Araz Supermarket
Müştəri Əlaqələrinin İdarə olunması üzrə Bölmə Müdiri
Son tarix 12 apr 2024 - [email protected]
Tələblər:
- Ali təhsil;
- Əlaqəli sahə üzrə minimum 2 il təcrübə;
- CRM proqramları, MS Office (Exceldə işləmə bacarığı yüksək olmalıdır);
- Yaxşı səviyyədə kommunikasiya bacarıqları,məsuliyyətlilik,analitik düşüncə tərzi,liderlik və layihə idarəetmə bacarıqları:
Vəzifə öhdəlikləri:
- Bonus Kart sxemi üzrə şirkətin müştərilərlə əlaqələrini idarə etmək;
- Gündəlik olaraq satış nəticələrini nəzərdən keçirmək, təhlil etmək;
- Araz mobil tətbiqetməni idarə etmək və tətbiqetmə vasitəsilə şirkətin loyal müştəri balansını artırmaq;
- Müştəri və satış məlumatlarını təhlil etmək, müştəri əlaqələrinin idarə olunması üzrə hesabatları hazırlamaq (həftəlik və aylıq müştəri məmnuniyyəti göstəriciləri hesabatı, bonus kartı hesabatı);
- Müştəri əlaqələrinin idarə edilməsi layihələrini idarə etmək və ölkə bazarını araşdıraraq, şirkətin müştəri platformasını yüksəltmək;
- Şirkətə daxil olan müştəri şikayətlərini biznes üçün dəyərli müştəri anlama (insight) mənbəyi olacaq dərəcədə təkmilləşdirmək;
- Bonus Kart üzvlüyü, kartın istifadəsini və bununla da sadiq müştərilərin sayını artırmaq;
- Şirkətin loyal müştəri dövriyyəsinin ümumi müştəri dövriyyəsindəki pay nisbətindən yüksək olmasını təmin etmək;
- Ən çox müştəri şikayətləri daxil olunan mağazaların hər birində müştəri məmnunluq göstəricilərini yüksəltmək;
Təminatlar:
- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- 5 günlük iş qrafiki;
- Servis xidməti mövcuddur;
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Müştəri Əlaqələrinin İdarə olunması üzrə Bölmə Müdiri” adını mövzu hissəsində qeyd etməklə CV formalarını elektron poçt ünvanına göndərə bilərlər.