- Ofis proqramlarını (Word, Excel) bilmək;
- Cins: Xanım
- Yaş həddi: 20-35
Sair məlumat:
- İş yeri: Babək prospekti , Azərmaş Lizinq –Babək filialı
- İş qrafiki/saatı : 6 günlük
- Əmək haqqı: 600 Azn
CV-ləri mail ünvanına göndərməyiniz xahiş olunur.