AZERMASH
Baş mühasibin müavini
Son tarix 21 sen 2025 - [email protected]
Vəzifə öhdəlikləri
- Maliyyə əməliyyatlarının düzgün uçotunu aparmaq və daxili nəzarət sisteminə dəstək vermək;
- Vergi hesabatlarının hazırlanması üçün ilkin uçot əməliyyatlarını aparmaq və hesabatların düzgünlüyünü təmin etmək;
- Xarici alış əməliyyatlarını icra etmək və onların düzgün sənədləşməsini təmin etmək;
- Gömrük bəyannamələrini yoxlamaq və gömrük orqanları ilə hesablaşmaları aparmaq;
- Xarici ödənişlərin həyata keçirilməsini təşkil etmək və xarici təchizatçılarla hesablaşmaları aparmaq;
- Mal-material və xidmətlərin alış və satış əməliyyatlarının uçotunu aparmaq və nəzarət etmək;
- İstehsal prosesinin uçotunu təşkil etmək, spesifikasiya, kalkulyasiya və maya dəyəri hesabatlarını hazırlamaq;
- İstehsal zamanı istifadə olunan xammal, material və digər resursların uçotunu aparmaq və prosesin fasiləsizliyini təmin etmək;
- Ambar qalıqlarının dəqiqliyini yoxlamaq və ambar hərəkətlərinə nəzarət etmək;
- Audit və vergi yoxlamaları zamanı tələb olunan məlumat və sənədləri təqdim etmək və prosesdə iştirak etmək;
- İstehsal, satış və maya dəyəri üzrə analitik hesabatlar hazırlamaq, maya dəyərinə təsir edən amilləri təhlil etmək;
- Rəhbərliyə aylıq maliyyə nəticələri, istehsal və satış göstəriciləri barədə hesabat təqdim etmək;
- Rəhbərliyin verdiyi digər tapşırıqları vaxtında və dəqiq icra etmək.
Namizədə dair tələblər
- Minimum 2 il mühasibatlıq sahəsində iş təcrübəsi;
- Ali təhsil (Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat ixtisası üzrə);
- Microsoft Office proqramlarını və 1C proqramını yaxşı səviyyədə bilmək;
- Azərbaycan dili mükəmməl, rus və ya ingilis dili biliyi üstünlükdür;
- Peşəkar Mühasib Sertifikatı (PMS) və ya ACCA üstünlük hesab olunur;
- Mühasibat uçotu və vergi qanunvericiliyi üzrə biliklər;
- Analitik düşünmə bacarığı, məsuliyyətlilik və operativlik.
İş şəraiti
- İş qrafiki: həftə içi 5 gün, 09:00–18:00;
- Rəqabət qabiliyyətli əməkhaqqı (müsahibə əsasında razılaşdırılacaq).
Müraciət qaydası
Vakansiya ilə maraqlanan şəxslər CV-lərini mövzu hissəsində “Baş mühasibin müavini” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.