"Bravo" işçi axtarır - VAKANSİYA
Azərbaycan şirkəti işçi axtarır - MAAŞ 2300-2800 MANAT - VAKANSİYA
"Bank Respublika ASC" işçi axtarır - VAKANSİYA
"Adentta MMC" işçi axtarır - MAAŞ 1000 MANAT - VAKANSİYA
"Unibank" işçilər axtarır - VAKANSİYALAR
"Karabakh Group" işçi axtarır - VAKANSİYA
"Penoplex Prikavkazye" işçi axtarır - MAAŞ 1800 MANAT - VAKANSİYA
"Adentta MMC" işçi axtarır - MAAŞ 1000 MANAT - VAKANSİYA
"BERC Group" işçi axtarır - VAKANSİYA
"ATS Food" işçilər axtarır - MAAŞ 1200-1800-2500 MANAT - VAKANSİYALAR
"PASHA Capital" işçi axtarır - VAKANSİYA
ATS Food
Satınalma üzrə mütəxəssis
Son tarix 08 yan 2024 - [email protected]
İş məkanı: Sumqayıt ş.
Tələblər:
- Təhsil səviyyəsi: Ali təhsil (İqtisadiyyat, idarəetmə, maliyyə və ya biznesin idarəedilməsi)
- İş təcrübəsi: Satınalma sahəsində ən azı 2 il iş təcrübəsi
- Dil biliyi: Azərbaycan dili (əla), rus dili (yaxşı), ingilis dili (yaxşı)
- Kompüter biliyi: Microsoft Office proqramı üzrə biliklər, xüsusilə Excel biliyi
- Digər: 1 C, ERP sistemlərdə işləmək bacarığı, Satınalma sahəsi üzrə sertifikatlar üstünlükdür
Vəzifədən gözləntilər:
- Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlil edilməsi;
- Satınalma sifarişlərinin idarə edilməsinin həyata keçirilməsi (sifariş analizi, yerləşdirmə, nəzarətdə saxlama, hesabat hazırlama və sifarişin bağlanması);
- Satınalmanın daxili prosedura uyğun təşkili, son istifadəçidən gələn sorğular əsasında müvafiq kateqoriyaya uyğun mal-materialların şirkətin və qrupun qaydalarına uyğun şəkildə vaxtında və sərfəli satın alınması;
- Sifarişçi və ya son istifadəçi (daxili müştəri) ilə texniki və büdcə məsələlərində sıx əməkdaşlıq edilməsi, onlarla müntəzəm görüşlər təşkil edərək xərclərin optimallaşdırılması məqsədilə mümkün texniki alternativlərin müzakirə edilməsi;
- Təkliflər sorğusu (RFP) və məlumat sorğusunun (RFI) hazırlanaraq təchizatçılara göndərilməsi, təkliflərin alınması, təchizatçılarla müvafiq dəqiqləşdirmə və danışıqların aparılması, tələb olunarsa, daxili müştərilərin də iştirakı ilə onlarla görüşlərin keçirilməsi;
- Tender komissiyasının işinin təşkil edilməsi, tender sənədlər paketinin hazırlanması, tender prosesinin təşkil edilməsi;
- Satınalma və tender prosessi ilə bağlı bütün sənədləşmələrin aparılması və müvafiq reyestrin hazırlanması;
- Potensial satınalmaçılar arasında ən yaxşı təklifi müəyyən etmək üçün qiymətləri, texniki şərtləri və çatdırılma tarixlərini müqayisə etmək;
- Dəqiqliyi, terminləri və texniki şərtləri yoxlamaq üçün sifarişləri nəzərdən keçirmək;
- Müqavilələrin hazırlanmasının təşkili müqavilə və ödəniş şərtlərinin müəyyən olunması və nəzarətdə saxlanılması,
- Hesabatların hazırlanması və təqdim edilməsi.
İş Şərtləri:
- Əmək şəraiti: Korporativ mühit, gənc, dinamik kollektivdə işləmək imkanı, peşəkar təcrübə qazanmaq və karyera yüksəlişi;
- Əmək haqqı: 1200-1800
- İş rejimi: 5 gün (həftəiçi)
- Servis: Təmin edilir
- Nahar: Təmin edilir
- Könüllü tibbi sığorta: Təmin edilir
- Korporativ nömrə və danışıq limiti: Təmin edilir
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini elektron ünvanına mövzu hissəsində vəzifənin adı "Satınalma üzrə mütəxəssis/aparıcı mütəxəssis" qeyd olunmaqla göndərə bilərlər.
Baş energetik
Son tarix 26 yan 2024 - [email protected]
İş məkanı: Sumqayıt ş.
Tələblər:
- Təhsil səviyyəsi: Ali
- İş təcrübəsi: İstehsalat sahəsi üzrə 5 il təcrübə
- Dil bilikləri: Azərbaycan dili
Vəzifədən gözləntilər:
- Elektrik kabellərinin, maşınlarının, elektrik cihazlarının sınaqdan keçirilməsini, təmirini, montajını, elektrik sxemləri üzrə işlərin görülməsini, nasazlıqların aradan qaldırılmasını, layihələndirmənin həyata keçirilməsini təmin etmək;
- Müəssisədəki avadanlıq, qurğu və təchizatların təlimata uyğun şəkildə işlədilməsini təmin etmək və onlara nəzarət etmək;
- Elektrik və elektronik idarəetmə ilə işləyən avadanlıq və təchizatların konstruktiv xüsusiyyətlərini, iş rejimini və istismar qaydalarını nəzərə alaraq işi təşkil etmək;
- Müəssisədə çalışan elektriklərin və montyorların gördüyü işlərə nəzarət etmək;
- Keyfiyyət və təhlükəsizliyə zəmanət tədbirlərini həyata keçirmək;
- Texniki cəhətdən enerji və ekoloji avadanlıqların və enerji sistemlərinin təmirini, normal işini təşkil edir, fasiləsiz elektrik enerjisi verilişinə, qənaət rejimi, rasional xərcləmələrə nəzarət etmək;
- Enerji verilişinin təşkili və planlaşdırılmasını, emalatxanalar və təsərrüfatlar, təmir cədvəllərinin hazırlanması, avadanlıq və enerji şəbəkələrini, istehsal və istehlak planlarını, yanacağ emalını, enerji istehlak dərəcələri və istehlak rejimlərini idarə etmək;
- Proqramların hazırlanmasını və onlar üçün lazımi hesablamaları, elektrik avadanlığı, materialları, ehtiyat hissələri,elektrik enerjisi və əlaqə müəssisəsinə əlavə güc, inkişaf,enerji istehlakını azaltmaq, yeni bir tətbiq təqdim etməklə,daha etibarlı, iqtisadi səmərəli və daha təhlükəsiz əməliyyat aparmaq üçün texnologiya, eləcə də əmək məhsuldarlığını artırmağı təmin etmək.
İş Şərtləri:
- Əmək şəraiti: Korporativ mühit, gənc, dinamik kollektivdə işləmək imkanı, peşəkar təcrübə qazanmaq və karyera yüksəlişi;
- Əmək haqqı: 1800-2500
- İş rejimi: 5 gün
- Servis: Təmin edilir
- Nahar: Təmin edilir
- Könüllü tibbi sığorta: Təmin edilir
- Korporativ nömrə və danışıq limiti: Təmin edilir
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini elektron ünvanına mövzu hissəsində vəzifənin adı "Baş energetik" qeyd olunmaqla göndərə bilərlər.