ATS Food
ERP üzrə Şöbə Müdiri
Son tarix 19 apr 2026 - [email protected]
İş yeri: Sumqayıt şəhəri
Vəzifə öhdəlikləri:
- Şirkətin əməkdaşlarının proqram təminatına sürətli və fasiləsiz şəkildə qoşulmasını təmin edilməsinə nəzarət etmək;
- Bölmələr arası proqram üzərində məlumat gizliliyinin təşkil olunmasına nəzarət etmək;
- Kompaniyaların düzgün və zamanında proqram təminatına tanıdılmasına nəzarət etmək;
- Əməkdaşların proqram təminatından effektiv istifadə edilməsinə köməklik göstərmək;
- İşdən çıxan əməkdaşın proqram təminatına olan giriş icazələrinin ləğv olunmasına nəzarət etmək;
- Yeni işə qəbul olunan əməkdaşa vəzifəsinə uyğun olaraq proqram təminatında işləmək üçün təlimat vermək;
- Şöbə əməkdaşlarının iş bölgüsünün və işin icrasını düzgün qurmaq;
- Düzəlişə göndərilən sənədlərin düzgün icrasını həyata keçirtmək;
- Proqram təminatında olan xətaların aradan qaldırılması və daim yenilənməsini təmin etmək;
- İnformasiya texnologiyaları və proqram təminatı ilə bağlı beynəlxalq təcrübəni öyrənmək və onun tətbiqi ilə bağlı təkliflər vermək;
- Yeni proqram və kommunikasiya xidmətlərini təhlil etmək və onların nəticəsi barədə təkliflər vermək;
- İnformasiya təhlükəsizliyinin qorunmasının təmin edilməsi məqsədi ilə müvafiq tədbirlər görmək;
- Birbaşa rəhbərin tapşırdığı digər işləri görmək.
Namizədə tələblər:
- Proqramlaşdırma İT və ya texniki elmlər sahəsində ali təhsil
- Proqramlaşdırma, İT sahəsində yuxarıdakı tələblərə uyğun gələn vəzifədə ən azı 5 il təcrübə
- FMCG / istehsal sektorunda təcrübə
- Güçlü Excel, Power BI bilikləri
- ERP sistemləri ilə iş təcrübəsi
- İngilis dili – işgüzar səviyyədə
- Biznes yönümlü düşünmə tərzi və strateji baxış
- Yüksək təqdimat bacarığı
İş qrafiki:
- 5 günlük iş qrafiki
- İş saatı: 09:00-18:00
Əmək haqqı: Namizədin bilik və bacarığına əsasən (ştat cədvəli aralığında)
Üstünlüklərimiz:
- Nahar təminatı
- Servis təminatı
- Könüllü tibbi sığorta
- Korporativ nömrə və danışıq limiti
- Amortizasiya xərci
- Yanacaq limiti
Tələblərə cavab verən namizədlər öz CV-lərini “ERP üzrə Şöbə Müdiri” başlığı ilə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.












