Azera Holding
Marketinq üzrə menecer
Son tarix 23 sen 2024 - [email protected]
İş barədə məlumat:
- Marketinq planını hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Satış və marketinq KPİ nəticələrinin monitorinqi və hesabatı;
- Marketinq tədqiqatların aparılmasını, onun üçün zəruri olan informasiyanın toplanılmasını, işlənməsini və marketinq informasiya sisteminin yaradılmasını təşkil etmək;
- Marketinq sahəsinin inkişafı məqsədilə daim yeni axtarışlar etmək və müvafiq istiqamətlər barədə rəhbərliyə xəbər vermək;
- Şirkətin bazarda təqdim etdiyi bütün növ cari və yeni maliyyə məhsul və xidmətlərinin reklamını təşkil etmək;
- Xarici satış kanallarını (İnternet, SMS, Mobil, web portallar və s.) müəyyən edərək, habelə strategiya və inkişaf planı layihələrini hazırlayaraq icra etmək, onların nəzarətini və təhlilini aparmaq;
- Şöbənin fəaliyyəti çərçivəsində qarşıya çıxacaq digər məsələləri həll etmək.
Namizədə tələblər:
- Təhsil: Ali təhsil( Marketinq sahəsi üzrə)
- Dil bilikləri: Azərbaycan dili, rus dilində səlis danışıq qabiliyyəti
- Kompyuter bilikləri: MS Office proqramlarında işləmək bacarığı, Adobe Illustrator and Photoshop bilmək üstünlükdür.
- İş təcrübəsi: Müvafiq sahədə minimum 2 il
- Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət, planlama və analiz bacarığı;
- Rəqəmsal marketinq üzrə sertifikata malik namizədlərə üstünlük veriləcək.
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- 5 günlük iş qrafiki.
- Əmək haqqı: Razılaşdırılma yolu ilə
Uygun olan namizədlərdən cv-lərinizi şirkətin və vakant yerin adını mövzu hissəsinə qeyd etməklə mail ünvanına göndərməniz xahiş edilir.