ADY Express
Mühasib
Son tarix 21 noy 2022 - [email protected]
İş yeri: Xətai Plaza
İş rejimi və vaxtı: 5 günlük; 9:00-18:00
Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək
Vəzifə öhdəlikləri:
- E-qaimələrin, ödəniş tələbnamələrinin, müqavilələrin, maliyyə çıxarışlarının və digər sənədlərin düzgünlüyünün yoxlanılması və müqayisə edilməsi, yarana biləcək qeyri müyyənliklər aydınlaşdırılması üçün təchizatçılar ilə əlaqə yaradılması, eyni zamanda təchizatçıların bütün sorğularının cavablandırılması;
- Təchizatçılara ediləcək ödənişlərin nəzarətda saxlanılması, hesab-fakturaların və xərclər üzrə hesabatların əsasında hesablara və xərc mərkəzlərinə salınması, qeydiyyatı və xərclərə nəzarət;
- Ödəniş əməliyyatları hesablarının əlaqələndirilməsi və hesabların təhlilinin hazırlanması;
- Audit üçün tələb olunan sənədlərin təqdim edilməsi;
- Təchizatçıların sənədlərinin idarə edilməsi;
- Kreditorlar və debitorlarla hesablaşmalar üzrə ERP platformasında müvafiq müxabirləşmələri vermək;
- Xarici, daxili təchizatçılara ödənişlərin və büdcə ödənişlərinin həyata keçirilməsi
- Xarici və daxili təchizatçılara ödənişlərin həyata keçirilməsi üçün mühasibatlıq proqramında yaradılmış hesab fakturalarda vergiləndirmənin düzgün tətbiq edilib-edilməməsinə nəzarət etmək;
- Ödəmə mənbəyində vergi bəyannaməsinin hazırlanıb təqdim olunması üçün ÖMV-ni hesablamaq;
- Müqavilələrdə qeyd olunmuş vergi əməliyyatları ilə bağlı bəndlərin, vergi və ödəniş şərtlərinin vergi qanunvericiliyinin tələblərinə uyğunluğununu yoxlamaq və təsdiq etmək;
- Rəhbərliyin sorğusu ilə zəruri hesabatların hazırlanması, tapşırıqların yerinə yetirilməsi.
Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:
- Mühasibatlıq/Maliyyə sahəsində bakalavr dərəcəsi;
- Sahədə 1-3 il iş təcrübəsi;
- ACCA FA, FR sertifikatları arzuolunandır;
- MS Office proqramlarının biliyi (xüsusilə MS Excel);
- Güclü ünsiyyət bacarıqları;
- Analitik düşünmə, komandada işləmək bacarığı;
- Tapşırıqların müəyyən olunmuş vaxtda və dəqiq icra olunması;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olması.
- ERP proqramlarında işləmək bacarığı
Bizim tərəfimizdən qarşılanan təminatlar:
- Nahar
- Təlimlər
- Karyera imkanları
Müraciət etmə qaydaları:
Xahiş olunur CV-lərinizi 20 Noyabr 2022-ci il tarixinədək e-poçtun mövzu (“subject”) hissəsində “Mühasib” qeyd etməklə göndərəsiniz.
Diqqət: Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılacaq.