ABŞ və İran arasında razılıqla bağlı növbəti məlumatlar neftin qiymətini ucuzlaşdırıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ötən gün Azərbaycan nefti də dəyər itirərək 100 dollardan aşağı düşüb.
Belə ki, Azeri light markalı neftin qiyməti cümə günü – iyulun 31-dəki 101,73 dollardan, dünən avqustun 3-də 96,87 dollara enib.
Xatırladaq ki, 2026-cıilin dövlət büdcəsində neftin qiyməti 65 dollardan götürülüb.












