Azercell
Azercell Təcrübə Proqramı/Daxili Audit departamenti
Son tarix 25 yan 2024 - Müraciət et
İş qrafiki:
Bazar ertəsi – Cümə günləri, saat 09:00 - 18:00. Şənbə və Bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir.
İş yeri: Tbilisi prospekti 149, AZ1122 Bakı, Azərbaycan (“Azercell Telekom” MMC, Baş ofis).
Təcrübə müddəti: 3 ay (uzadıla bilər).
Əsas öhdəliklər:
- Mühasibat sənədləri, əvvəlki hesabatlar, məlumatlar, cədvəllər və s. əldə etmək, təhlil etmək və qiymətləndirmək
- Audit nəticələri və sənədləşdirmə prosesini əks etdirən hesabatlar hazırlamaq və təqdim etmək
- Boşluqları müəyyən etmək və riskin aradan qaldırılması və xərclərə qənaət edilməsi üzrə tövsiyələr vermək
- Rəhbərlik tərəfindən görülən tədbirlərə nəzarət etmək üçün təqibedici yoxlamalar aparmaq
- Təyin edilmiş auditlər üçün aidiyyəti sahə üzrə biznes proseslərinin hərtərəfli dərk edilməsi və cədvəl və/və ya icmalının hazırlanması vasıtəsilə sənədləşdirilməsini təmin etmək. Biznes prosesləri çərçivəsində xarakterik risk və nəzarət mexanizmlərini müəyyənləşdirmək və sənədləşdirmək
- Peşəkar rəy və departament tərəfindən müəyyən edilmiş daxili audit metodologiyası əsasında müvafiq audit yanaşması, test prosedurları və yoxlama meyarları seçərək risklərə dair test planı hazırlamaq
- Prosesin təşkilinin müvafiqliyi və biznes və nəzarət məqsədlərinin qarşılanmasında nəzarət mexanizmlərinin effektivliyini qiymətləndirmək. Nəzarət və prosesin zəif tərəflərini aşkar etmək və sənədləşdirmək və aşkar edilənlər üzrə lazımi sübutları təqdim etmək
- Departament direktorunun tələbinə əsasən tapşırıqlar/layihələr/proseslər barədə Baş Auditora hesabat verilməli və təqdim edilməlidir.
Tələb Olunan Bilik, Bacarıq və İş Təcrübəsi:
- Hazırda yeni məzun və ya 2024-cü ildə Mühasibatlıq, Audit və ya Maliyyə sahəsində bakalavr/magistr dərəcəsi ilə olan məzun;
- Mühasibat uçotu və/və ya Daxili Audit (ACCA, CIA və ya CFE) sahəsində sertifikatlaşdırılmış peşəkara üstünlük verilir;
- Daxili Audit sahəsində Telekommunikasiya Xidmətləri Sənayesinin auditi üzrə 1 ildən 2 ilədək təcrübəyə üstünlük verilir;
- Telekommunikasiya Şəbəkəsi/İT auditi və informasiya sistemləri üzrə ixtisaslaşmış bacarıqlara üstünlük verilir;
- Daxili nəzarət anlayışlarını (COSO, COBIT) yaxşı başa düşmək üstünlükdür;
- Audit prosesləri və metodologiyaları, o cümlədən axın qrafiki üzrə yüksək biliklərə üstünlük verilir;
- Həm müstəqil şəkildə həm komandada da yaxşı işləmək bacarığı;
- Problemin həll etmə mühitində yaradıcı və analitik işləmək bacarığı;
- Peşəkar linqvistik bacarıqlar (Azərbaycan, İngilis, Rus).
Bacarıqlar:
- Liderlik - Peşəkar Mühakimə yürütmək
- Dürüstlük - Peşəkar Ünsiyyət təmin edin
İşə qəbul prosesi:
- CV-lərin təhlil edilməsi
- İxtisas üzrə müvafiq yazılı tapşırıqlar/testlər
- Yetkinliklərə əsaslanan (HR) / Hüquq bilikləri üzrə Müsahibəsi
Son müraciət tarixi: 24 Yanvar 2024 12:00.