Şirkət:“AzəriMed“ QSC
Vakansiya: Alış Meneceri
Tələblər:
- Təhsil: Ali tibb təhsil arzuolunandır;
 - Təcrübə: Müvafiq sahədə minimum 5 il iş təcrübəsi;
 - Kompüter biliyi: MS Office proqramlarında sərbəst işləmək bacarığı;
 - Dil bilikləri: Azərbaycan, Rus və İngilis dillərində sərbəst ünsiyyət qurmaq bacarığı;
 - İşində dəqiq və məsuliyyətli olmaq;
 - Təhlil etmə bacarığı;
 - Kommunikasiya və komanda daxilində işləmə bacarığı;
 
Vəzifə öhdəlikləri:
- Xarici bazardan dərman preparatları, qida əlavələri, kosmetik vasitə və.s. alışının həyata keçirilməsi;
 - İşgüzar və korporativ görüşlərin keçirilməsi və müvafiq danışıqların aparılması;
 - Email vasitəsilə danışıqların aparılması və müqavilənin hazırlanması;
 - Yerli və xarici bazarın araşdırılması;
 - Qiymətlərin analizi,formalaşdırılması və bazaya daxil edilməsi;
 - Görülmüş işlər barədə müvafiq heabatların hazırlanması;
 - Məhsulların son istifadə tarixinə nəzarət edilməsi;
 - Alış prosesində yaranmış problemləri operativ həll etmək;
 - Verilən tapşırıqları vaxtında və keyfiyyətli şəkildə yerinə yetirmək.
 
İş şəraiti:
- İş qrafiki: 09:00-18:00
 - Ünvan: Nərimanov rayonu Əhməd Rəcəbli küçəsi 1/11
 - Əmək haqqı: Namizədin bilik və bacarığına əsasən təyin edilir.
 
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Alış Meneceri” qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.
Əlavə suallar üçün 055-455-84-04 (Whatsapp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz


            
                            
                            
                        

                
                
                
                
                
                
                
                
                
                
                
                







