Army Group
Maliyyə üzrə baş mütəxəssis
Son tarix 05 iyl 2025 - [email protected]
İş barədə məlumat:
- Maliyyə şöbəsində standartlara uyğun işlərin təşkil edilməsi, uçotu və işlərə rəhbərlik etmək;
- Müəyyən olunmuş qaydalara müvafiq olaraq müəssisənin maliyyə fəaliyyətinin nəticələrinin dəqiq uçotunun aparılmasını təmin etmək;
- Müəssisə tərəfindən həyata keçirilən bütün maliyyə əməliyyatlarının uçotda düzgün əks etdirilməsi, maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsi;
- Gündəlik və aylıq hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
- Maliyyə əməliyyatlarının və hesabatların düzgünlüyünü təmin etmək, riskləri müəyyənləşdirmək və nəzarət mexanizminin təkmilləşdirilməsi məqsədilə sistematik şöbədə monitorinqi həyata keçirilmək;
- Xərclərin təyinata uyğunluğunu izləmək;
- Mənfəət və zərər hesabatının yığılması və təqdim edilməsi;
- Gəlir və xərclərin (P&L) təhlil edilməsi, izlənməsi;
- Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın təqdim edilməsi;
Namizədə dair tələblər:
- Ali təhsil (maliyyə, mühasibatlıq, audit və ya iqtisadiyyat sahəsində);
- Maliyyə nəzarəti və ya audit sahəsində ən azı 3 il iş təcrübəsi;
- Yaş həddi: 25/40-dək;
- Bəy namizədlərə üstünlük verilir;
- ACCA, CIMA, CPA kimi beynəlxalq maliyyə sertifikatlarının olması üstünlükdür;
- Microsoft Excel-də yüksək səviyyədə işləmək bacarığı;
- 1C proqramı ilə işləmə bacarığı mütləqdir;
- Güclü analitik düşüncə, innovativlik,dəqiqlik;
İş şəraiti:
- Əmək haqqı: 2000 AZN (müsahibə əsasında dəyişə bilər)
- İş saatı: 09:00/18:00;
- 5 günlük iş həftəsi;
- Nahar yeməyi şirkət tərəfindən təmin olunur;
- İş yeri: Bakı-Şamaxı şosesi, Cənub küçəsi 252
Yuxarıda qeyd edilən tələblərə uyğun namizədlər mövzu yerində vakansiyanın adını qeyd edərək öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər;
Əlaqə nömrəsi: 051 201 35 66