Azerbaijan SuperMarket
Əmək münasibətləri üzrə kiçik mütəxəssis / Junior Employee Relations Specialist
Son tarix 15 avq 2026 - [email protected]
Əmək münasibətləri üzrə kiçik mütəxəssis
Öhdəliklər
- İntizam xətaları ilə bağlı müraciətləri araşdırmaq və intizam tənbehlərinin verilməsi prosesində yaxından iştirak etmək (sistem üzrə əməliyyatların icrası, müvafiq sənədlərin toplanması, işçilərə imzaladılması, qeydiyyatı, arxivləşdirilməsi və s.)
- İntizam pozuntuları ilə bağlı daxil olan müraciətləri gündəlik olaraq qeydiyyata almaq, izləmək, işdən çıxış sorğularının statusunu vaxtlı-vaxtında yoxlamaq və cavablamaq
- İşçi şikayətlərini qəbul etmək, araşdırmaq, ehtiyac olduqda görüşlər keçirmək və problemlərin qısa zamanda həlli üçün mümkün addımlar atmaq
- İntizam tənbehinin verilməsi haqqında və digər sənədləri (əmrlər, məktublar, bildirişlər və s.) ədəbi dilin orfoqrafik normalarına əməl etməklə tərtib etmək, aidiyyəti şəxs və ya qurumlara göndərmək, elektron bazaya daxil etmək və qeydiyyatını aparmaq
- İşdən azad edilməsi nəzərdə tutulan işçilərin əmək müqaviləsinə AR Əmək Qanunvericiliyinə uyğun olaraq xitam vermək və bununla əlaqəli bütün işləri icra etmək
- Mediasiya təşkilatları və DƏMX-dən daxil olan intizam məsələləri ilə əlaqəli sorğuları vaxtında və düzgün cavablandırmaq, bununla əlaqəli bütün işləri icra etmək (Barışıq sazişi əsasında qəbul edilən razılaşmaların icrası, müfəttişlikdən gələn müraciətlərin cavablandırılması və s.)
- Əlaqəli şöbələr və rəhbərlik tərəfindən tələb olunan hesabatları mütəmadi olaraq hazırlamaq və təqdim etmək
- Şirkətdaxili intizam qaydaları, siyasət və əməliyyat prosedurlarının mütəmadi yenilənməsi məqsədilə təkliflər vermək, düzəlişlər edərək rəhbərliyə və əlaqəli şöbələrə təqdim etmək
Tələblər
- İnsan Resursları sahəsində 1 ildən çox iş təcrübəsi
- Əmək Qanunvericiliyi üzrə biliklər
- Azərbaycan dili üzrə səlis şifahi və yazılı ünsiyyət (leksik və qrammatik normalara riayət etmək)
- MS Office proqramlarında işləmək bacarığı
- Güclü ünsiyyət və komanda ilə iş
- Araşdırma, detallara qarşı diqqətlilik və qərarvermə bacarıqları
- Vaxtın düzgün idarə edilməsi
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Əmək münasibətləri üzrə kiçik mütəxəssis” başlığı ilə CV göndərərək müraciət edə bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Junior Employee Relations Specialist
Job responsibilities
- Investigate appeals related to disciplinary cases and closely participate in the process of issuing disciplinary actions (execution of operations on the system, collection of relevant documents, signature of employees, registration, archiving, etc.)
- Logging and tracking incoming disciplinary complaints on a daily basis, timely checking and responding to the status of dismissal requests
- Receive employee complaints, investigate them, hold meetings if necessary and take possible actions to solve problems timely
- Compile disciplinary actions and other documents (orders, letters, notices, etc.) using the orthographic norms of the literary language, send them to the relevant persons or institutions, enter them into the electronic database and register them
- Terminate the employment contract of the employees to be dismissed in accordance with AR Labor Legislation and perform all related work
- Timely and correctly respond to requests related to disciplinary issues received from the Mediation Organizations and the State Labour İnspection Services, and perform all related work (implementation of agreements accepted on the basis of the truce agreement, answering appeals from the inspectorate, etc.)
- Regularly prepare and submit reports required by related departments and management
- make suggestions for the regular updating of internal company disciplinary rules, policies and operating procedures, make amendments and submit them to the management and related departments
Requirements
- More than 1 year of work experience in the field of Human Resources
- Knowledge of Labor Legislation
- Fluent oral and written communication in the Azerbaijani language (observing lexical and grammatical norms)
- Ability to work in MS Office programs
- Strong communication and teamwork
- Research, attention to detail and decision-making skills
- Proper time management
Interested candidates can send their CV to the e-mail address in the Apply for job button.
Sosial Media ürzə Mütəxəssis
Son tarix 14 avq 2026 - [email protected]
Sosial Media ürzə Mütəxəssis
Vəzifə öhdəlikləri:
- Şirkətin sosial media strategiyasına uyğun olaraq TikTok və digər qısa video platformaları üçün kreativ video kontentlərin hazırlanmasını və icrasını təmin etmək;
- Kontent planına uyğun ideyaların, ssenarilərin və çəkiliş konseptlərinin hazırlanmasında iştirak etmək;
- Mobiloqrafiya prinsiplərinə uyğun olaraq mobil cihaz və ya digər çəkiliş avadanlıqları ilə yüksək keyfiyyətli video çəkilişlərini həyata keçirmək;
- Çəkilmiş materialların peşəkar montajını, rəng korreksiyasını, səs tənzimlənməsini, subtitrlərin və qrafik elementlərin əlavə edilməsini təmin etmək;
- TikTok, Instagram Reels və YouTube Shorts platformalarına uyğun formatlarda kontent hazırlamaq və paylaşmaq;
- Platformalarda aktual trendləri, kontent formatlarını və auditoriya davranışlarını mütəmadi izləyərək innovativ həllər təklif etmək;
- Marketinq komandası ilə əməkdaşlıq çərçivəsində kampaniya, məhsul təqdimatı, mağaza açılışları və korporativ layihələr üzrə video məzmunlar hazırlamaq;
- Hazırlanan kontentin şirkətin brend standartlarına və kommunikasiya strategiyasına uyğunluğunu təmin etmək;
- Sosial media hesablarında paylaşım prosesini idarə etmək, paylaşım təqviminə uyğun kontentlərin vaxtında yayımlanmasını təmin etmək;
- Kontentin effektivliyini əsas performans göstəriciləri (baxış sayı, izlənmə müddəti, əhatə dairəsi, qarşılıqlı əlaqə və s.) əsasında təhlil etmək və optimallaşdırma üzrə təkliflər vermək.
Vəzifə tələbləri:
- Marketinq, Kommunikasiya, Media, Jurnalistika və ya əlaqəli sahə üzrə ali və ya peşətəhsili.
- Mobiloqrafiya, sosial media kontent istehsalı və ya rəqəmsal media sahəsində minimum 2 il iş təcrübəsi;
- TikTok, Instagram Reels və YouTube Shorts platformalarının alqoritmləri, kontent formatları və trend yanaşmaları barədə dərin bilik;
- Qeyd olunan platformalar üçün peşəkar ssenari, cəlbedici mətnlər və kreativ ideyalar hazırlamaq bacarığı;
- Vizual hekayəçilik (Visual Storytelling), kreativ düşüncə və yüksək vizual zövq;
- İnnovasiyalara açıq olmaq, AI texnologiyalarını və yeni alətləri sürətlə mənimsəyib iş prosesində tətbiq etmək bacarığı;
- Rəqəmsal media trendlərini yaxından izləmək və innovativ həllər təklif etmək;
- Güclü ünsiyyət, komanda daxilində effektiv əməkdaşlıq və vaxtın düzgün idarə olunması (eyni vaxtda bir neçə layihəni idarə edib son tarixlərə riayət etmək bacarığı);
- Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət (ingilis dili biliyi üstünlükdür).
- Adobe Premiere Pro və CapCut proqramlarında sərbəst, Adobe After Effects proqramında isə işləmək bacarığı (DaVinci Resolve biliyi üstünlükdür);
- Süni intellekt (AI) əsaslı kontent və video istehsalı alətləri (ChatGPT, Gemini, Adobe Firefly, Runway, Kling AI, HeyGen, Midjourney və s.) ilə işləmək təcrübəsi;
- Mobiloqrafiya üzrə peşəkar çəkiliş bacarığı (kadr quruluşu, kompozisiya, işıqlandırma və vizual estetika);
- Mobil çəkiliş avadanlıqları (gimbal, yaxa mikrofonları, LED işıqlandırma və s.) ilə sərbəst işləmək bacarığı;
- Dinamik video axını qurmaq, hook (diqqətçəkən girişlər), subtitle (altyazı), sürətli montaj, rəng korreksiyası (color correction) və səs tənzimlənməsi bacarığı.
Vacib şərt: Müraciət zamanı namizədin portfolio, showreel və ya idarə etdiyi sosial media hesablarını təqdim etməsi mütləqdir.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Sosial Media ürzə Mütəxəssis” başlığı ilə CV göndərərək müraciət edə bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Social Media Specialist
Job Responsibilities:
- Ensure the creation and execution of creative video content for TikTok and other short-form video platforms in line with the company’s social media strategy;
- Participate in developing ideas, scripts, and shooting concepts according to the content plan;
- Perform high-quality video shoots using mobile devices or other filming equipment in accordance with mobilography principles;
- Ensure professional editing, color correction, sound adjustment, and the addition of subtitles and graphic elements to the filmed materials;
- Prepare and publish content in formats suitable for TikTok, Instagram Reels, and YouTube Shorts platforms;
- Constantly monitor current trends, content formats, and audience behaviors across platforms to propose innovative solutions;
- Create video content for campaigns, product launches, store openings, and corporate projects in collaboration with the marketing team;
- Ensure that the prepared content aligns with the company's brand standards and communication strategy;
- Manage the publishing process on social media accounts and ensure the timely release of content according to the publication schedule;
- Analyze content effectiveness based on key performance indicators (views, watch time, reach, engagement, etc.) and provide optimization recommendations.
Job Requirements:
- Higher or vocational education in Marketing, Communication, Media, Journalism, or a related field;
- Minimum of 2 years of work experience in mobilography, social media content production, or digital media;
- Deep knowledge of algorithms, content formats, and trend approaches for TikTok, Instagram Reels, and YouTube Shorts platforms;
- Ability to write professional scripts, engaging copy, and creative ideas for the specified platforms;
- Visual storytelling skills, creative thinking, and high visual taste;
- Openness to innovation, with the ability to quickly master and apply AI technologies and new tools in the workflow;
- Closely following digital media trends and proposing innovative solutions;
- Strong communication skills, effective teamwork, and proper time management (ability to manage multiple projects simultaneously and meet deadlines);
- Excellent written and oral communication skills in Azerbaijani (knowledge of English is an asset);
- Proficiency in Adobe Premiere Pro and CapCut, and ability to work in Adobe After Effects (knowledge of DaVinci Resolve is an asset);
- Experience working with Artificial Intelligence (AI) content and video production tools (ChatGPT, Gemini, Adobe Firefly, Runway, Kling AI, HeyGen, Midjourney, etc.);
- Professional shooting skills in mobilography (framing, composition, lighting, and visual aesthetics);
- Ability to work independently with mobile shooting equipment (gimbals, lapel microphones, LED lighting, etc.);
- Ability to establish dynamic video pacing, hooks (attention-grabbing intros), subtitles, fast-paced editing, color correction, and sound adjustment.
Important Condition: It is mandatory for candidates to submit their portfolio, showreel, or managed social media accounts upon application.
Interested candidates can apply by sending their CV to the e-mail address in the Apply for job button with the subject line "Social Media Specialist". Please note that only shortlisted candidates will be contacted for the next stage of the recruitment process.
















