Azerlotereya
Ticarət Marketinqi üzrə Merçendayzer
Son tarix 02 noy 2024 - [email protected]
Azərbaycanın Lənkəran-Astara-Masallı regionlarında yaşayan Merçendayzerları Azərlotereya ailəsinə qatılmağa dəvət edirik.
Hesabat verir: Ticarət Marketinqi üzrə Supervayzer
İşin təsviri:
- Cavabdeh olduğu ərazidə bayilərin rutin ziyarətini həyata keçirmək.
- Bayilərə sərgilənən reklam daşıyıcıların təhvil almaq və qurularkən icraçıları yönləndirmək.
- Bayiləri yenilik və dəyişikliklər haqda məlumatlandırmaq.
- Mövcud olan ticari marketing standartlarına uyğun olaraq reklam materiallarını sərgiləmək.
- BTL aktivliklərdə iştirak etmək və yaxud aktivliyi idarə etmək.
- Müəyyən edilmiş ticari marketinq standartlarına əsasən vaxtaşırı yoxlama keçirmək və hesabat hazırlamaq (hesabatı sistemə yükləmək).
- Mövcud ticari marketinq standartlarında təkmilləşdirmə məqsədiylə reklam materiallarını müəyyən etmək və təklifləri hazırlamaq.
- Sektor daxilində və ya xaricində ticari marketinq fəaliyyətini izləyərək biznesin təkmilləşdirilməsi məqsədiylə təkliflər vermək.
Tələblər:
- Kollec, bakalavr təhsili.
- Merçendayzing sahəsində 1 il təcrübə.
- Azərbaycan dilində səlis danışıq və yazma qabiliyyəti (Rus və yaxud ingilis dili biliyinə üstünlük verilir).
- Müştəriyönümlü, nəticəyönümlü və yaxşı ünsiyyət bacarıqları.
- Kompüter bilikləri - MS proqramları.
- Sürücülük vəsiqəsi – B kateqoriyası (minimum 2 il daimi təcrübə, mexaniki sürətlər qutusunu idarəetmə bacarığı).
Əgər maraqlanırsınızsa, CV-nizi [email protected] ünvanına “Ticarət Marketinqi üzrə Merçendayzer (Lənkəran-Astara-Masallı)” başlığı ilə göndərə bilərsiniz.