Azermash
Mühasib
Son tarix 30 yan 2026 - [email protected]
İşin təsviri:
- Vergi, DSMF və digər hesabatların hazırlanması üzrə təcrübə;;
- Daxil olan sənədlərin üzləşdirilərək yoxlanılması və 1C əməliyyat sisteminə işlənməsinə nəzarət
- Müvafiq maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi
- 1C proqramında sərbəst işləmək təcrübəsi (istehsal və satış və s, e-gov.az , e-taxes.gov.az və digər portallardan istifadə etmək)
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin edir;
- Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivlənməsini təşkil edir;
- Əmək haqqı fondunun xərclənməsinə, ştat cədvəlinə ciddi riayət olunmasına nəzarət edir;
- Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsinə nəzarət və iştirak edir;
- E-qaimələrin tərtib edilməsi və izlənməsi;
- Məlumatların 1C 8.3 sisteminə daxil edilməsi;
- Müqavilə və obyekt kodlarının alınması;
- Bank əməliyyatlarının icrası;
- Maliyyə hesabatlarının hazırlanması;
- Statistika hesabatlarının hazırlanıb təqdim edilməsi
- Mühasibat uçotu üzrə beynəlxalq sertifikatların mövcudluğu arzuolunandır (ACCA F3,F7 və s.);
- Rəhbərliyin mühasibatlığa dair digər tapşırıqlarının icrası
- Dəqiqlik, məsuliyyətlilik və müstəqil işləmək bacarığı
Namizədə tələblər:
- Müvafiq sahə üzrə təhsil
- Mövcud sahədə ən az 2-3 il təcrübəsi
- MS Office, xüsusilə Excel bilikləri
- 1C proqramında sərbəst işləmə bacarığı (əla)
- Məsuliyyətli, dəqiq və peşakar
- Rus dili (arzuolunandır)
- Cins: qadın
- Analitik düşünmə qabiliyyəti
Şərtlər:
- İş qrafiki həftədə 5 iş günü, saat 09:00-dan 18:00-dək
- İş yeri- Tbilisi prospekti
- Əmək haqqı 1000 AZN
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işə alınma;
CV-ləri Müraciət et düyməsində göstərilən mail ünvanına göndərməyiniz xahiş olunur.











