ATS Food
Kateqoriya müdiri
Son tarix 04 avq 2023 - [email protected]
İş məkanı: Sumqayıt ş.
Müraciətin son günü: 4 avqust 2023-cü il
Tələblər:
- Təhsil səviyyəsi: Ali təhsil ( marketinq və iqtisadiyyat yönümlü )
- İş təcrübəsi: Bu sahədə 3-5 il təcrübə
- Dil bilikləri: Azərbaycan dili (əla), Rus (əla), İngilis (əla)
- Kompüter bilikləri: MS Office (xüsusən Excel) proqramlarını əla səviyyədə
Vəzifədən gözləntilər:
- İllik satış planlarının hazırlanması
- İllik inkişaf planının hazırlanması
- İllik kommunikasiya planının hazırlanması
- İllik trade planının hazırlanması
- Yeni məhsul çeşidlərinin portfelə əlavə edilməsi
- İstehsal sahəsi ilə mütəmadi əməkdaşlıq, bazar şəraitinə uyğun olaraq yeni məhsul çeşidlərinin istehsal sahəsində razılaşdırılaraq portfelə əlavə edilməsi və məhsul qablaşdırma konseptinin hazırlanmasında iştirak
- İstehsal planının hazırlanması
- Stok analizlərinin aparılması
- Satış analizlərinin aparılması
- Bazar araşdırması edilməsi
- Trade aksiyaların hazırlanması
- Marja, Trade xərclərinin kontrolda saxlanılması
- Dövri hesabatların hazırlanması
- Təyin olunmuş hədəflərə nail olunması
- İş planlamasının yerinə yetirilməsi
Vəzifə üzrə səriştələr:
- Məsuliyyətlilik və sahiblənmə
- Keyfiyyətlilik və effektivlik
- Müştəri xidməti yönümlülük
- Satış yönümlülük
- Analitik düşünmə, analiz etmə, diqqətcillik
- İnandırma və təqdimat qabiliyyəti
- Riyazi düşünmə qabiliyyəti
- Kreativlik və innovativlik
- Təşkilatçılıq və koordinasiya etmə
- Bazar analizi
- Food development
- Business development
- Satış (trade) standartları
İş Şərtləri:
- Əmək haqqı: 1931 AZN (Gross) + Bonus
- İş rejimi: 5 gün (həftəiçi)
- Servis: səhər və axşam 20 Yanvar və Sumqayıt bazarından təmin edilir
- Nahar: Təmin edilir
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini elektron ünvanına mövzu hissəsində vəzifənin adı " Yerli istehsal üzrə Kateqoriya müdiri " qeyd olunmaqla göndərə bilərlər.
Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.