Azbadam MMC
Qazanxana operatoru
Son tarix 19 avq 2024 - Müraciət et
Təsvir:
- Nəzarət-ölçü cihazlarının göstəricilərinə əsasən qazanlarda suyun səviyyəsinə, buxar, su və ayrılan qazın təzyiqinə və temperaturuna nəzarət edilməsi.
- Buxar və isti su qazanlarının istismarı, təmiri
- Hava kompressorlarının istismarı və kiçik həcmli təmir işlərinin icrası
- Su hazırlama təsisi avadanlıqlarının istismarı
- Kiçik həcmli mexaniki montaj işlərinin icrası
- Avadanlıqlarda planlı təmir işlərinin icrası, fasiləsiz iş rejimlərinin təmin edilməsi.
- Avadanlığın işində olan nasazlıqların qarşısının alınması və aradan qaldırılması.
- Qazanlara, onların köməkçi mexanizmlərinə, nəzarət-ölçü cihazlarına profilaktik baxışın keçirilməsi və qazan aqreqatlarının planlı-xəbərdarlıqlı təmirində iştirak edilməsi və onların təmirdən sonra qəbulu və işə hazırlanması.
- Mühərrik və nasosların işə salınması və dayandırılması, su və ötürülən digər mayelərin verilən təzyiqinin saxlanılması və borukəmərlərinin xidmət edilən sahələrinin nasos, mühərrik və armaturunun fasiləsiz işinə nəzarət.
- Nasos avadanlığının cari təmirinin yerinə yetirilməsi, orta və əsaslı təmirdə iştirak edilməsi.
Tələblər:
- Qazanxana və Kompressor istilik sistemləri sahəsində ən azı 1-2 il iş təcrübəsi.
- Prosesin nəzarət və kritik nəzarət nöqtələrini, nəzarət metodlarını, proses parametrlərini təsbit etməyi bilməli.
- Qazanxana və kompressor sahə avadanlıq, təchizat və ehtiyat hissələri konstruktiv xüsusiyyətlərini, iş rejimini və istismar qaydalarını bilməli.
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarını bilmək
Ümumi Məlumat:
- İş yeri: Türkan qəsəbəsi Azbadam Badam Emalı Zavodu
- İş vaxtı : 1 – 5 ci günlər 08:00 – 17:00
- İstehsalat zərurəti olduqda əlavə iş vaxtında işləmək imkanı
- Subordinasiya qaydalarına uyğunlaşmaq və kollektivdə işləmə bacarığı
- Zavod və istehsalat sahəsində təcrübə üstünlükdür