Azerbaijan Airlines
Fraudun idarəolunması üzrə mütəxəssis
Son tarix 17 iyn 2024 - Müraciət et
Qısa məlumat:
Uyğunluğun təminatı kollektivinin bir üzvü olaraq pozuntu, vəzifə öhdəliklərinin əsaslı şəkildə pozulması halları, korrupsiya hüquqpozmaları ilə bağlı faktiki və ya iddia edilən hadisələri, fraud halları, məxfi, gizli və ya şəxsi məlumatların qeyri-qanuni əldə edilməsi, açıqlanması və/və ya sui-istifadəsi, o cümlədən qanunsuz hərəkətlərlə bağlı araşdırmalara rəhbərlik edilməsinə görə məsuliyyət daşıyır.
Fraud faktlarının araşdırılması üzrə mütəxəssis Uyğunluğun təminatı üzrə qaynar xəttə nəzarət etməli və korrupsiya faktları haqqında məlumatlandırma kanalları vasitəsilə təqdim edilən məlumatları araşdırmalı, nəticələri barədə hesabatlar hazırlamalı və tədbirlərin görülməsi üzrə tövsiyələr verməlidir.
Fraud faktlarının araşdırılması üzrə mütəxəssis müəyyən edilmiş bütün halların və ya şübhəli halların reyestrini aparmalı və görüləcək tədbirlərin gedişatını izləməlidir. Reyestr Uyğunluğun təminatı şöbəsinin rəhbəri tərəfindən Təşkilat rəhbəri üçün tərtib edilmiş dövri hesabatların bir hissəsini təşkil etməlidir.
Vəzifə öhdəlikləri:
- Korporativ məlumatlandırma kanalı vasitəsilə yaranan məsələləri və problemləri həll etmək.
- Fraud halları ilə bağlı araşdırmalar aparmaq və digər pozuntu hallarını aradan qaldırmaq.
- Araşdırma prosesinin məxfiliyini və tamlığını təmin etmək.
- Fraud hallarının araşdırılması siyasətinə və proseduruna uyğun olaraq obyektiv müsahibələr aparmaq.
- Araşdırma hesabatlarını tam şəkildə və vaxtlı-vaxtında Uyğunluğun təminatı şöbəsinin rəhbərinə təqdim etmək.
Tələblər:
- Hüquq, Maliyyə, Biznes və ya İnsan Resursları üzrə bakalavr dərəcəsini bitirməli.
- Frauda qarşı mübarizə üzrə ekspertin (CFE) sertifikatına malik olmalıdır.
- Daxili araşdırmaların aparılması üzrə 4 ildən artıq təcrübə.
- Müxtəlif mənbələrdən məlumatlar toplamaq, təhlil və sintez etmək, həmçinin araşdırma nəticələri barədə yazılı, aydın və qısa məlumat vermək bacarığı.
- Azərbaycan və ingilis dillərində mükəmməl ünsiyyət qurmaq bacarığı (rus dili biliyi üstünlükdür).
- Güclü analitik və problem həll etmə bacarığı.
- Müsahibələr və sorğular aparmaq bacarığı.
- Məxfiliyin qorunması prinsipinə riayət etməklə məxfi məlumatlarla işləmək bacarığı.
- Mükəmməl hesabat tərtibetmə və sənədləşmə işlərinin aparılması bacarığı.
- Fraud halları ilə əlaqəli məlumatları təhlil etmək üçün vasitələrdən və proqram təminatından peşəkarcasına istifadə etmək bacarığı.
- Yüksək etik standartlar və vicdanlılıq prinsiplərinə riayət etmək bacarığı.
- Obyektiv və qərəzsiz mühakimə yürütmək bacarığı.
- İnsanlarla ünsiyyət qurma bacarığı.
- Müstəqil və komanda şəklində işləmək bacarığı.
- Təzyiq altında işləmək və dinamik mühitə uyğunlaşmaq bacarığı.
- Mükəmməl təşkilatçılıq və fakt toplama bacarıqlarına sahib olmalı.