Az-Tex-İmport MMC
Mühasib
Son tarix 05 avq 2026 - [email protected]
İş barədə məlumat
- İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Bakı dairəvi yolu 1063 (Meyvəli gömrük terminalının yaxınlığı).
- İş qrafiki: 6 günlük iş həftəsi.
- Əmək haqqı: 1000 – 1500 AZN (namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq).
Vəzifə öhdəlikləri
- Vergi və Statistika hesabatlarının hazırlanması və aidiyyəti qurumlara təqdim edilməsi prosedurları barədə məlumatlı olmaq;
- New-e-taxes, E-gov.az və digər dövlət portallarından sərbəst şəkildə istifadə edərək müvafiq əməliyyatların aparılması;
- Ödənişləri nəzarətdə saxlamaq, "internet banking" vasitəsilə hesablara nəzarət etmək və ödənişləri reallaşdırmaq;
- Əməkhaqqı, məzuniyyət, əmək qabiliyyətinin müvəqqəti itirilməsi (bülleten) ilə bağlı hesablamaların aparılması və tərtib edilməsi;
- Gündəlik e-qaimə, hesab-faktura və digər xərc sənədlərinin yazılması və yoxlanılması;
- Debitor və kreditor borclarının uçotunun aparılması və onlara daimi nəzarət edilməsi;
- Gömrük bəyannamələri ilə sərbəst şəkildə işləmək;
- 1C proqramına məlumatların operativ daxil edilməsi və digər əməkdaşlar tərəfindən daxil edilən məlumatların yoxlanılması.
Namizədə dair tələblər
- Təhsil: Ali təhsil (Texniki ali təhsilin olması üstünlükdür);
- İş təcrübəsi: Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi (İstehsalat sahəsində təcrübənin olması böyük üstünlükdür);
- Kompüter bilikləri: 1C və MS Excel proqramlarında sərbəst işləmək bacarığı (mütləqdir);
- Sertifikat: ACCA F3 sertifikatının olması üstünlükdür;
- Vergi məcəlləsi, əmək məcəlləsi və mühasibat uçotu standartlarını bilmək;
- Dəqiqlik, detallara diqqət və məsuliyyətlilik.
Vakansiyanın tələblərinə cavab verən namizədlər öz CV-lərini mövzu hissəsində "Mühasib" qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçimdən uğurla keçən namizədlərlə əlaqə saxlanılacaqdır.
















