Sənəd dövriyyəsi üzrə mütəxəssis
Son tarix 25 fev 2022
Vəzifə öhdəlikləri:
-
Daxil olan sənədləri Elektron Sənəd Dövriyyəsi sisteminə daxil etmək və qeydiyyatını aparmaq;
-
Daxil olan sənədlərin icrasının nəticəsi olaraq dərkənar müəllifinə məruzə olunan xidməti sənədlərin və xaricolmaların ekspertizasını aparmaq;
-
Şirkətdə sənəd dövriyyəsinin operativ və optimal şəkildə təşkilini təmin etmək;
-
Sənədlərin icra müddətinə nəzarətin həyata keçirilməsi ilə bağlı şöbə müdirinə təkliflər vermək;
-
Şirkətin ümumi nomenklatur-siyahısını tərtib etmək, tabe qurumlarda ümumi nomenklatur-siyahının hazırlanması zamanı metodiki tövsiyələr vermək;
-
Şirkətə daxil olan sənədlərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada vaxtında və düzgün icrasına nəzarət etmək;
-
Şirkətdə kargüzarlıq qaydalarına əməl edilməsi ilə bağlı monitorinqlərdə iştirak etmək və işin təşkili ilə bağlı təkliflər vermək;
-
Şirkətə daxil olan sənədlərin icra vəziyyətinin monitorinqini aparmaq, aylıq, rüblük və illik hesabatların hazırlanmasını təmin etmək;
-
Şirkətdə kargüzarlıq sisteminin təkmilləşdirilməsi üçün fəaliyyət istiqamətlərinə uyğun təkliflər vermək, təlimat və reqlamentiv sənədlər işləyib hazırlamaq, onların tətbiqini təşkil etmək;
-
Arxiv işinin təşkili üzrə əsasnamə və təlimatların tərtib olunmasında iştirak etmək;
-
Şöbənin fəaliyyətinə aid illik iş planlarının hazırlanması;
-
Şöbənin fəaliyyətinə aid hesabatları tərtib etmək və rəhbərliyə təqdim etmək;
-
Şöbəyə icraya daxil olan sənədlərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada araşdırılmasını, cavablandırılmasını və icrasını təmin etmək;
-
Rəhbərliyin imzası ilə xaric olan və xidməti məktubların, sərəncamverici sənədlərin texniki, qrammatik və orfoqrafik redaktəsi.
Tələblər:
-
Ali təhsil (Hüquq, beynəlxalq hüquq və s. müvafiq humanitar sahələr üzrə);
-
Müvafiq sahə üzrə azı 4 il iş stajı;
-
Microsoft Word və Excel proqramlarında mükəmməl işləmə bacarığı;
-
Operativlik, dəqiqlik və yüksək icraçı bacarığı;
-
Azərbaycan dilinin qrammatikasını yüksək səviyyədə bilməli;
-
Rus və ingilis dillərini bilməli;
-
Kargüzarlıq işinin təşkili qaydalarını bilməli;
-
Elektron sənəd dövriyyəsi proqramlarında iş təcrübəsi olmalı.
Maraqlananlar CV-lərini elektron ünvanına 25.02.2022-ci il tarixinə qədər göndərə bilərlər. Elektron məktubun mövzu (subject, тема) hissəsində “Sənəd dövriyyəsi üzrə mütəxəssis” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.