Azerbaijan Airlines
Loyallıq İdarəsi/Əməliyyatlar və müştərilərə dəstək şöbəsi/Şöbə rəhbəri
Son tarix 04 fev 2025 - Müraciət et
Təsvir:
- Gündəlik sorğuların, əməliyyatların və iş prosesinin idarə edilməsi;
- Müştəri müraciətlərinin həlli, idarə edilməsi və prosesin qurulması;
- Proseslərin təşkil olunması və inkişaf etdirilməsi;
- KPİ-ların(Əsas Performans göstəricilərinin) təyin edilməsi, izlənilməsi və müştəri təcrübəsinin inkişaf etdirilməsi;
- Daxili komandalarla işin təşkili və idarə edilməsi;
- Məhsul şərtlərinə və qaydalarına uyğun müştərilərlə ünsiyyət standardlarını formalaşdırması və onların tətbiq edilməsi;
- Proqram imtiyazlarının idarə edilməsinin təşkili və monitorinqi.
Tələblər:
- Təhsil: Bakalavr, Magistr (üstünlükdür);
- Dil bilikləri: Azərbaycan dili – Əla, İngilis dili – əla, Rus dili – üstünlük;
- Proqram bilikləri: Microsoft Office proqramları (MS Excel, MS Word, PowerPoint – əla səviyyədə);
- İş təcrübəsi: Müştəri dəstəyi, çağrı mərkəzi və müştərilərlə iş sahələrində təcrübə (üstünlükdür);
- Güclü ünsiyyət və empatiya qabiliyyəti;
- Yaradıcı düşünmə və problem həll etmə bacarığı;
- Komanda ilə işləmə və adaptasiya bacarığı;
- Zamanın idarə edilməsi, təşəbbüskarlıq və müstəqil işləmə qabiliyyəti.
İş şəraiti:
- İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək;
- İş yeri-Heydər Əliyev Beynəlxalq Aeroportu.
Vakansiya haqqında:
- Vakansiya növü Tam ştat
Loyallıq İdarəsi/Biznesin İnkişafı Şöbəsi/Aparıcı İT Biznes Analitik
Son tarix 17 fev 2025 Müraciət et
Təsvir:
- Rəqəmsal aviasiya platformaları (Veb, iOS və Android) üçün xüsusiyyətlərin dizaynı və təkmilləşdirilməsi məqsədilə biznes bölmələri, tərtibatçılar və QA komandaları ilə sıx əməkdaşlıq etmək;
- Tərtibatçılar və testçilər üçün texniki tələbləri, o cümlədən məlumat xəritələrini, diaqramları, axın sxemlərini və test ssenarilərini hazırlamaq, təhlil etmək və sənədləşdirmək;
- QA komandaları ilə birlikdə test ssenarilərini müəyyənləşdirmək və onların biznes və texniki tələblərə uyğunluğunu təmin etmək;
- Tətbiq tapşırıqlarının icra vəziyyətini izləmək və nəzarətdə saxlamaq;
- Məhsul Sahibinin iştirakı ilə istifadəçi qəbul testlərini (UAT) aparmaq və işlənmiş funksionallığı yoxlamaq;
- Proseslərin istehsalata buraxılması üçün detallı tələbləri və sənədləri hazırlamaq;
- İstehsal mühitinə keçiddən sonra ikinci səviyyəli dəstək göstərmək, aviasiya ilə bağlı sistemlər və xidmətlər üçün tətbiq səviyyəsində performans və stabilliyi təmin etmək.
Tələblər:
- Təhsil: Bakalavr, Magistr (üstünlükdür);
- Dil bilikləri: Azərbaycan dili – Əla, İngilis dili – əla, Rus dili – üstünlük;
- Proqram bilikləri: Microsoft Office proqramları (MS Excel, MS Word, PowerPoint – əla səviyyədə);
- ECBA, CBAP və ya digər texniki sertifikatlar (üstünlükdür);
- İş təcrübəsi: minimum 3 il;
- Proqram Bilikləri: BPMN, UML, API, Camunda, Microsoft MS, Google products, Postman, Swagger, SQL;
- Maraqlı tərəflər, tərtibatçılar və QA komandaları ilə effektiv ünsiyyət;
- Tapşırıqların prioritetləşdirilməsi və vaxtın idarə edilməsi;
- Problemlərin həlli və dəyişən tələblərə uyğunlaşma bacarığı;
- Komanda əməkdaşlığını gücləndirən yanaşma;
- Analitik düşüncə və detallara diqqət;
- Biznes məqsədləri ilə qərar qəbul etmək bacarığı;
- Güclü analitik və sənədləşdirmə bacarıqları;
- SDLC və arxitektura (veb və mobil) haqqında biliklər;
- API standartları (REST/SOAP), Postman, Swagger;
- Tətbiq qeydlərinin təhlili və problemlərin həlli;
- SQL sorğuları yazılması və icrası, JSON və XML strukturlarının təhlili;
- Müştəri-Server münasibətləri və Jira, Confluence, Click-up istifadə bacarığı.
İş şəraiti:
- İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək;
- İş yeri-Heydər Əliyev Beynəlxalq Aeroportu.
Maliyyə və Mühasibat Uçotu İdarəsi/ Mühasib
Son tarix 17 fev 2025 - Müraciət et
Təsvir
Milli Mühasibat Uçotu Standartları və MHBS-ə uyğun olaraq
- Daxili və xarici maliyyə hesabatlarının işlənib hazırlanması və razılaşdırılmış vaxt çərçivəsində təqdim olunması;
- Şöbənin gündəlik proseslərinin daxili qaydalara və qanunvericiliyə əsasən icra müddətinə uyğun aparılması, günün və ayın bağlanması proseslərinin, mühasibatlıq əməliyyatlarının icrası;
- Gündəlik və aylıq hesabatların tərtib edilməsi;
- İdarənin gündəlik fəaliyyətində mühasibat uçotunun aparılması;
- İlkin uçot sənədlərinin sistemə işlənilməsi;
- İdarənin gündəlik inzibati əməliyyatlarının və kapital xarakterli xərclərinin düzgün uçotu.
Tələblər
- Təhsil: Bakalavr dərəcəsi (Müvafiq sahədə), Magistr dərəcəsi üstünlükdür;
- Dil bilikləri: Azərbaycan dili-əla; İngilis dili-əla;
- İş təcrübəsi: Minimum 3 il;
- Word, Excel və Presentation proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
- Problemi həll etmə bacarığı;
- Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
- Komandada işləmə bacarığı;
İş şəraiti
- İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
- İş yeri-Heydər Əliyev Beynəlxalq Aeroportu
Vakansiya haqqında
- Son tarix yanvar 26, 2025
- Vakansiya növü Tam ştat